"Beşiktaş" doğma meydanında məğlub oldu .....                        Şirvanda 4 nəfəri maşın vurdu .....                        Britaniyada fırtına: fövqəladə vəziyyət elan edildi .....                        Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub .....                        Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat cərimə .....                        İstanbulda qar həyatı iflic etdi - FOTO .....                        Naxçıvanda 5 maşın toqquşdu - Hadisə yerindən FOTOLAR .....                        İran uranı zənginləşdirməyə davam edir .....                        Yenidən dünya çempionu oldu .....                       
Tarix : 16-09-2014, 11:21

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Almaniyanın “Berlin Avropa İnistitutu”, Böyük Britaniyanın “Baxış” təşkilatı və Estoniyanın “Elektron Hökumət Akademiyası” ilə müqavilələrin imzalanma mərasimi keçirilib.  

Şura sədri Azay Quliyev rəhbərlik etdiyi təşkilat haqqında qonaqlara məlumat verərək vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti barədə danışıb. A. Quliyev Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində icra edilən layihələrin Avropa ölkələrinin vətəndaşlarına Azərbaycanın müasir inkişafı haqqında dolğun məlumat çatdırmağa xidmət etdiyini deyib. İmzalanacaq hər üç qrant müqaviləsinin Azərbaycanda elektron hökumət və yaxşı idarəetmə və xüsusilə  ASAN xidmətlə bağlı olduğunu deyən Şura sədri layihələrin icrasının uğurlu olacağına inamını ifadə edib.

Şura sədri ASAN xidmət mərkəzlərinin yaradılmasının ölkəmizdə korrupsiya ilə mübarizədə mühüm uğur olduğunu bildirib. “Berlin Avropa İnistitutu”nun sədri Metz Dontfild rəhbərlik etdiyi təşkilat haqqında ümumi məlumat verərək ASAN xidmətin unikal bir təcrübə olduğunu qeyd edib. Təşkilat sədri Azərbaycanın elektron hökumət sahəsində əldə etdiyi uğurlardan alman ictimaiyyətinin məlumatlı olmadığını bildirərək layihə çərçivəsində Almaniyanın bir neçə şəhərində ASAN xidmətinin fəaliyyəti ilə bağlı seminar və dəyirmi masaların təşkil ediləcəyini deyib. Metz Dontfild eyni zamanda ASAN xidmətlə bağlı ölkəmizdə tədqiqat işi də aparacaqlarını bildirib.  Təşkilat sədri layihənin Almaniya ilə Azərbaycan arasında olan uzunmüddətli əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.

Estoniyanın “Elektron Hökumət Akademiyası”sədri Orvo Ott hər iki ölkənin elektron hökumət qurulucuğu istiqamətində əldə etdiyi nailiyyətlərdən və bu sahədəki inkişafın oxşar xüsusiyyətləri barədə danışıb. Orvo Ott Estoniyanın Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələr arasında Azərbaycanla münasibətlərə xüsusi ilə önəm verdiyini deyib.

Təşkilat sədri Estoniyada elektron hökumət quruculuğu istiqamətində indiyədək xeyli işin görülməsinə baxmayaraq ASAN Xidməti səviyyəsində bir inistitutun yaradıla bilmədiyini deyib. Böyük Britaniyanın “Baxış” təşkilatının sədri Françesko Qrillo rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətlərindən danışaraq layihə çərçivəsində Azərbaycanda elektron hökumət quruculuğu sahəsində görülən işlərlə bağlı tədqiqat aparılacağını və onun nəticələrinin Avropa mətbuatında yayımlayacaqlarını deyib. O, layihənin icrası prosesi ilə bağlı İtaliya və Böyük Britaniyada, o cümlədən Oksford universitetində  nüfuzlu media inistitutlarının iştirakı ilə konfrans keçirəcəklərini vurğulayıb. 

Şura sədri Azay Quliyev layihələrin icrası başa çatdıqdan sonra mövzu haqqında hazırlanacaq hesabatların müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT və Avropa İttifaqı kimi qurumlara göndərilməsinin ölkəmizin bu sahədə əldə etdiyi uğurların tanıtımı baxımından faydalı ola biləcəyini deyib. Azay Quliyev həyata keçirilən layihələrin və yayımlanacaq hesabatların eyni zamanda  Azərbaycan haqqında birtərəfli və qərəzli məlumatların yayılmasının qarşısını almağa xidmət edəcəyini də vurğulayıb.

 



Paylaş



Bölmə: Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!