Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                        Füzulidə mina partladı - Çoban həlak oldu .....                       
Tarix : 30-09-2015, 14:05
Bakı metrosunun xəzinədarlarının aqibətinə aydınlıq gətirildi


Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq oktyabrın 1-dən etibarən "Bakı Metropoliteni"nin bütün stansiyalarında pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq. Orada işləyən xanımlara isə digər işlərə keçmək təklif olunur.

Butov.az Modern.az-a istinadən bildirri ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

N.Paşayev bildirib ki, oktyabrın 1-dən etibarən Bakı Metropolitenində gediş haqqının ödənişi yalnız "Bakıkart"lardan istifadə etməklə mümkün olacaq: "Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq "Bakı Metropoliteni"nin bütün stansiyalarında artıq köhnə kartlarla keçid mümkün olmayacaq. Bütün köhnə turniketlər yeniləri ilə əvəzlənəcək və giriş yalnız "Bakıkart"lardan istifadə etməklə mümkün olacaq. Bundan əlavə, pul xırdalama fəaliyyəti göstərən xəzinələr, yəni kassalar bağlanacaq".

"Bakı Metropoliteni" rəsmisi bağlanan kassalarda işləyən xanımların aqibətinin necə olacağına da aydınlıq gətirib: "Həmin kassalarda çalışan xanımların heç biri işdən çıxarılmır. Onların hamısına Metropolitenin nəzdində digər işlər təklif olunur. Hətta artıq onlardan bəziləri artıq yeni sahələrdə işləməyə başlayıblar. Kassirlərə yeni işlər təklif edilərkən onların təhsili, iş stajı, davranışları və s. məsələlər nəzərə alınır. Onlar bizim kadr siyasətimizə əsasən, həmin meyarlara cavab verən başqa işlərlə təmin olunurlar. Yeni iş təkliflərini qəbul edən köhnə kassirlər bundan sonra nəzarətçi, qatarları qəbul edib yola salan, xadimə və s. kimi fəaliyyətlərini davam etdirə biləcəklər".

Onun sözlərinə görə, hələlik xəzinədar xanımlardan onlara edilən təkliflə razılaşmayıb işləmək istəmədiyini deyən olmayıb: "Amma ola bilər ki, pensiya yaşına çatmış şəxslər təqaüdə göndərilsin. Metropoliten rəhbərliyi maksimum dərəcədə onların işlə təmin olunmasına çalışacağıq".

Xatırladaq ki, "Bakıkart"ların satışı və gediş haqqının yüklənməsi "Bakı Metropoliteni"nin bütün stansiyalarında, "Baku Bus" MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsi ilə həyata keçirilir. Bakı Metropoliteni hazırda sərnişindaşımada mövcud olan sıxlığı nəzərə alaraq, sərnişinlərdən xahiş edir ki, metropolitendən istifadə edərkən özləri ilə karta yükləyəcəyi məbləğdə xırda pul götürsünlər ki, əlavə narahatlıq yaşamasınlar.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!