Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 4-05-2016, 17:16
`İrəvanın əsas məqsədi status-kvonu saxlamaqdır` - XİN



Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Beynəlxalq Konvensiyasının həyata keçirilməsinə dair Azərbaycan Respublikasının yeddinci, səkkizinci və doqquzuncu dövri məruzəsinə baxılıb.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, sessiyada ölkəmiz Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edilib, xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Xarici işlər nazirinin müavini X. Xələfov açılış nitqi ilə dövri hesabatımızı təqdim edib. O, çıxışı zamanı irqi ayrı-seçkiliyin ləğv edilməsinin milli qanunvericilikdə təsbit edilməsi, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının, insan alveri ilə mübarizə üzrə Fəaliyyət Planının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb.

O, həmçinin ölkəmizdə dini tolerantlıq və millətlərarası münasibətlərin daha da gücləndirilməsi və inkişafı məqsədilə Azərbaycan Respublikası tərəfindən həm milli, həm də beynəlxalq səviyyədə görülən tədbirlər barədə məlumat verib, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin multikulturalizm ili elan olunmasını qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilən və mədəniyyətlərarası dialoqun təşviqi məqsədini daşıyan “Bakı prosesi” və Dövlət Başçısının təşəbbüsü ilə 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumundan bəhs edib.

Həmçinin, X. Xələfov çıxışında ölkədə tolerantlığın və multikulturalizmin inkişafına böyük töhfə verən Heydər Əliyev Fondu və Fond tərəfindən bu istiqamətdə dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələrlə bağlı məlumat verib.

Bununla yanaşı, nazir müavini məhkəmə sistemin təkmilləşdirilməsi, iqtisadi-sosial islahatlar, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, “ASAN” xidmətin yaradılması və fəaliyyəti, insan alverinin qarşısının alınması və miqrasiya sahəsində həyata keçirilən tədbirlər barədə danışıb.

O, qaçqın və məcburi köçkünlərin iqtisadi-sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən bəhs etmiş və onların mülkiyyət hüququnun bərpası ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Böyük Palatasının 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul olunmuş Qərarının mahiyyəti barədə Komitə üzvlərinə məlumat verib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini vurğulayan X. Xələfov, ərazilərimizin 20 %-nin hələ də Ermənistanın işğalı altında olmasını və işğalın nəticələrini insan hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində əsas maneə kimi qiymətləndirib. Təcavüz nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə tarixi, mədəni və dini abidələrimizin məhv və talan edildiyini vurğulayıb.

Sessiya çərçivəsində Komitə üzvləri öz növbələrində nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunmasını, Azərbaycanın Komitə ilə əməkdaşlığını, Konvensiyanın həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətləri, bu sahədə qanunvericilik tədbirlərini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş məlumatları, ölkədə milli birliyin mövcudluğunu, qadın hüquqları sahəsində görülmüş işləri, əfv fərmanlarını, eləcə də iri miqyaslı beynəlxalq idman və mədəni tədbirlərə ev sahibliyi edərək irqçiliyə qarşı mübarizə, multikulturalizmin inkişafı və mədəni müxtəlifliyə töhfə verməsini təqdir ediblər.

Sessiya çərçivəsində interaktiv dialoq zamanı Komitə üzvlərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verdiyi suallara cavab olaraq münaqişənin artıq 25 ildir davam etdiyi, Ermənistan tərəfindən atəşkəsin davamlı olaraq intensiv şəkildə pozulduğu və nəticədə çoxlu sayda azərbaycanlı hərbçi və mülki şəxslərin həlak olduğu və yaralandığı, eləcə də müxtəlif mülki obyektlərə zərər dəydiyi, məktəblərin dağıdıldığı qeyd edilib.

Ermənistanın bu cinayətkar addımlarının beynəlxalq humanitar hüququn əsaslarını dağıtdığı vurğulanıb, Ermənistanın əsas məqsədinin təxribatları davam etdirərək, beynəlxalq ictimaiyyət üçün qəbuledilməz olan mövcud status-kvonu saxlamaq və işğal etdiyi ərazilərdə möhkəmlənmək olduğu bildirilib. Həmçinin, münaqişənin həllinin yalnız Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasından sonra mümkün ola biləcəyi qeyd edilib.

Sessiya zamanı ölkəmizdə insan hüquqları təmin olunması ilə bağlı Komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış çoxsaylı suallar aidiyyəti üzrə dolğun şəkildə cavablandırılıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!