Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                        Mer və ailəsi rüşvətə görə saxlanıldı .....                       
Tarix : 12-04-2017, 18:54
Metroda qadın işçilər ixtisar edilib?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında qadın əməkdaşlarının işdən azad olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Butov.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, bu məlumatların heç bir əsası yoxdur: "Artıq 2 ildən çoxdur ki, stansiyalarda qadınlarla yanaşı kişi nəzarətçilər də fəaliyyət göstərir. Xüsusilə ali təhsillilər bu işə cəlb edilib. Bu barədə iş elanlarımız da olub, təlim-tədris mərkəzimizdə kurs keçərək imtahandan sonra işə qəbul olunublar. Ali təhsilli olmalarının səbəbi də gələcəkdə karyera yüksəlişi zamanı onların bu kriteriya ucbatından əngəllə qarşılaşmamaları üçündür. Bir daha qeyd edirəm ki, qatarların qəbul edilib yola salınması üzrə nəzarətçi qadınların heç biri ixtisara düşməyib və ya kütləvi halda təqaüdə göndərmə halı olmayıb. Onlar öz sahələri üzrə bir pillə yuxarı vəzifəyə çəkiliblər və bundan sonra boş qalan yerlərə qadınlarla yanaşı, kişilər də işə qəbul ediliblər. Faktı dəfələrlə bu ixtisas üzrə mətbuatda verdyimiz elanlar da sübut edir. Digər tərəfdən, təqaüd yaşına çatan insanların işdən çıxması tam qanunauyğun və normal haldır. Bunu kütləvi hal kimi qələmə verib ajiotaj yaratmağa gərək yoxdur".

N.Paşayev bildirib ki, yayılan məlumatlarda hətta kassaların ləğv olunması prosesində xəzinədar xanımların da ixtisara düşdüyü barədə məlumatlar yayılıb: "Halbuki, kassaların ləğvi zamanı xəzinədarlar başqa işə keçirilmiş, vəzifələrindən azad edilməmişdilər".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!