Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Sualların yoxlanmasında süni intellektdən istifadə edirik - Məleykə Abbaszadə .....                        Prezident Pezeşkianı Şuşa ilə tanış etdi .....                        İlham Əliyevlə Pezeşkian nələrdən danışıb? .....                        Ərdoğanla İlham Əliyev Xankəndidə görüşdü .....                        Ali Məhkəmədən mühüm qərar .....                        Trampla Zelenski telefonla danışdı .....                        Təbiətə 81 min manatlıq ziyan vuruldu .....                       
3-11-2022, 16:59
Ağdamda tələ-minası aşkarlandı


Ağdamda tələ-minası aşkarlandı

Ermənistanın quraşdırdığı mina sahələrinin miqyası, kütləviliyi, eləcə də yüksək və ölümcül partlayışın baş verməsi məqsədilə basdırdığı tələ-minaları mülki əhaliyə qarşı yönələn terrorun təzahürüdür. Bu barədə ANAMA-nın məlumatında qeyd olunub. Məlumatda bildirilib ki, 2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində baş verən hadisə zamanı 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu növbəti mina partlayışının qurbanı olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir. Belə ki, Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı mülki təyinatlı ərazilərin ətrafında 1 ədəd tank əleyhinə TM-62P3 minasının üzərinə 1 ədəd piyada əleyhinə PMN-2 minasının, eləcə də 3 ədəd üst-üstə yerləşdirilən tank əleyhinə TM-62P3 minasının üzərinə 1 ədəd piyada əleyhinə PMN-2 minasının yerləşdirilməsi faktları aşkar edilib. Qeyd edək ki, tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub. Aşkar olunan tank və piyada əleyhinə minalardan ibarət üst-üstə qoyulan tələ-minalarının partlayışı nəticəsində nəinki insanın sağ qalma ethimalı, hətta texnikanın hər hansı bir hissəsinin yararlı halda qalması sıfıra bərabərdir.


3-11-2022, 13:56
DSX-nin əsgəri özünü güllələyib


DSX-nin əsgərimözünü güllələləyib

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb. Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.
3-11-2022, 13:53
Şəhid ailələri vergidən azad olunur


Şəhid ailələri vergidən azad olunur

Gələn il şəhid ailələri və şəhid valideynlərinin gəlirlərinin 800 manata qədər olan hissəsi vergilərdən azad olunacaq. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilir. İclasın gündəliyinə “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxil edilib.
3-11-2022, 13:51
Kadırov Zelenskini təhqir etdi: “Onu Qroznıya gətirəcəyik və…”


Kadırov Zelenskini təhqir etdi: “Onu Qroznıya gətirəcəyik və…”

“Xüsusi əməliyyat başa çatdıqdan sonra Ukrayna prezidenti Vladimir Zelenski “Putin prospektinin baş təmizləyicisi” olacaq”. Bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti haqqında deyib.“Tezliklə biz Ukraynadakı satanizmi, faşizmi məhv edəcəyik, Zelenskini Qroznıya gətirəcəyik və Putin prospektinə baş təmizlikçi təyin edəcəyik. O da gecə-gündüz prospekti təmizləyəcək. Onun üçün belə bir mövqe düşünmüşəm”, - Kadırov bildirib.
3-11-2022, 13:49
Gələn il şəhid ailələri və qazilər üçün ayrılacaq vəsait açıqlandı


