Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 11-09-2015, 15:34
Azərbaycan od içində olan Türkiyə üçün nə etməlidir?


Qardaş Türkiyənin tarixinə növbəti dəfə qanlı günlər yazıldı. Kürdüstan Fəhlə Partiyası (kürdcəsi Partiya Karkeren Kurdistane- PKK) kimi tanınan terror təşkilatı yenidən aktivləşərək, Türkiyə ordusuna və polisinə qarşı hücumlar təşkil etdi. Son günlər Türkiyədə baş verən hadisələri isə ekspertlər, PKK-nın ən iri miqyaslı hücumlarından hesab edirlər.

Butov.az Musavat saytına əsasən bu il sentyabrın 8-də Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı İğdır əyalətinin Dilucu sərhəd qapısında xidməti vəzifəsini icra etmək üçün əraziyə yollanan gömrük işçilərinin təhlükəsizliyini təmin edən polis əməkdaşlarını daşıyan mikroavtobus minaya düşdü. Başqa sözlə desək, bu təhlükə Azərbaycan sərhədlərinə də çox yaxınlaşdı. Lakin Türkiyədə baş verən terror hadisələrinə Azərbaycanda kəskin reaksiya olmadı. Hətta homoseksualların, zorlanan qızların hüquqlarını müdafiə məqsədi ilə sosial şəbəkədə kampaniyalar təşkil edən şəxslər də bu olaylar qarşısında susdu.

Musavat.com-a danışan deputat Fazil Mustafa bildirib ki, Azərbaycan hazırkı məqamda Türkiyənin yanında olmalıdır:


Azərbaycan od içində olan Türkiyə üçün nə etməlidir?


“Türkiyədə baş verən hadisələrə bu qədər laqeyd yanaşmaq doğru deyil. Bunun fəsadlarını sonradan görə bilərik. Ona görə də bu müddətdə Türkiyəyə tam mənada dəstək verməliyik. Biz Böyük Quruluş Partiyası olaraq Azərbaycanda hər hansı aksiya keçirməyi düşünmürük. Çünki hesab edirik ki, bizim Bakıdan durub Türkiyəyə dəstək aksiyası keçirməyimizin bir mənası yoxdur. Dəstək Türkiyədə verilməlidir və konkret siyasətdə ifadə olunmalıdır. Biz də o siyasəti bu gün formalaşdırmaq imkanına sahib deyilik. Ona görə də təkliflər irəli sürürük ki, bu, belə olarsa, yaxşı olar”.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah bildirib ki, Türkiyəni qardaş ölkə hesab edirlər:


Azərbaycan od içində olan Türkiyə üçün nə etməlidir?


“Türkiyəyə qarşı hər bir addım, bizə qarşı addım deməkdir. Türk xalqına qarşı törədilən terror hadisələri də həm də Azərbaycanın maraqlarına qarşı törədilib deməkdir. Azərbaycan hakimiyyətinin PKK-nı hələ də terror təşkilatı kimi rəsmən tanımaması rejimin anti-Türkiyə siyasətidir”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn də Türkiyənin yanında olduqlarını bildirib:


Azərbaycan od içində olan Türkiyə üçün nə etməlidir?


“Türkiyə dövlətinə və millətinə qarşı terror formasında müharibə aparılır. Biz bununla bağlı bir neçə dəfə bəyanat vermişik. Əlbəttə ki, çox ciddi narahatlıq ifadə olunaraq, qardaş xalqa başsağlığı verilib. Buradan bizim edə biləcəyimiz hərəkət türk milləti ilə həmrəylik ola bilər. Mövqeyimiz bundan ibarətdir ki, birmənalı şəkildə həmin aktlar pislənilir. Azərbaycandakı siyasi qüvvələrin bu məsələyə münasibəti birmənalıdır”.

