Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 27-11-2015, 10:29
“Bu, açıq şəkildə Türkiyəyə müharibə elan etməkdir”- Deputat




“Düşünmürəm ki, "Böyük Ermənistan" ölkəsini yaratmaq və bunu real olaraq gerçəkləşdirmək bu qədər asan olsun. Çünki Rusiya Ukrayna və Suriya cəbhəsindən sonra ermənilər üçün Ağrıdağının ətəklərində müharibə aparası deyil”.

Bu sözləri AzNews.az-a Milli Məclsin müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc Rusiyanın Liberal Demokrat partiyasının sədri Vladimir Jirinovskinin “Böyük Ermənistan” yaradılması təklifinə münasibət bildirərkən deyib.

Zahid Oruc bildirib ki, Jirnovskinin ağlına gələn fikir əslində, Rusiyanın yüz illər ərzində regionda yürütdüyü siyasətin bir elementidir: “Təyyarənin vurulması hadisəsi Rusiya-Türkiyə münasibətlərinə zərbə vurub. Bunun gələcək dönəmdə iqtisadi və siyasi nəticələri də olacaq. Baxmayaraq ki, real maraqlar həmin ölkələr arasında münasibətləri qoruyub saxlamağa vadar edib. Hər bir halda tərəfləri müharibəyə sürügləyən qüvvələrin səylərinə baxmayaraq, hər iki ölkənin siyasi elitaları ayıqdır. Onlar soyuqqanlı qərarlar verməyə məcburdur. Bununla bərabər siyasətçilər baş verən vəziyyətdə öz cəmiyyətlərindən daha çox tərəfdarlar qazanmaq, özlərinin ultrapatriot və bir sıra hallarda şovinist mövqelərini göstərərək yeni xallar qazanmağa məcburdurlar. Bu siyasətçi olmağın natural halıdır”.

Deputat vurğulayıb ki, son olaraq baş verən hadisələr fonunda ermənilərin gücləndirilməsi bəziləri üçün əla fürsətdir: “Böhran vəziyyətlərində millətçilik hissləri qabarıb önə çıxır. Bununla bərabər ermənilərin gücləndirilməsi son hadisə fonunda bir çoxları üçün əla fürsət olur. Tarixən də bu belə olub. Əslində Jirnovskinin ağlına gələn fikir Rusiyanın yüz illər ərzində regionda yürütdüyü siyasətin bir elementidir. Amma düşünmürəm ki, bunu gerçəkləşdirmək bu qədər asan olsun. Çünki Rusiya-Ukrayna və Suriya cəbhəsindən sonra gəlib ermənilər üçün Ağrıdağının ətəklərində müharibə aparası deyil. Onsuz da 1995-ci ildə Duma soyqırım məsələsini tanıyıb. Bundan irəli gedib hansı qərarlar verəcəklər ki, bu ermənilərin xeyrinə işləsin”.

Zahid Oruc qeyd edib ki, “Böyük Ermənitan”ı yaratmaq açıq şəkildə Türkiyəyə qarşı müharibə elan etmək deməkdir: “Rusiyanın kütləvi informasiya vasitələrində, xüsusilə də televiziyalarda erməni mənşəli şəxslər kifayət qədər çoxdur. Onlar Rusiya Türkiyə münasibətlərində əsl fəallıq göstərirlər. Provakasiyaların böyük bir qismi onların payına düşür. Jirnovski də yaxşı anlayır ki, “Böyük Ermənitan”ı həyata keçirmək açıq şəkildə Türkiyəyə qarşı müharibə elan etmək deməkdir. Çünki 100 ilki əvvəlki dövrə qayıdıb xəritələri silahla cızmaq qeyri-mümkündür. Böyük Ermənistan Rusiyanın müxtəlif dövrlərdə strateji planlarına bəzən əlverişli olub. Amma erməni xalqının nə iqtisadi, nə siyasi, nə də sosial heç bir gücü imkan vermir ki, Rusiya Türkiyə münasibətləri korlananda baş qaldırıb nəsə istəsinlər. Amma yenə də bununla Rusiyanın problemi guya həll olunacaq. Bu qeyri real məsələdir. Ona görə də emosiyaları sakitləşdirmək, bir tərəfdən balalaykaları, o biri tərəfdən isə qopuz sədalarını bir kənara qoyub soyuq nəzərlərlə hadisələri təhlil eləmək lazımdır. Azərbaycan üçün önəmli məsələ erməni avartüralarının cavab verməkdir. Bununla yanaşı Rusiya ilə Türkiyə arasında münasibətlərin müsbət məcrada inkişafı, onun iqtisadi və siyasi kompenentlərdə daha da irəliyə getməsi Azərbaycanın maraqlarına uyğundur. Çünki tarixi müharibələrin hamısında zərbələrdən biri də bizə dəyib”.

Deputat onu da əlavə edib ki, əsas müharibə Yaxın Şərq uğrundadır: “Hamı tarixi deyil, real məsələlərdən çıxış etməlidir. Düşünmək lazımdır ki, bu proseslər vurulan təyyarə üçün qurulmayıb. Bu istək, bəyanatlar, əsas siyasi müharibələr, real hərbi davalar da Yaxın Şərq uğrundadır. 3 gündən sonra təyyarə məsələsi başqa formada unudulacaq. Amma qərb, ərəb dünyası, Türkiyə, İran və Rusiya Yaxın Şərqi bölüşə bilmirlər. Əsas hadisə budur. Buna qiymət vermək lazımdır. Ona görə də Ermənistan söhbətini bir kənara qoymaq lazımdır. Əks halda erməniləri indiki mürəkkəb şəraitdə ayağa qaldırmaq real Ermənistandan məhrum edə bilər. Əllərində olan qalan və zorla qurulub verilən bu məkanı da itirə bilərlər. Çünki 80 milyona yaxın Türkiyənin 720 mindən artıq ordu gücü qarşısında ermənilər ciddi halda bu müharibəyə tap gətirəsi deyil”.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!