Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
Dünən, 23:32
Milli Ordumuzun   şərəfli inkişaf yolu

Milli Ordumuzun

şərəfli inkişaf yolu


26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın həyatında mühüm yer tutan əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan dövlətinin hərbi qüdrətini, milli təhlükəsizliyini və müstəqilliyinin təminatçısı olan Silahlı Qüvvələrimizin keçdiyi şərəfli inkişaf yolunu əks etdirir. Hər il böyük qürur hissi ilə qeyd olunan bu gün ordumuzun əldə etdiyi nailiyyətlərə verilən yüksək dəyərin ifadəsidir.
Azərbaycan milli ordusunun əsası 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur. Hələ həmin dövrdə qəbul edilən qərarlar müstəqil dövlətin mövcudluğu üçün güclü ordunun vacibliyini göstərirdi. Sonrakı illərdə müxtəlif tarixi və siyasi hadisələr ordunun inkişafına təsir göstərsə də, Azərbaycan xalqı öz milli hərbi ənənələrini qoruyub saxlamışdır.
Müstəqillik illərində Azərbaycan Ordusunun inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun 1969-cu ildən etibarən həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilmiş, Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmış, azərbaycanlı gənclərin nüfuzlu hərbi təhsil müəssisələrində oxumasına geniş imkanlar açılmışdır. Bu addımlar gələcək milli ordu quruculuğu üçün möhkəm zəmin yaratmışdır.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmizin güclü və nizamlı orduya malik olmasının nə qədər vacib olduğunu göstərdi. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində əsaslı islahatlara başlanıldı. Pərakəndə silahlı dəstələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi.
1994-cü ildə atəşkəs əldə olunduqdan sonra Azərbaycan Ordusunun formalaşdırılması prosesi daha da sürətləndi. Ordunun maddi-texniki bazası möhkəmləndirildi, hərbi hissələr müasir silah və texnika ilə təchiz edildi, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində ardıcıl işlər görüldü. Eyni zamanda hərbi təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə Hərbi Akademiya yaradıldı və hərbi məktəblərin fəaliyyəti yeni mərhələyə qədəm qoydu.
Azərbaycan Ordusunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır. NATO ilə əməkdaşlıq proqramları çərçivəsində minlərlə hərbçi müxtəlif təlimlərdə iştirak etmiş, müasir hərbi idarəetmə və döyüş təcrübəsi qazanmışdır. Bütün bunlar Silahlı Qüvvələrimizin peşəkar və müasir orduya çevrilməsində mühüm rol oynamışdır.
Bu gün Azərbaycan Ordusu ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün əsas təminatçısıdır. Ordumuz yüksək döyüş hazırlığına, güclü maddi-texniki bazaya və vətənpərvərlik ruhuna malikdir. Xalqla ordunun birliyi dövlətimizin qüdrətini daha da artırır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir”.
Qazi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan əsgərinin Vətənə sevgisi, xalqına sədaqəti və döyüş ruhu hər zaman qələbələrin əsas mənbəyi olmuşdur. Biz döyüş meydanında bu gücün şahidi olduq. Bu gün Silahlı Qüvvələr Gününü qeyd edərkən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ordumuzun sıralarında xidmət edən bütün hərbi qulluqçulara uğurlar arzulayırıq. Güclü Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin və gələcək inkişafının ən möhkəm təminatıdır.

Qəzənfər Ağayev
Vətən müharibəsi Qəhrəmanı, Abşeron rayon sakini
25-05-2026, 09:45
İsrail itki verdi

İsrail itki verdi

Livanın şiə təşkilatı “Hizbullah” İsrailin Livanda itkilər verdiyini və buna cavab olaraq mülki şəxsləri hədəf aldığını bəyan edib. Bu barədə təşkilatın baş katibi şeyx Naim Qasım tərəfdarlarına televiziya müraciəti zamanı danışıb. Onun çıxışı “Al Mayadeen” telekanalı ilə yayımlanıb.
Naim Qasım bildirib ki, İslam müqavimətinin pilotsuz uçuş aparatları İsrail qüvvələrini daim izləyir və İsrail buna cavab olaraq yaşayış evlərini dağıdır, mülki insanları öldürür.
Şiə liderinin sözlərinə görə, Livanın cənubunda baş verən hadisələr İsrail gücünün zəifləməsinin başlanğıcını göstərir.
Qasım həmçinin İsrailin hücumlarının dayandırılmasına, İsrail qoşunlarının tam çıxarılmasına, əsirlərin azad edilməsinə və məcburi köçkünlərin geri qaytarılmasına çağırış edib.
O, Livan hökumətindən martın 2-də qəbul edilən və “Hizbullah” döyüşçülərini qanunsuz elan edən qərarın ləğvini də tələb edib.
“Silahlı müqavimətin tərksilah edilməsi İsrail layihəsidir. Ondan imtina edin, İsraillə birbaşa danışıqları dayandırın və milli konsensusa qayıdın.”
10-05-2026, 05:29
Hörmüzdə 58 gəmi ələ keçirildi

