İranın hava məkanı yenidən açılır .....                        Məşhur aktyor ürəktutmasından vəfat etdi .....                        Xankəndidəki Zəfər parkından YENİ GÖRÜNTÜLƏR .....                        Rusiya Əfqanıstanı tanıdı .....                        Yenidən Avropa çempionu oldu .....                        Yeniyetmə su anbarında boğulub öldü .....                        3 ölkənin lideri Şahbulaq qalasında - FOTO .....                        Rusiyada azərbaycanlı "qanuni oğru" tutuldu .....                        İsrail "Hizbullah" komandirini öldürdü .....                       
28-12-2022, 18:52
İmamoğlu Soyluya səsləndi - “ İsbat edə bilməsən, istefa ver..”


İmamoğlu Soyluya səsləndi - “ İsbat edə bilməsən, istefa ver..”

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Ekrem İmamoğlu və ölkənin daxili işlər naziri Süleyman Soylu arasında növbəti qalmaqal yaşanıb. İmamoğlu bu barədə tviter səhifəsində yazıb. "Nazir Soylu ona zəng etdiyimi və kömək istədiyimi açıqlayıb. Bu, quyruqlu yalandır. Kəşfiyyat məlumatları səndə, telefonları dinləmək səndə, bütün informasiyalara çatımlılığın var. Bunu isbat edə bilsən, mən, edə bilməsən, sən istefa verməlisən. Meydan sənindir", - deyə İmamoğlu yazıb. Qeyd edək ki, Əkrəm İmamoğlu haqqında Ali Seçki Komissiyasının üzvlərini təhqir etmək iddiası ilə (iddiaya görə, İmamoğlu onları “axmaq” adlandırıb) qaldırılan cinayət işi üzrə bir müddət əvvəl keçirilən məhkəmə prosesində 2 il 7 ay 15 gün həbs və siyasi fəaliyyətlə məşğul olmasının qadağan edilməsi barədə qərar çıxarılıb. Yüksək instansiya məhkəməsinin təsdiqindən sonra qərarın icrası gözlənilir.
28-12-2022, 18:46
Türkiyədə terror törətmək istəyən şəxslər saxlanıldı


Türkiyədə terror törətmək istəyən şəxslər saxlanıldı

Türkiyədə İrandan təlimat alaraq terror törətmək istəyən şəxslər saxlanılıb. Bunu ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb. O bildirib ki, İrandan təlimat alan 5 terrorçu tutulub. Nazirin sözlərinə görə, terrorçular Van şəhərində saxlanılıblar. Soylu həmçinin qeyd edib ki, terrorçular saxlanılarkən silah-sursat və partlayıcı maddələr də aşkarlanaraq götürülüb: "Uzun müddətdir izlədiyimiz qrup idi. Hücuma hazırlaşırdılar".
28-12-2022, 18:43
Azərbaycandan İrana etiraz dolu bəyanat


Azərbaycandan İrana etiraz dolu bəyanat

Sumqayıt şəhəri, Abşeron və Xızı rayonunda fəaliyyət göstərən din xadimlərinin İran İslam Respublikasının anti-Azərbaycan siyasəti ilə bağlı qəbul ediblər. Bəyanatda bildirilir ki, xalqımız Vətən müharibəsində zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdikdən sonra, qonşu İran İslam Respublikasının sərhədlərimizdə hədələyici hərbi təlimlər keçirməsi və Ermənistana hərbi-siyasi dəstək verməklə, Azərbaycana yönəlik təxribat xarakterli addımları dindarların narahatlığına və haqlı narazılığına səbəb olmuşdur:“İslam dünyasının bir parçası kimi, Azərbaycanın milli-mənəvi, eləcə də, dini dəyərlərin qorunması, dünyada islamafobiyaya qarşı ciddi mübarizə aparmasına baxmayaraq, xalqlarımızın tarixən formalaşan ortaq dini-mədəni dəyərlərini gözardı edərək, özünü şəriət dövləti adlandıran İranın bir zamanlar işğal altında olan torpaqlarımızda islam maddi-mədəniyyət nümunələrini məhv edən, məscidlərimizdə dinimizin haram buyurduğu heyvanları saxlayan, qəbirləri dağıdan barbarlara isti münasibəti İslam respublikası fəlsəfəsini şübhə altında qoyur. Qonşu ölkə rəhbərliyi anlamalıdır ki, bu şübhələr və onun doğurduğu sualların çoxalması, həm də, öz milli təhlükəsizlikləri baxımından onları narahat etməlidir”. Bəyanatda eyni zamanda bildirilib ki, Azərbaycan dövləti qonşuları ilə mehriban dostluq şəraitində yaşamaq, başqa dövlətlərlə beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş prinsiplər əsasında münasibətlərinin qurulmasını vacib sayır: "Mövcud istiqamətdə ulu Öndər Heydər Əliyevin müəllifi olduğu siyasi kursu Prezident İlham Əliyev uğurla həyata keçirir. Bu siyasi xətt xalqlarımızın maddi-mədəni inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə və regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. “İran Azərbaycanın beynəlxalq və regional müstəvidə artan siyasi-iqtisadi nüfuzunu, güclü rəhbər-xalq-ordu həmrəyliyi ilə ölkəsinin suverenliyinə, ərazi bütövlüyünə qarşı istənilən təxribatın qarşısını almağa qadir olduğunu bilməli və məkrli hərbi-siyasi kampaniyasına son qoymalıdır”.
28-12-2022, 18:41
Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verildi


Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verildi

Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, beynəlxalq poçt göndərişlərində göndərilən və karantin nəzarətinə cəlb olunan mallara karantin nəzarətini Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.
28-12-2022, 18:38
Yunanıstandan Türkiyəyə qanunsuz yolla keçən şəxslər saxlanıldı


Yunanıstandan Türkiyəyə qanunsuz yolla keçən şəxslər saxlanıldı

Qanunsuz yollarla Yunanıstandan Türkiyə ərazilərinə daxil olmağa cəhd göstərən 16 sərhəd pozucusu saxlanılıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə Yunanıstanla həmsərhəd olan Edirne şəhərində baş verib. Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılanlardan ikisi FETÖ terror təşkilatının üzvü olub. Saxlanılanlarla bağlı hüquqi prosedurların və araşdırmaların davam etdirildiyi qeyd olunub.
28-12-2022, 18:31
Ərdoğandan ölkə iqtisadiyyatıyla bağlı iddialı açıqlama


Ərdoğandan ölkə iqtisadiyyatıyla bağlı iddialı açıqlama

"Türkiyə dünyanın 10 iqtisadiyyatından biri olacaq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elm mükafatları mərasimindəki çıxışı zamanı deyib. "Sadəcə son 1 ildə 174 universitet və 3 mindən çox tədqiqat-inkişaf mərkəzinə 15 milyard lirədən çox vəsait xərcləmişik. Gördüyümüz işlərlə beyin axının istiqamətini dəyişmişik. Türkiyə dünyanın 10 iqtisadiyyatından biri olacaq. Bunun üçün səy göstəririk", - deyə Ərdoğan söyləyib. "Elmə və texnologiyaya etdiyimiz yatırımların hər sahədə meyvələrini toplayırıq və bunun sevincini yaşayırıq", - Türkiyə prezidenti əlavə edib.
28-12-2022, 18:06
Sabahın hava proqnozu - Güclü külək, qar gözlənilir


Sabahın hava proqnozu - Güclü külək, qar gözlənilir

Bakıda və Abşeron yarımadasında dekabrın 29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin küləkli hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib. Azərbaycanın rayonlarında da dekabrın 29-da qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
28-12-2022, 18:03
Rusiya Ukraynaya şərt irəli sürdü


Rusiya Ukraynaya şərt irəli sürdü

“Rusiyanın dörd yeni regionunun tanınması Ukrayna üçün “sülh planı”nın əsas komponentidir. Bu maddə olmadan vəziyyəti həll etmək mümkün deyil”. Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Eyni zamanda, Peskov bildirib ki, bu gün prinsipcə münaqişənin həlli üçün yazılı “sülh planı” yoxdur, lakin o tərtib edilərsə, müəlliflər yeni reallıqları nəzərə almalı olacaqlar. “Ukraynanın belə bir “sülh planı” ola bilməz ki, bugünkü reallıqları - Rusiyaya yeni bölgələrin daxil olmasını nəzərə almasın”, - Kreml sözçüsü deyib. Xatırladaq ki, Rusiya Ukraynanın dörd regionunu – Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini işğal edəndən sonra onları bu il sentyabrın 30-da öz ərazisinə daxil edilib.
28-12-2022, 17:58
Qarabağ ermənilərinə 500 min dollar ayrıldı


Qarabağ ermənilərinə 500 min dollar ayrıldı

Fondun Himayəçilik Şurasının iclasında Azərbaycanın Laçın dəhlizinin bağlanması şəraitində Dağlıq Qarabağa yardımın göstərilməsi məsələsi müzakirə olunub. “Hayastan” ümumerməni fondu Qarabağ ermənilərinə humanitar yardım göstərmək üçün 500 min dollar ayırıb. Dekabrın 27-də Fondun Himayəçilik Şurasının iclası keçirilib və Qarabağ ermənilərinə yardımın göstərilməsi məsələsi müzakirə edilib. İclasa Şuranın rəhbəri, Ermənistan prezidenti Vaaqn Xaçaturyan sədrlik edib. Onlayn iclasda şuranın 20 üzvü, eləcə də Fondun yerli qurumlarının nümayəndələri iştirak ediblər. Fondun ABŞ-dakı yerli orqanı Qarabağ ermənilərinə ərzaq yardımı üçün dərhal 500 min dollar ayırmağa hazır olduğunu bildirib. Qeyd olunub ki, 2021-2022-ci illərdə Fond Qarabağ ermənilərinə yönəlik 32 milyard dram dəyərində humanitar proqramlar həyata keçirib.
28-12-2022, 14:48
Zaxarovadan Ukrayna XİN başçısına münasibət


Zaxarovadan Ukrayna XİN başçısına münasibət

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ukrayna XİN başçısı Dmitri Kulebanın Rusiyanın BMT Təhlükəsizlik Şurasının çıxarılması ilə bağlı açıqlamasına münasibət bildirib. Zaxarova bu barədə "Sputnik"in efirində jurnalistin sualını cavablayarkən danışıb. "Heç nə etmək lazım deyil. Bu o situasiyadır ki, it hürür, karvan isə yoluna davam edir", - Zaxarova söyləyib. Qeyd edək ki, bundan əvvəl Dmitri Kuleba Ukraynanın Rusiyanı BMT TŞ-dən çıxarmaq üçün rəsmi addımlar atacağı və BMT-yə müraciət göndərəcəyi barədə açıqlama vermişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!