Türkün zəfər dastanından...
Türkiyənin Azərbaycandaki Səfirliyinin Turizm və Tanıtma müşaviri, hörmətli
Seyit Ahmet Arslan bəyin təşəbbüsü ilə gerçəkləşən Bursa-Afyonkarahisar səfərimizdən
Yağış yağırdı sevgili
Afyonda, biraz da
rüzgar vardı
... Yağmurlu bir sabahda gözəl Bursadan ayrılıb Afyonkarahisara gedirik. Rəhbərlərimiz Nejdet Hakgüden, Kerim Şahin ve Halil Işık yolboyu Afyonun tarixindən, termal sularından, Frikya vadisindən, Mevlevihanədən, Qurtuluş Savaşının rəmzi Kocatəpədən danışır, bu cənnət yurdun mətbəx mədəniyyətini, tatlılarını, qaymağını anladırdılar. Afyon da Türkiyənin digər bölgələri kimi tarix boyu bir çox mədəniyyətlərə ev sahibliyi edib, goynunda yüzminlərlə şəhid Məhmətlərə gucaq açıb. Büyük Taarruz Şehitliyi, Anıtkaya Şəhitliyi, Afyonkarahisar Hava Şəhitliyi, Giresunlular Alay Şəhitliyi, Şuhut Şehitliyi, Yıldırım Kemal Şəhitliyi, Çığıltepe Şəhitliyi, Yüzbaşı Agah Efeni (Kurtkaya) Şəhitliyi. Bu torpağın mayəsi də, qayəsi də şəhid qanındandır, deyəcək başqa söz yox... Böyük Türk şairi Mehmet Akif Ersoyun İstiklal Marşındakı misrasını xatırladım:
"Şüheda fışkıracak
toprağı sıksan,
Şüheda!"
Afyona yetişdik. Oruçoğlu termal hotelin personalı bizi sevgiylə, gülərüzlə qarşıladı. Otel müdiri Levent bəy Azerbaycandan yenicə dönübmüş Afyona.
Bakıdan sevgiylə, könül dolusu danışdı. Bizdən xahişləri bu oldu ki, qonaq olacağımız üç gündə özümüzü bu oteldə ev sahibi kimi hissedək. Bunun üçün türk qonaqpərvərliyinin ən gözəl nümunəsini göstərdilər. Bu arada bildirim ki, Friq vadisinin ətəklərində, yeraltı zəngin termal su qaynaqlarının üzərində yerləşən Oruçoğlu Türkiyədə ilk 5 ulduzlu sağlıq-turizm hotelidir, təkcə hovuzlarda deyil, hər bir otel otağında da termal sulardan istifadə olunur, yəni Oruçoğlunun sahib olduğu yeraltı kaplıca sularından. 1992-ci ildən fəaliyyət fəaliyyət göstərən termal hotelə şəfa tapmaq üçün qoltuq arabalarında belə dünyanın dörd bir yanından gələnlərin sayı-hesabı yoxdur. Görünən odur ki, kimsə də geriyə əliboş dönmür. Yürümə parkları, növbənöv idman zalları, yamyaşıl baxçası, hotelin hər bir yanında yeraltı şəfalı qaynaq sularından hazırlanmış açıq və qapalı hovuzlar, SPA və müalicə mərkəzləri, birbirindən ləzzətli yeməkləri və gülərürzlü personalı 24 saat turistlərin xidmətindədirlər. Lap qədim zamanlardan Afyon yeraltı şəfalı sular mənbəyidir. Yüzlərlə dərdin dərmanıdır bu sular. Afyondaki bütün hotellər əsasən sağlıq turizmi yöntəmlidir. Hər birində yeraltı qaynaq sulardan oluşan müalicəvi açıq və qapalı hovuzlar və digər müalicə üsulları var. Çindən, Hindistandan, Yaponiyadan, Ərəbistanın hər yerindən və Avropanın bu ucundan o ucuna qədər hər yerindən xəstələr sağlıq turizmi üçün xərəklərdə belə bu hotellərə gətirilir. Öyrəndik ki, Bursa və Afyona ən çox turist axını sırasında birincilərdən biri də Azərbaycandır.
