1-01-2023, 15:48
Prezident Zəngəzur dəhlizinin önəmindən danışdı"Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır". Bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığını, dəmir yollarının, avtomobil yollarının çəkildiyini qeyd edib. “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
1-01-2023, 15:40
Prezident hərbi sahədəki inkişafdan danışdıBu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi gücünü göstərdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq”.
1-01-2023, 15:37
Can Azərbaycanla birgə 12 təlim gerçəkləşdirdik - ƏrdoğanTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin yekunları ilə bağlı hesabat yayımlayıb. O, bu barədə "Twitter" hesabında paylaşım edib. “Can Azərbaycanla birgə 12 təlim gerçəkləşdirərək hərbi imkanlarımızı nəzərdən keçirdik. Qara dənizdə və Azərbaycanda milli texnologiya hərəkatımızın lokomotivi olan "Teknofest"i keçirdik. 18,1 milyard türk lirəsi sərmayəsi ilə yüksək əlavə dəyərə malik 100 layihəyə dəstək verdik", - deyə o qeyd edib. O bildirib ki, Azərbaycanda 279 kvadrat kilometr ərazi minalardan təzmilənib.
1-01-2023, 15:32
Avropa İttifaqından Moldovaya maddi dəstəkAvropa İttifaqı (Aİ) 2023-cü ildə Moldovaya 250 milyon avro maliyyə yardımı ayırmağa hazırlaşır. Bu barədə Aİ-nin Kişinyovdakı nümayəndəliyi məlumat yayıb. “Biz Aİ-nin Moldovanın avropayönümlü istəklərini dəstəkləməyə davam etmək niyyətini təsdiqləyən daha bir ili problemlər və uğurlarla başa vururuq. Növbəti dövrdə Aİ Moldovaya 250 milyon avro məbləğində maliyyə dəstəyi verəcək”, - diplomatik departamentin məlumatında deyilir. Açıqlamada qeyd olunub ki, Aİ Moldovada enerji, nəqliyyat və tibb sahələrinə ən azı 150 milyon avro sərmayə qoymağa hazırlaşır.
1-01-2023, 15:23
Aksiya iştirakçıları Yeni ili Laçın yolunda qeyd etdiDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndi-Laçın yolunda ekofəallara və könüllülərə dəstək vermək üçün musiqiçilər aksiyanın keçirildiyi əraziyə gəliblər. Onlar milli və vətənpərvərlik ruhunda musiqilər ifa edirlər. Aksiya iştirakçılarının əhval-ruhiyyələri yüksək səviyyədədir. Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 20 gündür davam edir.
1-01-2023, 15:19
Ukraynanın 140 hərbiçisi əsirlikdən azad edildiUkrayna ordusunun 140 hərbi qulluqçusu əsirlikdən azad edilib. Bu barədə UNIAN agnetliyi məlumat yayıb. Azad edilən hərbçilər arasında yaralıların olduğu bildirilir. Azad edilən hərbçilər Mariupolun və Zmeyninin müdafiəçiləri, eləcə də digər döyüşçülərdir. Geri qaytarılan hərbçilərdən 132-si kişi və 8-i qadındır.
1-01-2023, 15:17
Rusların raket zərbələri əcnəbi jurnalistdən yan keçmədiRusiyanın Kiyevə raket zərbələri nəticəsində xarici jurnalist yaralanıb. Bu barədə Kiyevin meri Vitali Kliçko məlumat yayıb. Zərbə nəticəsində yaralanan jurnalist Yaponiyanın “The Asahi Shimbun” qəzetinin müxbiri Vataru Sekitadır. Yaralı şəxsə yardım göstərilib. Qeyd edək ki, bu gün Kiyevə raket zərbələri nəticəsində ölən və yaralananlar olub.
1-01-2023, 15:10
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə danışdı31 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. XİN-dən bildirilib ki, nazirlər arasında ikitərəfli gündəliyin aktual məsələləri, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat sahələrində əldə edilmiş razılıqlar çərçivəsində icra edilən layihələr müzakirə olunub. Bununla yanaşı, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” İran tərəfindən yeni həmsədrinin təyin edilməsi ilə komissiyanın işinin intensivləşdirilməsi niyyəti ifadə olunub. Tərəflər, həmçinin bölgədə post-münaqişə dövründə vəziyyəti, habelə daha geniş regional məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
1-01-2023, 15:06
Ərdoğan Türkiyənin yeni il hədəflərini açıqladı"Türkiyənin 2023-cü il üçün hədəfi siyasətdə və iqtisadiyyatda dünya liderlərindən birinə çevrilməkdir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmv Yeni il müraciətində deyib. “İndi məqsədimiz təkcə qlobal siyasətdə və iqtisadiyyatda ən yüksək pillələlərə yüksəlmək deyil, həm də orada qalmağa imkan verəcək siyasi və iqtisadi güc əldə etməkdir” - Ərdoğan bildirib. O qeyd edib ki, 2023-cü il Türkiyə üçün xüsusi il olacaq, çünki gələn il cümhuriyyətin elan edilməsinin 100-cü ildönümü qeyd ediləcək:“Türkiyə təkcə yeni ili qeyd etmir, həm də cümhuriyyətin qurulmasının birinci yüzilliyinin arxada qalacağı və yeni əsrin başlayacağı bir dövrə qədəm qoyur”.
1-01-2023, 14:32
Hava şəraitiylə əlaqədar Moskvada uçuşlar ləğv edildiHava şəraiti ilə əlaqədar Moskva hava limanlarında 100-dən çox reys gecikib və ya ləğv edilib. Təkcə Domodedovoda 18 reys gecikib, bir uçuş ləğv edilib, Şeremetyevoda isə 53 reys gecikib, Vnukovoda dörd reys ləğv edilib, 15-i gecikib. Qeyd olunur ki, hazırda Moskvanın hava limanlarında uçuş-enmə zolaqları qardan təmizlənir, təyyarələri soyuq havadan qorumaq üçün lazımi tədbirlər həyata keçirilir.