Gələn il şəhid ailələri və qazilər üçün ayrılacaq vəsait açıqlandı

Növbəti ilin dövlət büdcəsindən əhalinin həssas təbəqələrinə ödənilən yaşa, sağlamlıq imkanlarının məhdudluğuna, ailə başçısının itirməyə və digər sosial müavinətlərin, eləcə də müharibə əlillərinə, ümumi səbəbdən əlillərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsi üçün 1436,8 milyon manat vəsait proqnozlaşdırılıb. Butov.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb. 2023-cü ilin dövlət büdcəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün yönəldilən vəsaitin məbləği 1467,8 milyon manat proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 235,8 milyon manat (19,1 faiz) çox olmaqla, Fondun xərclərinin tərkibində xüsusi çəkisi 1,6 bənd artaraq 23,6 faiz təşkil edəcək. Növbəti ildə dövlət büdcəsində ünvanlı sosial yardımların verilməsi məqsədilə 277,7 milyon manat vəsait nəzərdə tutulub.
3-11-2022, 13:47
İndiyədək Qarabağa 4,4 milyard manat xərclənib


İndiyədək Qarabağa 4,4 milyard manat xərclənib

İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına ayrılan vəsait açıqlanıb. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, Qarabağın yenidən qurulmasına 4,4 milyard manat vəsait xərclənib.
3-11-2022, 13:44
XTQ-nin İranla sərhəddə keçirdiyi təlimlərdən görüntülər


XTQ-nin İranla sərhəddə keçirdiyi təlimlərdən görüntülər

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələri ilə keçirilən təlimin növbəti mərhələləri üzrə tapşırıqlar icra edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib. Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib. Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır. Xüsusi təyinatlıların təlimi davam edir.




[media=https://youtu.be/1qaeX72D140]
3-11-2022, 13:39
ABŞ Ukraynaya 1 milyon artilleriya mərmisi göndərib


ABŞ Ukraynaya 1 milyon artilleriya mərmisi göndərib

2022-ci ilin fevral ayının sonundan bəri ABŞ Ukraynaya 202 artilleriya sistemi tədarük edib. Bu barədə Pentaqonun açıq məlumatlarında qeyd olunur. Ukrayna ordusu Amerika tərəfdən 1 milyondan çox artilleriya mərmisi, zirehli hədəfləri məhv etmək üçün 63 min mobil raket sistemi, 1,4 min mobil zenit-raket kompleksi, 15 helikopter, 46 radar, 10,2 min atıcı silah, 68,2 milyon atıcı silah sursatı və 26 patrul kateri alıb. Qeyd edək ki, ABŞ Ukraynaya müasir HİMARS raket sisteməri, M777 artilleriya qurğuları, NASAMS hava hücumundan müdafiə sistemləri və digər silahlar göndərir.
3-11-2022, 13:36
Putinə zəng etdim, bu gün dəhlizi açdılar - Ərdoğan


Putinə zəng etdim, bu gün dəhlizi açdılar - Ərdoğan

Ötən gün Vladimir Putinə zəng etdim və bu gün taxıl dəhlizini açdılar. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya müsahibəsində deyib. Ərdoğan gün ərzində Rusiya və Ukrayna liderləri ilə danışdığını və hər iki tərəfin tələblərinə müsbət yanaşdığını bildirib. Qeyd edək ki, Rusiya Sevastopoldakı terror aktından sonra dayandırılmış “taxıl sazişi”nin icrasını bərpa edib. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Moskva Ukraynadan yazılı təminat alıb - Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib.
3-11-2022, 13:32
Ərdoğan Putini müdafiə etdi


Ərdoğan Putini müdafiə etdi

"Praqada kiminlə görüşdümsə, hamı Putinin əleyhinə danışırdı. Dedim ki, yanlış edirsiniz". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya müsahibəsində deyib. Ərdoğan bildirib ki, Rusiya kimi dövlətin başçısına qarşı mənfi münasibət bəsləmək doğru deyil. “Bir lider olaraq sizə hücumlar edilsə, buna göz yumarsınızmı? Etməzsiniz. Mənə qarşı edilsə, mən də etmərəm. Nə lazımdırsa, onu da edərəm. Putinin etdiyi budur. Dünyada 3-5 hörmətli ölkədən biri olan Rusiyanın başçısı olacaqsınız və sonra durub belə hücumlara göz yumacaqsınız. Mümkün deyil”, - Türkiyə prezidenti qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!