Alev-alev yanıyor
uzaktan ufuk
Alev-alev yanan o üfüq Afyonda 25 Türk əskərinin canını almışdı ötən illərdə. İndi yerində al bayraqlar dalğalanır. Rəhbərimiz Havanur Yamaner xanım da oradan başladı tanıtımına: "2012-ci il sentyabrın 5-də indi yanından keçdiyimiz hərbi kışalada cəbbəxana partlamış, 2 astsubayımız, 2 uzman çavuşumuz, 21 erbaş ve erimiz, toplam 25 əsgərimiz şəhid olmuşdu, bunu duymuşdunuzmu?" deyə sordu bizdən və söhbətimizi bu mövzuyla davam etdirdik. Anaların göz yaşları bulaq kimi qaynayır hələ də, bu torpaqların Mehmet qanına heç doyumu yox. Şairlərin
misralarında yaşamlarını davam etdirir 25 can. Saat iyirmi bir on beş, karnlık gece, Kulakları sağır eden bir patlama. Deprem kimi sarsılıyor her yer, Alev-alev yanıyor uzaktan ufuk.
"Kocatepeye çıkarken"
26 avqust 1922-ci il saat 04:30-da Türk ordusunun atəş açmasıyla dünyanın ən ağır meydan savaşlarından olan Afyon Kocatəpə-Qurtuluş Savaşı başlamışdı. Türklər buna Büyük Taarruz da deyirlər. Türkiyə və azadlıq uğrunda minlərcə məhmətcik "Allah Allah" nidaları ilə düşmən üzərinə gedir, savaşır, şəhid olurdular. İsmayıl Hakkı amca deyir ki, hər il avgustun 26-da Kocatəpəyə-Zəfər Yürüşünə çıxarkən gözəlim dağlardan, Dumlupınardan məhmətlərin "Allah Allah" nidaları duyulur.
Rəhbərimiz Hejdet Hakgüden xəyallara dalarak dədəsini xatırladı: "Dədəm Atatürkün komandanlığında Anafartalarda, Kocatepede ve Dumlıpınarda düşmana qarşı savaşdı. Atamız Mustafa Kamal hayatını Türk varlığına həsr etdi və bu ideal uğrunda canını əsirgəmədi" dedi.
Atatürkün amacı uca Türk ulusuna sağlam mənəviyyata sahib olma düşüncəsi vermək, düşünən başları Türkiyənin gələcəyinə yönəltmək idi. Bunun üçün savaşır, fiziki və mənəvi həyatını payimal edirdi. Və buna nail olurdu. Çünki milli iradənin gücü getdikcə artırdı. Birinci Dünya müharibəsindən tükənmiş türk xalqı Sakarya zəfərində Mustafa Kamal paşaya ümidlənmişdi. Sakarya məğlubiyyətindən sonra yunanlar Afyon-Eskişehir tərəfdən güclərini geri çəkərək müdafiə mövqeyini seçmişdilər. Avqustun 26-da savaşa girən türklər qısa zamanda düşmənə aid bir neçə yüksəkliyi ələ keçirirlər. Bir neçə günlük ağır savaşlardan sonra ağır şəkildə yenilərək yunan ordusu məğlub oldu. Canını qurtaranlar təşviş içində İzmirə tərəf qaçdılar. Avqustun 30-da Dumlupınarda düşmənlərin tamamilə çökməsi nəticəsində Meydan Savaşı şanlı Türk Ordusunun qələbəsi ilə başa çatdı. Avqustun 31-də İsmət paşa bu savaşa "Başkomutan Meydan Savaşı" adını verdi. Meydan savaşından sonra ətrafı gəzən Mustafa Kamal paşa düşmənin ağır itgisini və məğlubiyyətini, saysız düşmən cəsədlərini, savaş meydanında qoyub qaçdığı silah-sursatı, cəbbəxananı görüncə çox duyğulanmış və silahdaşlarına "Bu mənzərə insanlıq üçün utancvericidir, Amma biz vətənimizi qoruyuruq. Sorumluluq bizə aid deyildir" demişdir. Bu gün hər bir afyonlunun qürurudur Kocatəpə. Oraya çıkarkən saçı xınalı məsum onbeşliklərin, şanlı məhmətlərin ruhuyla yenidən görüşür, onları dinləyir, mənən güclənirlər. Oradan ayrılarkən çox qürurluydum mən də, çox da ümidliydim. İnanıram ki, 26 avqustların birində mən də evladımla Kocatəpəyə-Zəfər Yürüşünə çıxacam, Şanlı Məhmətlərin savaş nidalarını duyacam.
