Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Sualların yoxlanmasında süni intellektdən istifadə edirik - Məleykə Abbaszadə .....                        Prezident Pezeşkianı Şuşa ilə tanış etdi .....                        İlham Əliyevlə Pezeşkian nələrdən danışıb? .....                        Ərdoğanla İlham Əliyev Xankəndidə görüşdü .....                        Ali Məhkəmədən mühüm qərar .....                        Trampla Zelenski telefonla danışdı .....                        Təbiətə 81 min manatlıq ziyan vuruldu .....                        Şavkat Mirziyoyev ölkəsinə döndü .....                       
3-01-2023, 16:09
Qobustanda yol qəzası yanğına səbəb oldu


Qobustanda yol qəzası yanğına səbəb oldu

Qobustanda "Kamaz" markalı yük avtomobili yanacaqdaşıyan avtomobillə toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb. Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb. Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində iş aparılır. Ərazidə təhlükəsizlik tədbirləri görülür.
3-01-2023, 15:43
Rusiya Ukraynanı “tükəndirmək” üçün PUA-larla hücumu planlaşdırır - Zelenski


Rusiya Ukraynanı “tükəndirmək” üçün PUA-larla hücumu planlaşdırır - Zelenski

Rusiya Ukraynanı "tükəndirmək" üçün İran pilotsuz uçuş aparatları ilə uzunmüddətli hücum kampaniyası planlaşdırır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O, Rusiyanın insanları, Ukrayna ordusunun zenit sistemlərini, enerjisini tükəndirmək istədiyini deyib. "Rusiyanın "Şahed"lərdən (İran istehsalı pilotsuz uçuş aparatları - red.) istifadə edərək uzunmüddətli hücum planlaşdırdığı barədə məlumatımız var", - Zelenski gecə videomüraciətində qeyd edib. O, terrorçuların məqsədinə çatmaması üçün hər şeyin ediləcəyini vurğulayıb.
2-01-2023, 23:19
Çavuşoğlu əfsanəvi futbolçunun vida mərasimində iştirak etdi


Çavuşoğlu əfsanəvi futbolçunun vida mərasimində iştirak etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin yanvarın 2-də Santosda baş tutan vida mərasimində iştirak edib. Prezident Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edən Çavuşoğluna Pelenin vida mərasimində iştirak etməyi tapşırıb. Qeyd edək ki, Pele kimi tanınan və futbol tarixində böyük uğurlara imza atmış futbolçu Edson Arantes du Nasimento dekabrın 29-da müalicə olunduğu San-Pauludakı xəstəxanada vəfat edib.



2-01-2023, 22:02
Çavuşoğlu əfsanəvi futbolçunun vida mərasimində iştirak etdi


Çavuşoğlu əfsanəvi futbolçunun vida mərasimində iştirak etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin yanvarın 2-də Santosda baş tutan vida mərasimində iştirak edib. Prezident Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edən Çavuşoğluna Pelenin vida mərasimində iştirak etməyi tapşırıb. Qeyd edək ki, Pele kimi tanınan və futbol tarixində böyük uğurlara imza atmış futbolçu Edson Arantes du Nasimento dekabrın 29-da müalicə olunduğu San-Pauludakı xəstəxanada vəfat edib.



2-01-2023, 21:59
Blinken İsrailin xarici işlər naziri ilə İranı müzakirə etdi


Blinken İsrailin xarici işlər naziri ilə İranı müzakirə etdi

ABŞ dövlət katibi Entoni Blinken İsrailin yeni xarici işlər naziri Eli Koen ilə telefon danışığı aparıb. Bu barədə Koen özünün “Twitter” səhifəsində məlumat yayıb. Telefon danışığı zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub. “Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birgə hərəkətləri müzakirə etdik”, - deyə nazir qeyd edib.
2-01-2023, 21:51
Pele ilə vidalaşmaq istəyən insanlar stadiona axın etdi


Pele ilə vidalaşmaq istəyən insanlar stadiona axın etdi

Braziliyanın “Santos” stadionunda ölkənin ən məşhur futbolçusu, "futbol kralı" Pele ilə vida mərasimi keçirilir. Üçqat dünya çempionu ilə vidalaşmaq istəyən çox sayda insan stadionun ətrafında sıxlıq yaradıb. Arenaya bitişik bütün küçə və yollar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə alınıb, stadion və ətrafda yerli, eləcə də xarici telekanalların çəkiliş qrupları işləyir. Qeyd edək ki, Braziliyada “futbol kralı”nın şərəfinə üç günlük matəm elan edilib.




2-01-2023, 21:47
Bakıda baş vermiş partlayışla bağlı cinayət işi açıldı


Bakıda baş vermiş partlayışla bağlı cinayət işi açıldı

Bakının Binqədədi rayonunda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi açılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. "Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib və 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, mənzildəki dağıntılarla əlaqədar axtarış-xilasetmə işləri həyata keçirilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim görmüş itləri də cəlb olunmaqla aparılmış axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altında əlavə insan faktoru aşkar olunmayıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb və hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda bildirilib.
2-01-2023, 21:45
Gədəbəydə partlayış - Yaralanan var


Gədəbəydə partlayış - Yaralanan var

Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub. Hadisə rayonun Qumlu kəndində qeydə alınıb. Kənd sakini 2007-ci il təvəllüdlü Rəvan Ələsgərov bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, R.Ələsgərov evdə qazı yandıran zaman partlayış baş verib. Faktla bağlı araşdırma aparılır.
2-01-2023, 21:35
Partlayışın baş verdiyi mərtəbədəki bütün mənzillər sıradan çıxıb


Partlayışın baş verdiyi mərtəbədəki bütün mənzillər sıradan çıxıb

"Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən bütün mənzillər partlayışın təsirindən tamamilə dağılıb". Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib. Onun sözlərinə görə, partlayışın baş vermə səbəbləri ilə bağlı həm FHN, həm də digər hüquq-mühafizə orqanlarının əməliyyat istintaq qrupları hadisə yerində təhqiqat işləri aparır. Ə.Novruzov bildirib ki, həmçinin partlayışın təsirindən 16-cı mərtəbədə bir mənzilin qapısı və liftlər tamamilə sıradan çıxıb. O vurğulayıb ki, eyni zamanda təxliyə yollarında və pilləkən qəfəslərində çatlar əmələ gəlib. Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. İlkin məlumata əsasən, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.
2-01-2023, 21:31
Ölümlə nəticələnən partlayış yerindən görüntülər


Ölümlə nəticələnən partlayış yerindən görüntülər

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan birinə yerində yardım göstərilib, digər iki nəfər xəstəxanaya yerləşdiriliblər. Hadisə yerindən fotoları təqdim edir:







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!