Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 2-10-2015, 09:01
Rusiya bütün ərəb dünyasını ayağa qaldıra bilər


Rusiyanın hədəfi İŞİD yox, Qərbin dəstəklədiyi Azad Suriya Ordusudur.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, Rusiyanın Suriyaya müdaxiləsi barədə danışarkən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Politoloq Rusiyanın artıq çox böyük bir münaqişənin içərisində olduğunu bildirib: “Rusiya Suriyaya daxil olmaq məsələsində israrlıdır. Moskva Əsəd rejimini qorumağa və Yaxın Şərqdə öz təsir dairəsini genişləndirməyə çalışır. Rusiyanın Suriya ilə birbaşa sərhədi olmadığından ancaq avia zərbələr endirir. Bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Hər halda bu, Rusiya üçün çox ciddi və riskli bir addımdır. Hətta buna görə bütün ərəb dünyası Rusiyaya qarşı qalxa bilər. Xüsusilə də nəzərə alsaq ki, Rusiya təyyarələri artıq Əsəd əleyhdarlarının mövqelərini bombalamağa başlayıb. Rusiya artıq böyük bir münaqişəyə çəkilib. Belə görünür ki, Rusiyanın hədəfi, İŞİD yox, Qərbin dəstəklədiyi Azad Suriya Ordusudur (ASO). Çünki İŞİD-lə konfliktə getmək hazırda Rusiyaya bir o qədər də lazım deyil”.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!