Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 9-12-2015, 09:34
Qondarma “erməni soyqırımı" ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə təsir edəcəkmi?



Elşən Manafov: "İndiki mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın Rusiya ilə münasibətləri gərginləşdirməsi istiqamətində ata biləcəyi hər hansı bir addım dövlətimizin milli təhlükəsizlik maraqları baxımından düzgün olmazdı"

Rusiyanın bəzi KİV-lərinin yaydığı xəbərə görə, Rusiya Dövlət Dumasının deputatları Sergey Mironov və Nikolay Leviçev tərəfindən "Rusiya Federasiyası Cinayət Məcəlləsinə və Cinayət Prosessual Məcəllənin 151-ci maddəsinə dəyişikiklərin edilməsi haqqında" 938567-6 saylı qanun layihəsi hazırlanıb. Sənədə hazırda Rusiya Dövlət Dumasında baxıldığı bildirilir. Həmin qanun layihəsi "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutur.
Moskvanın bu addımı Türkiyə səmasını pozan rus hərbi təyyarəsinin vurulmasından sonra Ankara ilə münasibətlərin kəskinləşməsilə bağlıdır. Buradan görünür ki, Kreml təyyarə olayını bəhanə etməklə Türkiyə və türk dünyası ilə münasibətlərin hərtərəfli pozulması yolunu tutub. Görəsən, Dövlət Dumasının bu addımı Rusiya ilə Azərbaycan arasında münasibətlərə hansı formada təsir edə bilər?

Politoloq Elşən Manafov bildirdi ki, Rusiya Dövlət Dumasında zamanında Fransa senatının qəbul etdiyi qanun layihəsinin müzakirəyə çıxarılması təbii ki, Rusiya -Türkiyə münasibətlərinin gərginləşməsi fonunda baş verən bir siyasi hadisə kimi qiymətləndirilməlidir: "Söhbət 1915-ci ilin hadisələrinə Rusiya Dövlət Dumasının siyasi və hüquqi kontekstdə münasibət bildirməsindən gedir. Etiraf etmək lazımdır ki, bu il Çanaqqala hadisələrinin yüz illiyi ilə bağlı Türkiyə Cümhuriyyətinin keçirdiyi tədbirlərə Rusiya prezidentinin qatılmaması və əslində Putinin məhz Ermənistanın paytaxtında keçirilən tədbirlərə qatılması onsuz da Rusiyanın bu məsələdə hansı mövqe sərgiləməsini müəyyən mənada açıqlayırdı. Ümumiyyətlə, Rusiya tərəfi bir qayda olaraq 15-ci ilin soyqırım hadisələrinə təbii ki, daha çox özünün bölgəylə bağlı maraqlarına cavab verib. Təbii ki, 15-ci ilin hadisələri zamanı Türkiyə təbəələri, Osmanlı təbəələri olmasına baxmayaraq, ermənilər Rusiya imperiyasının xeyrinə casusluq etmişdilər. Osmanlıya qarşı mübarizə aparmışdılar və s. Etiraf etmək lazımdır ki, nəinki Rusiya, Avropanın bir sıra ölkələrində, hətta Amerika Birləşmiş Ştatlarının müəyyən ştatlarında da Türkiyəni 15-ci ilin soyqırım hadisələrində ittiham edən sənədlər qəbul olunmuşdu. Bütövlükdə məqsəd BMT tərəfindən belə bir sənədin qəbul olunması və Türkiyənin baş verən hadisələrə görə rəsmən üzr istəməsini və Ermənistanın xeyrinə konsepsiya verilməsini özündə ehtiva edəcək. Bu Türkiyəyə olan təzyiqlərdir. Güman edirəm ki, həmin sənədin qəbul olunmasının birbaşa Azərbaycana aidiyyəti olmamalıdır. Çünki söhbət yüz il bundan əvvəl baş vermiş hadisələrə siyasi və hüquqi qiymət verilməsindən gedir. Amma Azərbaycan-Türkiyə münasibətləri Azərbaycan Rusiya münasibətləri fonunda təbii ki, baş verən hadisələrin və ümumiyyətlə, qəbul ediləcək sənədin heç şübhəsiz ki, Qarabağ probleminin çözülməsi ilə bağlı danışıqlara bu və ya digər mənada mənfi təsir edəcəyini istisna etmək olmaz. Mənə belə gəlir ki, Azərbaycan Rusiya münasibətlərindəki mövcud durumdan çıxış etsək, təbii ki, Azərbaycan tərəfi Rusiyanın ATƏT-in Minsk Qrupunda həmsədrlik institutundan uzaqlaşdırılması ilə bağlı təkliflər ortalığa qoya bilməz. Çünki indiki mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın Rusiya ilə münasibətləri gərginləşdirməsi istiqamətində ata biləcəyi hər hansı bir addım dövlətimizin milli təhlükəsizlik maraqları baxımından düzgün olmazdı. Amma eyni zamanda təbii ki, rəsmi Bakı olmasa da, həmin sənədin qəbul olunmasından sonra Azərbaycan parlamentində ayrı-ayrı deputatlar, siyasətçilər, politoloqlar təbii ki, belə bir mövqe sərgiləyə bilərlər ki, Rusiya ən azı ATƏT-in Minsk Qrupunda həmsədr dövlətlərdən biri kimi Qarabağ probleminin çözülməsi ilə bağlı məsələlərə bitərəf kontekstindən və beynəlxalq hüququn normaları kontekstindən yanaşmalıdır. Amma Rusiya bir tərəf sərgiləyir".

