Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 8-06-2016, 18:00
Ankara üçün “soyqırımı” sürprizi: estafet Çexiyaya keçir?


Çexiya prezident Miloş Zeman bu gün İrəvanda Serj Sarkisyanla keçirdiyi brifinqdə anti-Türkiyə mövqeyini ortaya qoydu. O, Çexiya parlamentinin 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin “erməni soyqırımı” kimi tanınması haqqında məsələyə baxa biləcəyini deyib. Hətta bununla bağlı deputatlara çağırış edəcəyini deyib.


Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsindən sonra Çexiya prezidentinin bu açıqlaması Avropada mənfi presedent ola biləcəyi ehtimallarını artır.


Politoloq Arzu Nğıayev Publika.az-a açıqlamasında bildirib ki, Almaniya təcrübəsi presedent olmasa da, bəhanəyə çevrilə bilər.


Onun sözlərinə görə, Almaniyanın bu addımı gələcək problemlərin əsasını qoydu: “Əsas problem iki dövlət arasında olan siyasi, iqtisadi və digər münasibətlərlə bağlı olacaq. Bundan sonra miqrant problemlərinə görə münasibətlər pisləşə, hətta NATO-dakı münasibətlərə də xələl gələ bilər. Lakin artıq qətnamə qəbul edilib və ortada fakt var. Almaniya bunu demokratiya kimi izah etsə də, bu millətçilik və skeptlikdən doğur”.

Politoloq qeyd edib ki, Almaniyanın bu addımı Avropanın digər ölkələrində bəhanəyə çevrilə bilər: “Çexiya prezidentinin bu açıqlaması da artıq ilk təcrübəni ortaya qoyur”.

Butov.az xəbər verir ki, politoloq Natiq Miri Publika.az-a bildirib ki, Çexiyanın bu niyyətini açıqlaması əslində Türkiyəyə qarşı təzyiq planının tərkib hissəsidir: “Çünki Türkiyə getdikcə güclü bir dövlətə çevrilir və Qərbin ona təsir imkanları zəifləyir. Bu planın tərkib hissəsində Yaxın Şərq siyasəti də dayanır. ABŞ həm Şimali İraqda, həm də Suriyanın şimalında kürd dövləti yaratmaq istəyir. Türkiyə isə bu siyasətə ən böyük əngəldir”.

N. Miri hesab edir ki, Almaniyadan sonra xristian ölkələrinin bu qondarma soyqırımı ilə bağlı qərarlar qəbul edəcəyi gözləniləndir.

“Almaniyanın bu addımı atmasının arxasında yəhudilərə qarşı törədilən soyqırımının məsuliyyətini bölüşdürməkdir. Onlar göstərmək istəyirlər ki, nasistlər türklərin ermənilərə qarşı törətdiyi soyqırımından nümunə götürərək, yəhudiləri qırıblar. Güman ki, digər Avropa ölkələri də bu prosesi davam etdirəcək. O baxımdan bunu təhlükəli tendensiya adlandıra bilərik”, - deyə o qeyd edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!