Seldə daha bir nəfərin meyiti tapıldı .....                        NATO XİN başçılarının iclası Türkiyədə keçiriləcək .....                        Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan .....                        Vətəndaşların təxliyə işləri yekunlaşdı - FOTO .....                        Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək .....                        Minsk Qrupu aktuallığını itirdi, ləğv olunmalıdır! – Mariya Zaxarova .....                        İlkin hərbi qeydiyyatdan boyun qaçıranlar cərimələnəcək .....                        Prezident iki yeni nazir müavini təyin etdi .....                        Daha bir nəfər selin qurbanı oldu - FOTO .....                       
Tarix : 25-01-2015, 23:01
Almaniya 100 illik "erməni soyqırımının"  üzərindən xətt çəkdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Millət vəkili Azay Quliyev özünün Fz-səhifəsində 100 yaşlı erməni uydurması ilə bağlı Almaniya hökumətinin mövqeyinə münasibət bildirib:
Almaniya hökuməti bu həftə ikinci dəfə məni yaxşı mənada təəccübləndirdi. Xanım Merkelin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi müsbət bəyanatından sonra Almaniyanın Xarici İşlər Nazirliyi qondarma erməni soyqırımı ilə bağlı hökumətə göndərilən sorğuya çox obyektiv və ədalətli şəkildə cavab verdi:
1) 1915-1916-cı il hadisələrinə qiymət vermək ilk növbədə Türkiyənin və Ermənistanın problemidir.
2) Bu məsələni araşdırmaq üçün tarixçilərdən ibarət komissiyanın yaradılmasını ən doğru addım hesab edirik.
3) BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyası 1951-ci ildə qüvvəyə minmiş və Almaniya 1955-ci ildə bu konvensiyaya qoşulmuşdur. Bu konvensiyanın geriyə qüvvəsi yoxdur.
4) 1915-1916-cı il hadisələrinin 100 illiyi ilə bağlı erməni diasporu tərəfindən həyata keçiriləcək tədbirlər haqqında məlumat hökumətə daxil olub. Rəsmi şəkildə bildirik ki, Alman hökuməti bu mövzuda hər hansı bir anma mərasimi keçirməyi planlaşdırmır.
Bax belə. Çox dəqiq və aydın şəkildə 100 yaşı olan erməni uydurmasının üzərindən alman hökuməti beləcə bir qara xətt çəkmiş oldu.
Belə cəsarətli və obyektiv, eyni zamanda tarixi qərar verdiyinə görə Almaniya hökumətinə və xarici işlər nazirliyinə dərin təşəkkür düşür.
Hesab edirəm ki, Almaniyanın bu açıqlaması digər ölkələrə, xüsusilə Avropa İttifaqının üzv dövlətlərinə bir nümunə olacaq və ermənlilərin planlaşdırıdığı “soyqırım şousuna” ciddi zərbə vuracaqdır.
Türkiyə indi bir az rahat nəfəs ala bilər.
Almaniyanın bir həftə içərisində verdiyi bu iki bəyanat Dağlıq Qarabağ probleminin həllinə Almaniyanın (o cümlədən Aİ) ciddi diqqət ayıracağı və 2015-ci ildə status kvonun dəyişilməsinə öz töhvəsini verəcəyi haqqında ümidləri artırır.
Bu ümidlərin nə qədər özünü doğruldacağını isə təbii ki, zaman göstərəcək.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!