Hörmüzdə 58 gəmi ələ keçirildi

Hörmüz boğazında blokada başlayandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına doğru gedən və ya oradan çıxan 58 ticarət gəmisini ələ keçirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında paylaşdığı məlumatda deyilir.
"ABŞ Hərbi Dəniz Qüvvələri İranın blokadasını tam şəkildə təmin etməyə davam edir. Bu günə qədər CENTCOM qüvvələri gəmilərin İran limanlarına daxil olmasının və ya oradan çıxmasının qarşısını almaq üçün 58 ticarət gəmisinin istiqamətini dəyişdirib və dörd gəmini sıradan çıxarıb", - məlumatda bildirilir.
CENTCOM hərbi blokada dövründə ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarından çıxan və ya oranı tərk edən İslam Respublikası ilə əlaqəli 70-dən çox neft tankerini ələ keçirdiyini açıqlayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə hava zərbələri endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün bağlandığını bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.
9-05-2026, 08:26
Zelenskidən parad ƏMRİ


Zelenskidən parad

ƏMRİ


Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında 9 may 2026-cı ildə Moskvada keçiriləcək paradla bağlı sənəd dərc edilib. Sənəddə tədbirin keçirilməsinə icazə verilir və parad müddətində Qırmızı Meydan ərazisi Ukrayna silahlarının tətbiqi planından müvəqqəti olaraq çıxarılır. Həmçinin qeyd olunur ki, sənəd humanitar səbəblərə və 8 may 2026-cı ildə Amerika tərəfi ilə danışıqlar zamanı aparılan müzakirələrə əsaslanır.
Sənəd imzalandığı andan qüvvəyə minib.
3-05-2026, 20:06
SEPAH ABŞ-yə ultimatum verdi


SEPAH ABŞ-yə

ultimatum verdi


İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın bəyanatlarına cavab olaraq Vaşinqtonun çıxılmaz vəziyyətdə olduğunu iddia edib.
Bu barədə SEPAH-ın Kəşfiyyat Qurumu "X" sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, Tramp "qeyri-mümkün əməliyyat" ilə "pis razılaşma" arasında seçim etmək məcburiyyətində qalıb. Açıqlamada mövcud vəziyyəti xarakterizə edən dörd əsas amil sadalanıb: İranın mühasirəyə qarşı Pentaqona verdiyi ultimatum, Çin, Rusiya və Avropanın Vaşinqtona qarşı ritorikasının dəyişməsi, Trampın Konqresə göndərdiyi və "passiv məzmunlu" kimi qiymətləndirilən məktub, həmçinin İranın irəli sürdüyü müzakirə şərtlərinin qəbul edilməsi.
SEPAH-ın bəyanatında qeyd olunur ki, bütün bu proseslər tək bir məna kəsb edir: "Tramp ya reallaşdırılması qeyri-mümkün olan hərbi əməliyyata başlamalı, ya da İranla "pis" hesab olunan razılaşmaya imza atmalıdır".
Açıqlamanın sonunda ABŞ administrasiyasının qərarvermə imkanlarının ciddi şəkildə məhdudlaşdığı vurğulanıb.
3-05-2026, 10:51
Birgə taktiki-uçuş təlimi başa çatıb


Birgə taktiki-uçuş

təlimi başa çatıb


Mayın 2-də Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb.
Təlimin başa çatması münasibətilə iştirakçılara brifinq təqdim olunub.
Bildirilib ki, təlim müddətində hər iki qardaş ölkənin hərbi pilotları birgə uçuşlar həyata keçirib, verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.
Təlimdə ssenariyə uyğun olaraq, müvafiq uçuşların planlaşdırılması, Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin və digər hədəflərin yerlərinin aşkar olunması, məlumatların Birləşmiş Hava Əməliyyat Mərkəzinə ötürülməsi və onların məhv edilməsi, eləcə də digər fəaliyyətlər müvəffəqiyyətlə icra olunub.
Həmçinin heyətin fərqli şəraitlərdə uçuş bacarıqlarının artırılması, yeni texnika və silah sistemləri ilə tanışlıq məqsədi ilə mübadilə uçuşlarının yerinə yetirilməsi, aviasiya vasitələrindən tətbiq olunan radioelektron mübarizə şəraitində HHM vasitələrinin fəaliyyətinin qiymətləndirilməsi tapşırıqları da yerinə yetirilib.
Hərbi pilotların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
2-05-2026, 08:11
İsraildən Livana zərbə