Manafovun sözlərinə görə, bir qayda olaraq Kollektiv Təhlükəsizlik Şurasının üzvü olan Ermənistanın xeyrinə sərgilədiyi mövqe açıq-aşkar göstərir ki, Rusiya Qarabağ probleminin çözülməsi ilə bağlı danışıqlarda da təbii ki, səmimi deyil və beynəlxalq hüquq normalarına sayqısızlıq göstərir: "Yəni rəsmi Bakı olmasa da, rəsmi Bakının mövqeyini Azərbaycan parlamentinin deputatları, xüsusən Azərbaycan müxalifətini təmsil edən deputatlar, politoloqlar, şərhçilər məhz belə bir məsələni qaldırıb Rusiya iqtidarına bu mesajları verə bilərlər. etiraf etmək lazımdır ki, Rusiya hər halda yaxın perspektivdə Azərbaycanla münasibətlərin gərginləşməsi istiqamətində hər hansı bir addımı atmayacaq. Çünki Putinin əsas məqsədi yaxın perspektivdə Azərbaycanı Avrasiya İttifaqına cəlb etməkdir. Vahid iqtisadi və gömrük ittifaqına cəlb etməkdir. Nə qədər ki, rəsmi Bakı bu məsələyə birmənalı mövqe sərgiləməyib, güman etmirəm ki, Rusiya Azərbaycanla münasibətlərinin gərginləşməsi istiqamətində kifayət qədər ciddi bir addım atsın. Təbii ki, həmin sənəd bir daha belə bir fikri bizə təsdiqləməyə əsas verir ki, çox təəssüf ki, Rusiya Minsk Qrupunda həmsədr dövlətlərdən biri olaraq Xocalı faciəsinə, Xocalı soyqırımı hadisələrinə rəsmi kontekstdə münasibət bildirmir. Amma 1915-ci ildə baş vermiş, o zaman tarixi reallıqları özündə əks etdirməyən hadisələrə siyasi kontekstdə cavab verir. Təbii ki, bu hadisəyə daha çox Rusiya Türkiyə münasibəltərinin gərginləşməsi fonunda baş verə biləcək bir hadisə kimi yanaşmaq lazımdır. Amma Türkiyə Azərbaycanın strateji müttəfiqidir və qardaş dövlət olduğundan, biz bir millət və iki dövlət olduğumuzdan təbii ki, bu Azərbaycan ictimaiyyətinin də müəyyən mənada narazılığına səbəb olacaq. Azərbaycan ictimaiyyətində Rusiya ilə bağlı məyusluq hissinin daha da gücləndirə bilər ki, güman edirəm ki, rəsmi Moskva bunu anlamamış deyil".



Davam.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!