Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Sualların yoxlanmasında süni intellektdən istifadə edirik - Məleykə Abbaszadə .....                        Prezident Pezeşkianı Şuşa ilə tanış etdi .....                        İlham Əliyevlə Pezeşkian nələrdən danışıb? .....                        Ərdoğanla İlham Əliyev Xankəndidə görüşdü .....                        Ali Məhkəmədən mühüm qərar .....                        Trampla Zelenski telefonla danışdı .....                        Təbiətə 81 min manatlıq ziyan vuruldu .....                        Şavkat Mirziyoyev ölkəsinə döndü .....                       
6-01-2023, 15:49
Keçmiş ABŞ prezidentinin spikerliyə namizədliyi irəli sürüldü


Keçmiş ABŞ prezidentinin spikerliyə namizədliyi irəli sürüldü

Florida ştatını təmsil edən konqresmen Mett Gets ABŞ-ın sabiq prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb. Bu barədə amerikalı konqresmen mediaya açıqlamasında bildirib. “Mən Donald Trampı Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürürəm” - o deyib. Mett Gets Trampın sədrliyi dövründə ABŞ-ın daxili və xarici siyasətində uğurların qazanılacağına əminliyini ifadə edib. Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri indiyədək spiker seçə bilməyiblər. Respublikaçılar Partiyasının lideri Kevin Makkarti Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərdə yetərli səs toplaya bilməyib.
6-01-2023, 15:45
Dağıstanın sabiq baş naziri avtomobil qəzasında öldü


Dağıstanın sabiq baş naziri avtomobil qəzasında öldü

Rusiya Federasiyasının Dağıstan Respublikasının sabiq Baş naziri Məhəmməd Abdullayev avtomobil qəzasında həlak olub. Hadisə Mahaçqala şəhərində baş verib. Məlumata görə, “VAZ” markalı avtomobil 61 yaşlı kişini vurub. Qəza nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya aparılıb, lakin orada dünyasını dəyişib. Ölən şəxsin sabiq Baş nazir Məhəmməd Abdullayev olduğu müəyyənləşib. Qeyd edək ki, Məhəmməd Abdullayev 2010-cu il fevralın 20-dən 2013-cü il yanvarın 30-dək Dağıstanın Baş naziri vəzifəsində çalışıb.
6-01-2023, 15:40
Zelenski Rusiyanın atəşkəs elanına inanmayanlar sırasındadır


Zelenski Rusiyanın atəşkəs elanına inanmayanlar sırasındadır

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın atəşkəs təklifinə münasibət bildirib. Bu barədə o, gecə videomüraciəti zamanı danışıb. Ukrayna lideri hesab edir ki, Putin atəşkəs bəhanəsi ilə Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlaşır. Zelenskinin sözlərinə görə, Rusiya təmas xəttində öz mövqelərini möhkəmləndirmək üçün atəşkəs rejimindən istifadə etmək niyyətindədir. “Onlar Donbasda bizim oğlanların irəliləyişini bir müddət dayandırmaq, texnika, sursat və səfərbərlik qüvvələrini mövqelərimizə yaxınlaşdırmaq üçün Milad bayramından pərdə kimi istifadə etmək istəyirlər", - deyə Zelenski vurğulayıb. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 15:38
Bayden Putinin atəşkəs qərarına inanmadığını qeyd etdi


Bayden Putinin atəşkəs qərarına inanmadığını qeyd etdi

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynada atəşkəs elan etməsinə münasibət bildirib. O, jurnalistin sualına cavab olaraq Rusiya Prezidenti Vladimir Putinin atəşkəs istədiyinə inanmadığını vurğulayıb. "Mən Putinin dediklərinə cavab vermək istəmirəm. Maraqlıdır ki, o, xəstəxanaları, uşaq bağçalarını və kilsələri bombalamağa hazır idi... Dekabrın 25-də və Yeni ildə... Məncə, o, bir az oksigen tapmağa çalışır", - Amerika lideri deyib. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 15:34
Şarl Mişel Rusiyanın atəşkəs elanına münasibət bildirib