Afyonkarahisar deyincə Frigya vadisi xatırlanır
Bu uyqarlıq miladdan öncə 750-ci illərdə meydana gəlmişdir. Ege köçləri ilə Anadoluya gələn friglər balkan kökənli boylardan hesab olunur. Zərgərliyi, bəzəmə sənətini və musiqini çox gözəl bacarırmışlar. Heyrət içindəydik, bunlar gerçəkdən insanmı olmuşlar? Budurmu qədim insan anlayışı? Ucsuz-bucaqsız dağlar oyuq-oyuq, bacalar açılmış. Ölülərini belə mağaraların divarlarına gömürlərmiş, qayalara kilsələr oyulmuşdur. Üz-üzə əks olunmuş aslan qabartmalı ən böyük qaya kral məzarlığıymış. Afyonda böyük bir ərazi Frigya adası adlanır. Buranın tarixi də, insanları da, yaşamları da əfsanəyə bənzəyir, sanki insan deyil, pəri-cin olmuşlar. Lakin gerçək budur ki, qaya mağaralar və qəbirlər, tanrı və tanrıçaların tapınaqları olduğu kimi qalıb. İsa peyğəmbər və 12 həvvarisinin divara çəkilmiş rəsmi günümüzədək rəngini belə qoruyub. Qayalarda oyuqlar sanki bugünlərin əl işidir. Üçminillik açıq hava tapınağı möcüzədir. Hər qarış yer nağıl tarixdir. Frigyalılar həyatlarını təmin etmək üçün gözəl Afyonun Emre gölü ətrafında məskunlaşmışlar və əkin-biçinçiliklə məşğul olmuşlar. keşkə Frigya vadisində turizm kəndi salına və burada da hotellər ola. Çünki burada da yeraltı qaynaq suların olmasına heç şübhə yoxdur. Bu heyrətamiz mağaraları görmək üçün dünyanın hər yerindən insanlar Afyona gələr, həm də yeraltı qaynaq sulardan şəfa taparlar.
Mevlevihanədə namaz qılmaq şərəfim
Konyadan sonra ikinci Mevlevihane Afyonkarahisarda açılmışdır. Zaman dayanmışdır burada. Tanrının şanlı qulları uyumuşdur, röyalarında da Allaha səcdə edirlərmiş kimi gəlir sanki. Hər tərəf
sakit, sükunət, biraz da hüzünlü. Tərtəmiz ruhları dolaşır hanənin hər tərəfində. Salnaməçilərin söylədiyinə görə günlərin birində Həzrəti Mevlana nəvəsi Ulu Arif Çələbi ilə Afyona gəlir. Sonraki illərdə Ulu Arif Çələbi Konyadan kənara çıxaraq mevləviliyin coğrafiyasının geniş yayılmasına başlayır və buna nail olur. Böyük zaatın Afyona gəlişinin XIII yüzilliyə təsadüf etdiyi bildirilir. Mevlevihanənin Afyonda açılmasının bir səbəbi də bu olmuşdur ki, həzrəti Mevlananın nəvəsi Mutahhara hatun buralı olan Germiyanoğlu Süleyman şaha gəlin köçmüşdür. Əsrlər boyu aşınmalara və sökülüb dağılmalara məruz qalan Mevlevihanə XXI əsrin əvvəllərində ən yüksək səviyyədə təmir olunaraq 2008-ci ildən "Sultan Divanı Mevlevihane Müzesi" adıyla ziyarətçilərin xidmətinə verilmişdir. Rəhbərlərimin izniylə namaz qılmaq şərəfi qazandım Mevlevihanədə. Həyatımın ən gözəl anını yaşadım. Qoparaq bu dünyadan müqəddəs ruhlara qarışdım, sevdalısı olduğum Türkiyəmə, Azərbaycanıma, türklüyümüzə, bərabərliyimizə sonsuz dualar etdim. Və qapıdan çıxarkən, Allahım, bu müqəddəs yerdə bir daha namaz qılmaq şərəfi ver mənə, deyə dua etdim. Bütün dualarımızın qəbul olunması ümidi ilə.
Rəsmiyyə Qarayeva,
Bakı-Bursa-Afyonkarahisar