Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 21-08-2013, 22:58
Gəncə Avtomobil Zavodu traktor istehsal edəcək


Gəncədə fəaliyyət göstərən avtomobil zavodunda bu ilin sonunadək 300 ədəd MTZ markalı traktorların yığılması nəzərdə tutulub. Zavoda edilən müraciətlərin içərisində dövlət sifarişləri üstünlük təşkil edir.

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi hər il olduğu kimi bu il də yığım xətləri üzrə istehsal prosesini davam etdirir. Zavodda əsasən Minsk Avtomobil Zavodu ilə birgə müqavilə əsasında MAZ markalı ağır tonnajlı avtomobillərin yığımı həyata keçirilir.

“Hazırda Minsk Traktor Zavodu ilə bağlanan müqavilə əsasında MTZ markalı müxtəlif modellər olan traktorların istehsalı gedir. 3 tərəfli müqavilə əsasında-Minsk Avtomobil Zavodu, Gəncə Avtomobil Zavodu və Almaniyanın “Haller” şirkətilə birgə əməkdaşlıq sazişi əsasında müəssisəmizdə “Haller” markalı kommunal təyinatlı avtomobillərin yığımı da davam edir” - deyə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirib.

7 ay ərzində müəssisədə 415 müxtəlif tipli MTZ markalı traktorlar istehsal edilib. Bu traktorların 361 ədədi dövlət sifarişi əsasında yığılaraq “Aqrolizinq” ASC-yə təhvil verilib. İstehsal olunan 54 ədəd traktor isə sifariş əsasında fermer və iş adamlarına satılıb.

“Bu ilin sonuna qədər dövlət sifarişi əsasında 300 ədəd MTZ markalı müxtəlif modeldə traktorların sifarişini almışıq, artıq bununla bağlı sənədlər hazırdır və müəssisəmiz ilin sonuna qədər bu traktorları yığaraq “Aqrolizinq” Səhmdar Cəmiyyətinə təhvil verəcək” - deyə xidmət rəhbəri Məqsəd Rəhimov qeyd edib.

Cari ildə müəssisədə 491 ədəd 4 və 5 gövdəli kotan istehsal edilib. Bu istehsalın 486 ədədi dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə təhvil verilib, 5 ədədi isə fərdi sifariş əsasında satılıb. Bu il istehsal olunan traktor qoşqularının sayı 19 ədəd olub. Eyni zamanda 142 ədəd müxtəlif modellərdə MAZ markalı ağır tonnajlı avtomobil istehsal olunaraq, satılıb. Cari ilin 7 ayı ərzində müəssisə 5 ədəd “Haller” markalı kommunal təyinatlı maşınların istehsalını həyata keçirib. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, sifariş və istehsalın səviyyəsinin artırılması üçün istehsalat birliyinin marketinq şöbəsi tərəfindən daxili və xarici bazar daim araşdırılır.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!