Millət vəkili Zahid Oruc bildirib ki, Türkiyəni ərəb dünyasındakı proseslərdən, o regionun siyasi gələcəyinin quruculuğundakı yerindən kənarlaşdırmaq istəyirlər:
“Eyni zamanda Yaxın Şərqdəki ağır böhrana Türkiyəni qoşmaqla ilə onu iqtisadi və siyasi cəhətdən zəiflətmək niyyəti güdülür. Paralel şəkildə Türkiyəyə ərazi iddiaları olan kürd millətçilərini qabardıb, onu müasir türk dövlətinə qarşı qoyurlar. Beləliklə də bu ölkənin içərisində “suriyaçılıq” və ya “iraqçılığı” inkişaf etdirirlər. Türkiyənin bir sıra regionlarda, o cümlədən Cənubi Qafqaz bölgəsində maraqlarına zərbə vurulması avtomatik olaraq, Azərbaycanın da mənafelərini təhdid edir. Nəticədə isə bu geopolitik qovşağı tutmağa çalışan digər dövlətlər hərəkətə keçirlər”.

Z.Oruc bildirib ki, Azərbaycanda Türkiyədəki hadisələrlə bağlı aksiyalar, geniş etiraz tədbirlərinin həyata keçirilməsi, müəyyən bir effektə malikdir:


Azərbaycan od içində olan Türkiyə üçün nə etməlidir?


“Ancaq ölkə rəhbərinin dərhal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefon açması, diplomatik kanallarla real əməli yardım təklifini bildirməsi çox önəmlidir. Biz orada konkret məsələlərin nədən ibarət olduğunu söyləyə bilmirik. Bu gün işə başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti tədbirində ehtimal ki, Türkiyə ilə həmrəylik nümayiş etdiriləcək. Çünki həmin format başqa ərazilərə ekspansiya niyyəti ilə qurulmasa da, əsas siyasi və hərbi təhlükələrə qarşı, birliyi göstərən mövqelərə qadirdilər. Bu gün həmin təchizatın formalaşmasında əsas aparacı rolu öz üzərinə götürən Türkiyə və Azərbaycanın imkanı var ki, həm də bu format vasitəsi ilə qardaş ölkə əleyhinə olan beynəlxalq prosesləri pisləsin. NATO-nun qardaş ölkənin təhlükəsizliyinə real yardımlarını tələb etsin. Avropanın isə burada son dərəcə mənfur rol oynadığını ortaya qoysun. Ancaq o da mümkün idi ki, Azərbaycanın siyasi təşkilatlarının, ictimai institutlarının birgə iştirakı ilə böyük tədbirlər keçirilərdi. Yaxud da fərdi sayda insanlarımız var ki, bəzən sosial media üzərindən Türkiyənin təhlükəsizliyinin qorunmasında əməli iştirak etməyə niyyətlərini açıqlayırlar. Hesab edirəm ki, 2011-ci ildə qurulan təhlükəsizlik şurası bu məsələni tənzimləməlidir. Nəticədə insanlar bunu özlərinin mənəvi dünyasından irəli gələn reaksiya kimi deyil, hüquqi addımlarla necə həyata keçirə biləcəyini dəqiqləşdirsin. Türkiyənin başqa bir dövlətin fiziki və hərbi yardımına ehtiyacı olmaya bilər. Azərbaycanda hər kəs qardaş Türkiyənin yanındadır. Lakin bunun aksiyalarla əməli müstəvidə nümayişinə də ehtiyac var”.

Sosial şəbəkələrdə müxtəlif sosial və siyasi məsələlərə aktiv reaksiya verən və bir çox sosial yönümlü kampaniyaların müəllifi olan nidaçı gənc Zaur Qurbanlı da mövzu ilə bağlı musavat.com-a danışıb. O fikrini bu cür bildirib:


Azərbaycan od içində olan Türkiyə üçün nə etməlidir?


“Bununla bağlı sosial mediada hər hansı bir kampaniya başlatmağı düşünmürəm. Çünki hesab edirəm ki, bu, Türkiyədə hakimiyyətdə olan qüvvələr tərəfindən təşkil olunma ehtimalı daha çox olan hadisədir. Belə hadisənin qabağını sosial şəbəkələrdəki kiçik aksiyalarla almaq olmaz”.

Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!