İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 12-02-2019, 13:38
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan kon­­frans keçiriləcək

2019-cu ilin iyun ayında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsti­tutun­da böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “İmadəddin Nəsimi: sələflər və xələflər - Orta əsrlər əlyazmaları və Azər­­­baycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVII elmi-nəzəri kon­­frans keçiriləcək.
Konfrans Prezident İlham Əliyevin “Böyük Azər­­baycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haq­­qında” 15 noyabr 2018-ci il tarixli Sərəncamı və “Nəsimi ili” çərçivəsində baş tu­ta­caq.
Tədbirdə Nəsiminin həyat və yaradıcılığı, şairin zəngin bə­­dii irsinin tədqiq, təb­liğ və tər­cümə problemləri, Nəsimi ardıcıllarının bə­­dii dünyası, hüru­fi­­lik ideya-fəl­səfi cərəyanı və həmin cərəyanın görkəmli nü­ma­­yəndələrinin söz-sə­nət aləmi ilə bağlı mə­ru­zələr dinləniləcək.
Məruzə tezislərinin hazırlanmasına dair tələblər:
- Məqalə 12 ölçülü Times New Roman şrifti ilə, sətirlərarası 1 interval aralıqla tər­­tib olunmalıdır. Mətn vərəqində hər tərəfdən 2 sm. boşluq olmalıdır;
- Müvafiq xülasə və ədəbiyyat siyahısı da daxil olmaqla, məqalənin ümumi həcmi 3500 sözdən və ya 10 səhifədən artıq olmamalıdır;
- Məqalənin sonunda ingilis və rus dillərində xülasə olmalıdır. Xü­­la­sə­də müvafiq xa­ri­ci dil­lər­də müəllifin adı və soyadı, onun aşağısında sərlövhə, bir sətir aşa­ğı­da isə icmal mətn əks olunmalıdır. Burada yığcam şəkildə möv­zu­nun ak­tu­al­lı­ğı, el­mi əhəmiyyəti, əldə olunmuş yeniliklər və nəticələr veril­mə­li­dir;
- Sərlövhə böyük hərflərlə (Caps Lock), tünd rəngdə mərkəzdə yazıl­malı­dır;
- Məqalə sərlövhəsinin altında müəllifin adı, soyadı, təmsil etdiyi təşkilatın adı, var­sa elmi dərəcəsi və elmi adı, elektron poçt ünvanı göstərilməlidir;
- İstifadə edilən bütün ədəbiyyat və İnternet resursları məqalənin so­nun­da əlifba sırası ilə düzülməli və mətndəki istinadlar həmin sıraya uyğun nöm­rə­­lən­­mə­li­dir;
- İstifadə edilən ədəbiyyat siyahısı tərtib edilərkən istinad olunmuş mənbənin bü­tün buraxılış gös­təri­ciləri (müəllif, sərlövhə, nəşr ili və yeri, ümumi səhifə, İn­ter­net ünvanı, DOI və s.) dəqiq əks olunmalı, Azər­bay­can Respublikası Prezidenti ya­­nın­da Ali At­tes­ta­siya Komissiyasının elmi mətnlərdə istinadetmə qaydalarına əməl olun­­ma­lı­dır:
- Elmi dərəcəsi olmayan müəlliflərin elmi rəhbərinin (və ya elmi rəyçisinin) adı, so­yadı, elmi dərəcəsi (varsa elmi adı), məqalənin sonunda göstərilməlidir;
- Kon­fransın əsas işçi dili Azərbaycan dilidir. Məruzələrin mətni türk, in­­­­gi­­­lis və rus dillərində də ola bilər.

Əlaqə nömrəsi: (+994 12) 492 31 97

E-mail: konfrans.elyazma@mail.ru

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi 26.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!