Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                        Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın! .....                       
Tarix : 5-12-2013, 14:33

Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının XXVIII sessiyası başa çatıb

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası mətbuat xidmətindən Butov.az-a verilən məlumata görə Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 28-ci sessiyası başa çatıb. Dünyanın 170 ölkəsindən nümayəndə heyətinin iştirak etdiyi bu sessiyada Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.


Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 25 noyabr - 04 dekabr 2013-cü il tarixlərində London şəhərində keçirilmiş Assambleyasının 28-ci sessiyasında iştirak etmişdir.
Sessiyada çıxış edən Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi cənab Koji Sekimizu üzv dövlətlərin diqqətini beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə görülmüş işlərə yönəltmişdir. Nümayəndə heyətləri tərəfindən hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi üzrə müzakirələr aparılmışdır.
Eyni zamanda sessiyada, görülən işlərin məntiqi nəticəsi olaraq, son dövrlərdə əvvəlki illər ilə müqayisədə dəniz quldurluğu hallarının azalmasının müşayiət olunması yüksək qiymətləndirilmişdir.
Qeyd edilən sessiya zamanı Türkiyə Respublikasının Azərbaycan Respublikasında səfiri olmuş, hazırda Türkiyə Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri cənab Ünal Çeviköz iki illik (2014-2015) müddətə Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə orqanı olan Assambleyanın sədri seçilmişdir.




Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının XXVIII sessiyası başa çatıb

Cənab Ünal Çeviközlə Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov arasında görüş keçirilmiş, Qüdrət Qurbanov cənab Ünal Çeviközü belə bir mötəbər vəzifəyə seçilməsi münasibəti ilə təbrik etmiş, gələcək fəaliyyətində müvəffəqiyyətlər diləmiş və qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu ifadə etmişdir.
Sessiyada həmçinin, Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi, Qanunvericilik, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Asanlaşdırma və Texniki Əməkdaşlıq Komitələrinin hesabatları dinlənilmiş və “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”, “Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya”, “Dənizdə Gəmilərin Toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar”a təklif edilmiş dəyişikliklər nəzərdən keçirilmişdir.
Sessiya zamanı Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi və dəniz nəqliyyatı sahəsinə dair bir sıra digər mühüm normativ sənədlər barədə də ətraflı müzakirələr aparılmışdır.
Assambleyanın 28-ci sessiyasında Beynəlxalq Dəniz Təşkilatının Ali İcra orqanı olan Şura Üzvlüyünə seçkilər keçirilmiş, ümumilikdə 40 dəniz Dövləti Şuranın yeni Üzvlüyünə seçilmişdir.
Dünyanın 170 Dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 28-ci sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırmışdır.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!