Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 23-09-2015, 12:32
Ərdoğan: “İki ayda iki mindən çox PKK terrorçusu öldürülüb”


“Rusiyanın Suriya ilə bağlı addımları bizi ciddi şəkildə üzüb”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-ya qarşı hərbi əməliyyatların başladığı 22 iyul 2015-ci il tarixindən indiyə qədər nə qədər terrorçunun öldürüldüyünü açıqlayıb.

Butov.az “Milliyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan hərbi təyyarələrin dəqiq koordinatlar əsasında terrorçulara zərbələr endirdiyini bildirib: “Kəşfiyyat orqanlarımız içəridə və Kandil dağı da daxil olmaqla, xaricdə lazımi çalışmalar həyata keçiriblər. Koordinatlar Silahlı Qüvvələrimizin əlindədir. Onlar həmin koordinatlar əsasında vururlar, boşuna dağı-daşı yox. Terrorçuların sursat anbarlarından tutmuş, gizləndikləri yerlərə qədər, koordinatlar əsasında zərbələr endirilir. Təkcə hava əməliyyatları deyil, quruda da əməliyyatlar aparılır”.

R. T. Ərdoğan 1300-ü ölkə daxilində olmaqla, ümumilikdə 2 mindən çox PKK terrorçusunun məhv edildiyini söyləyib.

Rusiyaya səfərinə də toxunan prezident Moskvada yeni inşa olunan məscidin açılışına qatılacağını deyib: “Moskvada 10 min nəfərlik möhtəşəm bir cami inşa edilib. Bu caminin açılışını həyata keçirəcəyik. Hörmətli Mahmud Abbas və Putinlə görüşəcəyik. Putinlə görüşümüzün əsas mövzusu Suriya olacaq. Aldığımız xəbərlər və verilən açıqlamalar xoş deyil. Bunların olması bizi ciddi şəkildə üzüb. Biz Rusiyanın ən çox təbii qaz satdığı ölkəyik, 35 milyard dollarlıq qarşılıqlı ticarət var. “Türk axını” məsələsində Rusiya lazımi addımları hələ atmayıb. Bunların hamısını müzakirə edəcəyik”.


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!