Yollarımıza düşən inam işığı .....                        Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq - Prezident .....                        İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi .....                        Türkiyə nüvə reaktorlarının tikintisinə başladı .....                        Əfsanəvi boksçu 46 yaşında öldü .....                        Prezident Qarabağ Universitetinin Klinikasının açılışında - FOTO .....                        Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub .....                        Xankəndidə erməni əsilli sakin POLİSƏ QUMBARA ATDI .....                        Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı .....                       
Tarix : 10-03-2017, 19:40
Səbaildə keçirilən təlim-məşğələdə narkomaniyanın fəsadlarından danışıldı

Səbail Rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun birgə təşkilatçılığı ilə 132-134 saylı Təhsil Kompleksində rayonun orta təhsil müəssisələrinin rəhbərləri, məktəb psixoloqları və tibb işçilərinin iştirakı ilə narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması üçün təlim-məşğələlər keçirilib. Butov.az xəbər verir ki,"Qafqazinfo"ya İH-dan daxil olan məlumata görə, təlimlər-məşğələnin işində iştirak edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev ilk növbədə təlim-məşğələlərin məqsədi, narkotiklərlə mübarizə işləri çərçivəsində Səbail rayonunda görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı»nın müvafiq bəndlərinə uyğun olaraq rayonda fəaliyyət göstərən Komissiya tərəfindən tədbirlər planına uyğun olaraq müvafiq işlər həyata keçirilir. Bu işlər çərçivəsində rayondakı orta və ali təhsil müəssisələrində, idarə və təşkilatlarda geniş şəkildə maarifləndirmə tədbirləri keçirilir və bu tədbirlərin aparılması məqsədi ilə mütəxəssislərlə yanaşı həm də tədbirlərin təşkilində cavabdeh olan təlimçilərin də hazırlanması mühüm əhəmiyyət kəsb edir. Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev qeyd edib ki, hazırda bütün dünyanı narahat edən narkomaniya ümumbəşəri bəlaya çevrilib. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər mənfi hallar üçün münbit zəmin yaradır. Narkomaniya gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən prosesə çevrilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədilə keçirilən təbliğat xarakterli kütləvi tədbirlərdə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin, incəsənət və idman ustalarının iştirakı vacibdir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!