Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 10-06-2016, 16:34
Bundestaqın “erməni soyqırımı” haqqında qərarı ləğv oluna bilər



Türkiyə və Ermənistan xəbər saytlarına istinadən bildirilir ki, türk vəkil Melih Akkurt tərəfindən iddia ərizəsi imzalanıb.

O bu addımını belə izah edib ki, “Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT konvensiyasının 6-cı maddəsinə görə genosid barədə hər hansı bir qərarı yalnız məhkəmə verə bilər.

Akkurt bu ərizəsini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə də izah edib.
Belə ki, AİHM Böyük palatasının 15 oktyabr 2015-ci il tarixli “Perinçek İsveçrəyə qarşı” qərarında "genosid cinayəti haqqında qərarın yalnız hadisənin həyata keçdiyi ölkənin səlahiyyətli məhkəməsi və ya beynəlxalq hərbi tribunal (Haaqa məhkəməsi) tərəfindən verilə biləcəyi göstərilib".

Həmin qərarda parlamentlərin, hökumətlərin, akademik qurumların soyqırım qərarı verə bilməyəcəkləri qəti şəkildə bildirilib.

Bundan başqa, Almaniya parlamentində qərar qəbul edilərkən komissiyada hər hansı bir araşdırma qrupu təşkil edilməyib, Türkiyədən heç bir qurumun və ya şəxsin fikri və ya müdafiə ifadəsi alınmayıb.

"Bu isə BMT İnsan hüquqları Bəyannaməsinin 11-ci maddəsinə (Cinayət törətməkdə ittiham edilən hər bir insan, ona bütün müdafiə imkanları təmin edilməklə, açıq məhkəmə arasdırması yolu ilə onun günahkar olduğu qanuni qaydada müəyyən edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir-red.) ziddir", - deyə vəkil bildirib.

Erməni mətbuatının yazdığına görə, Akkurtun ərizəsinin Almaniya konstitusiya məhkəməsində qəbul edilib-edilməyəcəyi hələ bəlli deyil. Çünki onların fikrincə, almanların qondarma "soyqırım" haqqında qərarında hər hansı bir şəxs və ya obyekt qınanmır.

Bundan başqa, Almaniyada, Bundestaq tərəfindən qəbul edilən qətnamənin konstitusiya məhkəməsinə verilməsi barədə presedent olmadığı deyilir.

Xatırladaq ki, Almaniya parlamenti tərəfindən qondarma erməni soyqırımı haqqında qətnamə bu ilin iyunun 2-də qəbul edilib.


Musavat.com


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!