Şarl Mişel Rusiyanın atəşkəs elanına münasibət bildirib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiyanın atəşkəs qərarına inanmadığını bildirib. Bu barədə o, özünün "Twitter" hesabında yazıb. “Ortada bir təcavüzkar var: Kreml. Qurban var: Ukrayna xalqı. Rusiya qoşunlarının çıxarılması sülh və təhlükəsizliyə gətirib çıxaracaq yeganə ciddi qərardır. Birtərəfli atəşkəsin elan edilməsi qeyri-qanuni ilhaqlar və onları müşayiət edən referendumlar kimi saxta və ikiüzlülüdür”, - siyasətçi bildirib. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:32
Ərdoğan keçən ilin ən uğurlu siyasətçisidir - Rusiya mətbuatı


Ərdoğan keçən ilin ən uğurlu siyasətçisidir - Rusiya mətbuatı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada 2022-ci ilin ən uğurlu siyasətçisi adlandırıla bilər. Bu barədə Rusiyanın nüfuzlu "Kommersant" qəzeti yazıb. Nəşr qeyd edib ki, Rusiyanın Ukraynada hərbi əməliyyatının başlanmasından bəri o, mübahisəsiz vasitəçi statusunu qoruyub saxlayır, bundan həm siyasi, həm də xeyli iqtisadi dividendlər əldə edib. Məqalədə deyilir ki, Ərdoğan uzun müddət həm Rusiya, həm də Qərb üçün unikal tərəfdaşdır. "Məsələn, bundan əvvəl o, NATO müttəfiqlərinin qəzəbinə baxmayaraq, Rusiyanın S-400 raket sistemlərini alıb və rusiyalı həmkarı Vladimir Putinlə Suriyada təsir zonalarını yenidən bölüşdürüb. Paralel olaraq, Türkiyə lideri ABŞ-la F-16 qırıcılarının alınması ilə bağlı danışıqlar aparıb, həmçinin "Bayraktar" PUA-larını Ukraynaya satıb" - deyə məqalədə bildirilir.
6-01-2023, 00:29
Peskov Podolyakın bəyanatına münasibət bildirdi


Peskov Podolyakın bəyanatına münasibət bildirdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın bəyanatına münasibət bildirib. Peskov Podolyakın atəşkəs barədə açıqlamasının Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini ifadə etdiyinə şübhə ilə yanaşdığını deyib. "Podolyakın Ukrayna prezidentinin fikrini ifadə edib-etmədiyini mühakimə etmək bizim üçün çətindir", - Putinin mətbuat katibi deyib. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq. Podolyak Rusiyanın elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb.
6-01-2023, 00:27
BMT-nin baş katibi Putinin atəşkəslə bağlı addımını alqışladı


BMT-nin baş katibi Putinin atəşkəslə bağlı addımını alqışladı

BMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında əldə edilən müvəqqəti atəşkəsi alqışlayır. Bunu baş katibin sözçüsü Stefan Dujarrik deyib. "Tərəflərin bu dövrdə hörmət göstərməsi və düşmənçiliyi dayandırması ehtimalı baş katib tərəfindən müsbət qarşılanır", - BMT rəsmisi bildirib. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:24
Rusiya ilə “Milad atəşkəsi” barədə danışıqlar olmayacaq - Ukrayna rəsmisi


Rusiya ilə “Milad atəşkəsi” barədə danışıqlar olmayacaq - Ukrayna rəsmisi

Ukrayna Rusiya ilə “Milad atəşkəsi” barədə danışıqlar aparmayacaq. İşğalçı dövlət ölkəmizin ərazisini tərk etməlidir. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov deyib. "Gəlin praktik dildə danışaq. Onlar bu barışığı kimə təklif edirlər? Özlərinə? Sadə həll yolu var: çamadanlarını götürüb Rusiyaya getsinlər. Onlarla heç bir danışıqlar aparılmır”, - deyə Danilov bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib.
6-01-2023, 00:21
Podolyak Putinin atəşkəs elanını “ikiüzlülük” adlandırdı


Podolyak Putinin atəşkəs elanını “ikiüzlülük” adlandırdı

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb. Bu barədə Podolyak "Twitter" hesabında yazıb. O qeyd edib ki, Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür. "Ukrayna yalnız öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir. Rusiya Federasiyası işğal etdiyi əraziləri tərk etməlidir. Yalnız bundan sonra müvəqqəti barışıq başlayacaq. İkiüzlülüyü özünüzə saxlayın...", - deyə Podolyak vurğulayıb. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!