20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 6-04-2017, 19:33
Fermerlərə şad xəbər: Ölkəyə 6 min texnika gətirilir

Şirvan şəhərində respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar alınan yeni kənd təsərrüfatı texnikasının sərgi-təqdimatı olub.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirak etdiyi sərgi-təqdimat “Aqrolizinq” ASC-nin Şirvan təchizat bazasında keçirilib.

Nazir və iştirakçılar əvvəlcə müxtəlif növ kənd təsərrüfatı texnikaları ilə, o cümlədən pambıqçılıq üzrə Türkiyənin “Cansa Tarim” şirkətindən alınan, “Azərbaycan Malı” brendi ilə “Aqrolizinq” ASC-nin müqaviləsi əsasında “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin istehsalı olan yeni texnika, Azərbaycanın aqrar mühəndislik elminin nailiyyətlərinin istehsalata tətbiqi istiqamətində “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə MM-nin Aqromexanika Elmi-Tədqiqat İnstitutunun layihəsi və “Aqrolizinq” ASC-nin sifarişi əsasında istehsal edilən mini texnika ilə tanış olub. Habelə pambıq istehsalçılarına, müəssisə və təşkilatlara lizinqə verilən “Gəncə Avtomobil zavodu” İB-nin istehsal etdiyi pambığın cərgə arasını becərən “Belarus 80X” traktorunun da təqdimatı olub.

Kənd təsərrüfatı idarələri rəislərinin, “Aqrotexservis” filialları rəhbərlərinin və əkinçilik üzrə fermerlərin qarşısında çıxış edən nazir Heydər Əsədov aqrar sektora göstərilən dövlət dəstəyindən, pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. Vurğulayıb ki, təkcə bu il ölkəyə 6 min ədəd müxtəlif kənd təsərrüfatı texnikası gətiriləcək. Artıq bu texnikanın 5 faizi respublikadadır. Qalan texnikanın da ardıcıl olaraq gətirilməsi davam edir. Bu məqsədlə dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb.

Qeyd edilib ki, ümumiyyətlə, son dövrlərdə əhəmiyyətli dövlət dəstəyi və həyata keçirilən sistemli tədbirlər hesabına kənd təsərrüfatı istehsalçılarının müvafiq texnika və avadanlıqlarla təminatının yaxşılaşdırılması istiqamətində köklü irəliləyişə nail olunub. 2005-ci ildən 2017-ci ilin ötən müddəti ərzində “Aqrolizinq” ASC tərəfindən 29 min 123 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən 1869 ədəd taxılyığan kombayn, 94 pambıqyığan maşın, 8 min 751 ədəd traktor və 18 min 409 ədəd digər kənd təsərrüfatı texnikası alınıb.

Bu il 1088 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən pambıqçılıqda istifadə edilən 115 ədəd cərgəarası becərmə traktoru, pambığın və şəkər çuğundurunun becərilməsində istifadə olunan 8 adda 973 ədəd müxtəlif təyinatlı texnika gətirilib və kənd təsərrüfatı məhsulu istehsalçılarına lizinqə verilib.

Son üç ildə respublikada kənd təsərrüfatı texnikasına artan tələbata uyğun olaraq texnikanın gətirilməsi strateji məqsəd olaraq qarşıya qoyulub. Belə ki, 2014-2017-cı illərdə alınan texnika əvvəlki 9 ildə gətirilən texnikanın 66,4 faizi qədərdir. Bu da texnikanın tərkibinin 66,4 faiz yenilənməsi deməkdir. Yenilənmə faizi kombaynlar üzrə 53, traktorlar üzrə 69, digər kənd təsərrüfatı texnikası üzrə 66,7 faiz təşkil edir. Qeyd olunmalıdır ki, son illərdə gətirilən bütün növ texnikalar ABŞ, Türkiyə, Almaniya, Hollandiya, İtaliya və digər ölkələrin istehsalıdır.

“Aqrolizinq” ASC pambıq istehsalı ilə məşğul olan şirkətlərin bu il üçün sifarişləri əsasında texnikaya tələbatı müəyyən edib. Bu tələbata əsasən 5 min 602 ədəd kənd təsərrüfatı texnikasının, o cümlədən 150 ədəd pambıqyığan maşının, 1270 ədəd müxtəlif markalı şum və becərmə traktorunun, 4 min 182 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasının gətirilməsi nəzərdə tutulub.

İndiyədək respublikaya 704 ədəd texnika, o cümlədən 115 ədəd “Belarus 80X” markalı cərgəarası becərmə traktoru, 156 ədəd pnevmatik tipli çiyidsəpən və 168 ədəd mexaniki tipli çiyidsəpən, 145 ədəd kotan, 24 ədəd pambıq daşınması üçün traktor qoşqusu və 96 ədəd kanal açan gətirilib. Texnikanın respublikaya gətirilməsi ciddi nəzarətdə saxlanılır.

Tədbir çərçivəsində nazir lizinq yolu ilə verilən texnikaların sənədlərini fermerlərə və torpaq istifadəçilərinə təqdim edib.

Sonda nazir Heydər Əsədov mətbuat nümayəndələrinə müsahibə verib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!