Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub .....                        İranla ABŞ qarşılıqlı güzəştə getdi .....                        Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı .....                        “Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski .....                        VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri .....                        Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı .....                        İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO .....                        Almaniyadan BYD və Changan-a rəqib gəlir .....                        Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO .....                       
Tarix : 2-12-2015, 12:21
Ermənistan tərəfinin “Köçəri, ənənəvi qrup rəqsi” nominasiyası qəbul edilməyib



Ermənistan tərəfindən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına təqdim edilmiş “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsi tərəfindən qəbul edilməyib.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a bildirilib ki, bu qərar Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası çərçivəsində qəbul olunub. Bir neçə gündür davam edən sessiyada ölkələr tərəfindən Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara baxılıb.

Bundan əvvəl, UNESCO Qiymətləndirmə Orqanı nominasiya fayllarını nəzərdən keçirib və hər ölkənin təqdim etdiyi fayla dair rəylərini bildirib. Ermənistan tərəfin təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” tələb olunan beş kriteriyaya görə mənfi rəy alıb. Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, Komitə Qiymətləndirmə Orqanının bununla bağlı qərarını dəstəkləyib və nominasiya faylını Ermənistan tərəfinə geri qaytarılması ilə bağlı qərar qəbul edib.

Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə “Köçəri, ənənəvi qrup rəqsinin” Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı Qiymətləndirmə Orqanının rəyinin və Komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanın Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirib.

Qeyd edək ki, sessiya işini dekabrın 4-dək davam etdirəcək.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!