28-12-2022, 18:41
Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verildiKənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, beynəlxalq poçt göndərişlərində göndərilən və karantin nəzarətinə cəlb olunan mallara karantin nəzarətini Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.
28-12-2022, 18:38
Yunanıstandan Türkiyəyə qanunsuz yolla keçən şəxslər saxlanıldıQanunsuz yollarla Yunanıstandan Türkiyə ərazilərinə daxil olmağa cəhd göstərən 16 sərhəd pozucusu saxlanılıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə Yunanıstanla həmsərhəd olan Edirne şəhərində baş verib. Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılanlardan ikisi FETÖ terror təşkilatının üzvü olub. Saxlanılanlarla bağlı hüquqi prosedurların və araşdırmaların davam etdirildiyi qeyd olunub.
28-12-2022, 18:31
Ərdoğandan ölkə iqtisadiyyatıyla bağlı iddialı açıqlama"Türkiyə dünyanın 10 iqtisadiyyatından biri olacaq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elm mükafatları mərasimindəki çıxışı zamanı deyib. "Sadəcə son 1 ildə 174 universitet və 3 mindən çox tədqiqat-inkişaf mərkəzinə 15 milyard lirədən çox vəsait xərcləmişik. Gördüyümüz işlərlə beyin axının istiqamətini dəyişmişik. Türkiyə dünyanın 10 iqtisadiyyatından biri olacaq. Bunun üçün səy göstəririk", - deyə Ərdoğan söyləyib. "Elmə və texnologiyaya etdiyimiz yatırımların hər sahədə meyvələrini toplayırıq və bunun sevincini yaşayırıq", - Türkiyə prezidenti əlavə edib.
28-12-2022, 18:06
Sabahın hava proqnozu - Güclü külək, qar gözlənilirBakıda və Abşeron yarımadasında dekabrın 29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin küləkli hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib. Azərbaycanın rayonlarında da dekabrın 29-da qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
28-12-2022, 18:03
Rusiya Ukraynaya şərt irəli sürdü“Rusiyanın dörd yeni regionunun tanınması Ukrayna üçün “sülh planı”nın əsas komponentidir. Bu maddə olmadan vəziyyəti həll etmək mümkün deyil”. Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Eyni zamanda, Peskov bildirib ki, bu gün prinsipcə münaqişənin həlli üçün yazılı “sülh planı” yoxdur, lakin o tərtib edilərsə, müəlliflər yeni reallıqları nəzərə almalı olacaqlar. “Ukraynanın belə bir “sülh planı” ola bilməz ki, bugünkü reallıqları - Rusiyaya yeni bölgələrin daxil olmasını nəzərə almasın”, - Kreml sözçüsü deyib. Xatırladaq ki, Rusiya Ukraynanın dörd regionunu – Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini işğal edəndən sonra onları bu il sentyabrın 30-da öz ərazisinə daxil edilib.
28-12-2022, 17:58
Qarabağ ermənilərinə 500 min dollar ayrıldıFondun Himayəçilik Şurasının iclasında Azərbaycanın Laçın dəhlizinin bağlanması şəraitində Dağlıq Qarabağa yardımın göstərilməsi məsələsi müzakirə olunub. “Hayastan” ümumerməni fondu Qarabağ ermənilərinə humanitar yardım göstərmək üçün 500 min dollar ayırıb. Dekabrın 27-də Fondun Himayəçilik Şurasının iclası keçirilib və Qarabağ ermənilərinə yardımın göstərilməsi məsələsi müzakirə edilib. İclasa Şuranın rəhbəri, Ermənistan prezidenti Vaaqn Xaçaturyan sədrlik edib. Onlayn iclasda şuranın 20 üzvü, eləcə də Fondun yerli qurumlarının nümayəndələri iştirak ediblər. Fondun ABŞ-dakı yerli orqanı Qarabağ ermənilərinə ərzaq yardımı üçün dərhal 500 min dollar ayırmağa hazır olduğunu bildirib. Qeyd olunub ki, 2021-2022-ci illərdə Fond Qarabağ ermənilərinə yönəlik 32 milyard dram dəyərində humanitar proqramlar həyata keçirib.
28-12-2022, 14:48
Zaxarovadan Ukrayna XİN başçısına münasibətRusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ukrayna XİN başçısı Dmitri Kulebanın Rusiyanın BMT Təhlükəsizlik Şurasının çıxarılması ilə bağlı açıqlamasına münasibət bildirib. Zaxarova bu barədə "Sputnik"in efirində jurnalistin sualını cavablayarkən danışıb. "Heç nə etmək lazım deyil. Bu o situasiyadır ki, it hürür, karvan isə yoluna davam edir", - Zaxarova söyləyib. Qeyd edək ki, bundan əvvəl Dmitri Kuleba Ukraynanın Rusiyanı BMT TŞ-dən çıxarmaq üçün rəsmi addımlar atacağı və BMT-yə müraciət göndərəcəyi barədə açıqlama vermişdi.
28-12-2022, 14:42
Gömrük Komitəsinə yeni sədr müavini təyin edildiAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Natiq Şirinov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
28-12-2022, 14:38
Gömrük Komitəsinin sədr müavini vəzifəsindən azad edildiƏsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib. Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
28-12-2022, 14:35
Rusiya Azərbaycan xəbərdarlıqlarını görməzlikdən gəlirRusiya Federasiyasının Müdafiə Nazirliyi Azərbaycanın xəbərdarlıqlarını qulaqardına vurmağa davam edir. Nazirliyin yaydığı növbəti informasiya bülletenində Rusiya sülhməramlı kontingentinin xidməti ərazisindən bəhs edilərkən yenə “Dağlıq Qarabağ münaqişəsi zonası” ifadəsinə yer verilib. Bundan başqa, informasiya bülletenində “Stepanakert, Mardakert, Martuni” kimi erməni toponimlərinin də adı çəkilib. Qeyd edilib ki, 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. “Rusiya sülhməramlılarının komandanlığı Stepanakert-Gorus yolu ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası üçün Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirir. Mardakert, Martuni və Şuşa rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçirilib. Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkam dəstələri tərəfindən 2504,1 hektar ərazi, 689,5 km yol, 1940 bina partlamamış mina və mərmilərdən təmizlənib, 26762 partlayıcı obyekt aşkar edilib və zərərsizləşdirilib. Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, - deyə bülletendə bildirilib. Xatırladaq ki, rəsmi Bakı dəfələrlə Rusiya tərəfinə etiraz edib ki, bu informasiyalarda Azərbaycan toponimlərindən istifadə olunsun.