Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb .....                        Azərbaycan opera kollektivi dünya səhnəsində .....                        "Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM .....                        Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır .....                        "Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - VİDEO .....                        “Problemlər xalqı görməməyimizdən irəli gəlir" - Pezeşkian .....                        Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü .....                        Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI .....                        Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu .....                       
Tarix : 4-09-2013, 16:04
Çayxanada çay dəstgahının tərkibində narkotik tapıldı


Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Faiq Məmmədtağı oğlu Məmmədov saxlanılıb. O, icarəyə götürdüyü Xəzər dənizi sahilində mövsümü fəaliyyət göstərən “Çimərlik” adlı çayxana və kafedə müştərilərə çay dəstgahının tərkibində müxtəlif növ narkotik vasitələr təklif edirmiş. Obyektdə aparılan axtarşlar zamanı satış üçün hazırlanan narkotik vasitələr aşkar olunaraq götürülüb.

Faiq Məmmədov narkotik vasitələrin çayxana və kafenin müştərisi olan tanımadığı İran İslam Respublikasının vətəndaşı tərəfindən göstərdiyi xidmət müqabilində ona verildiyini desə də, istintaq onun əlaqəli işlədiyi şəxsləri axtarır. Dindirilmə zamanı Faiq Məmmədov tutuduğu əməlindən peşiman olduğunu bildirib.

Qeyd edək ki, bu, sayca onun eyni əmələ görə keçirdiyi ikinci peşimançılıq hissidir. Bundan öncə də, saxlanılan şəxs narkotik vasitələrin satışında təqsirli bilinərək məhkumluq həyatı yaşayıb. Artıq Lənkəran şəhər polis şöbəsində cinayət işi başlanıb. Bu dəfə Faiq Məmmədovu 3 ildən 7 ilədək həbs cəzası gözləyir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!