Qarabağdakı erməni sakinlərin nümayəndələriylə növbəti görüş keçirildi .....                        Sahibə Qafarova Fransanın qərəzli mövqeyini pislədi .....                        Müdafiə naziri MDB-nin iclasında iştirak etdi .....                        "Şərurun səsi" qəzetinin baş redaktoru vəfat etdi .....                        Ermənistanın Azərbaycana təhvil verdiyi silahların siyahısı açıqlandı .....                        XİN Başçısı Putinin müşaviri ilə görüşdü .....                        DSX erməni generalı “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanıldı .....                        Türkiyə ilə Azərbaycan birgə layihələrin icrası üzrə yol xəritəsi imzaladı .....                        Putin orduya payız çağırışı haqqında fərman imzaladı .....                       
Tarix : 17-11-2016, 19:36
Korrupsiyaya qarşı regional əməkdaşlıq uğurla davam etdirilir

Noyabrın 15-17-də Latviya Respublikasının paytaxtı Riqa şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) 16-cı illik Peşəkar Konfransı və Baş Assambleyasının iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikasını Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Butov.az xəbər verir ki, Baş prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Assambleyanın açılışında Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) baş direktoru Covanni Kessler və Latviya Respublikasının Baş prokuroru Eriks Kalnmeiers çıxış edərək təşkilatın inkişafı ilə bağlı görülən işlər, əldə edilmiş uğurlar, korrupsiyaya qarşı mübarizə sahəsində dünyada həyata keçirilmiş mütərəqqi islahatlar, həmçinin gələcək planlar barədə ətraflı məlumat veriblər.

Sessiyada çıxış edən nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində institusional və cinayət təqibi tədbirləri, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının Antikorrupsiya Şəbəkəsinin Baş idarə tərəfindən idarə edilən internet saytı və onun fəaliyyəti haqqında ətraflı məlumat verib.

Tədbirdə, təşkilata üzv ölkələr tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş müsbət təcrübələr, o cümlədən korrupsiya hüquqpozmalarının araşdırılması üsulları və onunla mübarizə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bundan başqa, cari il mayın 23-24-də Buxarest şəhərində EPAC və EACN-in İşçi Qrupunun “Səhiyyə sistemində korrupsiya – preventiv tədbirlər və istintaq, ən yaxşı təcrübələr və qarşıda duran vəzifələr” mövzusunda keçirilən konfransı çərçivəsində əldə olunmuş təcrübələrlə bağlı müvafiq hesabat təqdim edilib.

Tədbir çərçivəsində Latviya Respublikasının Baş prokuroru və Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə üzrə Bürosunun rəhbəri, habelə OLAF-ın baş direktoru və bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirin sonunda Gürcüstan Respublikasının quruma üzv qəbul edilməsi və Regional Antikorrupsiya Təşəbbüsü təşkilatının EPAC-ın fəaliyyətinə və görülən işlərə nəzarətçi qismində seçilməsi ilə əlaqədar səsvermə keçirilib və hər iki təklif qəbul edilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!