İsraildən Livana zərbə

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Livanın cənubundakı Habbuş yaşayış məntəqəsinə zərbə endirməsi nəticəsində azı 8 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Bu barədə TASS-ın məlumatında deyilir.
Bildirilib ki, xilasedicilər təkrar hücumlardan ehtiyat etdikləri üçün dağıntıları təmizləmə işlərini dayandırmaq məcburiyyətində qalıblar.
30-04-2026, 07:34
Rusiya helikopterlərinə zərbə endirildi


Rusiya helikopterlərinə

zərbə endirildi


Ukrayna hərbçiləri pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın Voronej vilayətində yerləşdirilmiş “Mi-28” və “Mi-17” döyüş helikopterlərinə zərbə endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdin məlumat yayıb.
Onun sözlərinə görə, zərbə 4 ədəd “Mi-28” və “Mi-17” helikopterinin yerləşdiyi eniş-qalxış meydançasına endirilib.
Pilotsuz Sistemlər Qüvvələrinin bölmələri Rusiyanın Voronej vilayətində, təmas xəttindən 150 kilometr məsafədə yerləşən ərazidə iki “Mi-28” və “Mi-17” helikopterini vurub. Həmin ərazidə helikopterlər yanacaqla təmin olunur, həmçinin uçuşlararası texniki baxış keçirilirdi. Zərbələr əsas pərləri yan keçərək mühərrik bölməsinin arxa mərkəzi hissəsinə endirilib”, – deyə komandan dəqiqləşdirib.
Hücum nəticəsində helikopterlərə xidmət göstərən mütəxəssislərdən azı biri həlak olub.
Qeyd edək ki, Rusiyanın “Mi-28” zərbə helikopteri zirehli texnikanın, canlı qüvvənin və aşağı hündürlükdə uçan hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. O top silahları və idarəolunan raketlərlə təchiz edilib, həmçinin günün istənilən vaxtında və mürəkkəb hava şəraitində tapşırıqları yerinə yetirə bilir.
“Mi-28” helikopterlərindən Rusiya qoşunları döyüş əməliyyatları zamanı, o cümlədən quru əməliyyatlarına dəstək məqsədilə fəal istifadə edir. “Mi-17” nəqliyyat helikopteri isə şəxsi heyətin və yüklərin daşınması, həmçinin təxliyə əməliyyatlarının icrası üçün istifadə olunur.
30-04-2026, 07:24
İsrail ordusu İran sərhədinə yeridildi

İsrail ordusu İran

sərhədinə yeridildi


Artıq İsrail ordusu Birləşmiş Ərəb Əmirliklərindədir. Ya koalisiya İranı vuracaq, ya da İran Dubayı...
Bu barədə politoloq Turab Rzayev məlumat yayıb. O iddia edib ki, İsrail xüsusi təyinatlıları, desantı artıq BƏƏ-nin ərazisindədir, ABŞ silahlı qüvvələri ilə birgə:
“ABŞ 20 min canlı qüvvəsini bu işğala cəlb edib. İsrail isə 1500 hərbiçisini göndərib. Əsas hədəf İranın sahilyanı neft-qaz infrastrukturunu və dəniz limanlarını ələ keçirməkdir. Müəyyən sayda xüsusi təyinatlılar isə İranın dərinliklərində işləyəcək və onların əsas hədəfi İranın nüvə sənayesini partladaraq tamamilə sıradan çıxarmaq olacaq.
Təbii ki, bütün İranı, onun iri şəhərlərini heç kim işğal etmək niyyətində deyil”.
29-04-2026, 20:55
Müharibə 25 milyarda başa gəlib

Müharibə 25 milyarda başa gəlib

Pentaqonun məlumatına görə, İrana qarşı hərbi əməliyyat ABŞ-yə 25 milyard dollara başa gəlib.
"Reuters" xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin maliyyə məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Culs Hörst Nümayəndələr Palatasındakı dinləmələrdə bildirib.
Onun sözlərinə görə, bu vəsaitlərin böyük hissəsi döyüş sursatlarına yönəldilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!