Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
Tarix : 9-09-2015, 17:36
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi qarşısında Türkiyəyə dəstək aksiyası keçirilib.

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə son zamanlar qardaş Türkiyədə PKK terror təşkilatının ard-arda həyata keçirdiyi terror aktlarını qınamaq və həlak olmuş türk əsgərlərinin xatirəsini anmaq məqsədilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi qarşısında Türkiyəyə dəstək aksiyası keçirilib.
Mustafa Kamal Atatürkün abidəsinin önündən başlayaraq səfirliyin önünə doğru yürüş keçirilib. Aksiyada "Terrora son!", "Bir millət, iki dövlət!" şüarları səsləndirilib. Aksiyanı giriş sözü ilə açan BDM-in aparat rəhbəri Samir Adıgözəlli aksiyanın keçirilmə məqsədi haqqında məlumat verib. Daha sonra çıxış edən BDM sədri İsmayıl Ağayev terror aktları nəticəsində həlak olan türk əsgərlərinin xatirəsini yad etmiş və Azərbaycanın daim qardaş Türkiyəyə dəstək olacağını bildirmişdir. Aksiyada çıxış edən millət vəkili Xanhüseyn Kazımlı, BDM-in Yaxın Şərq üzrə nümayəndəsi Aleks Şapiro, BDM-in sədr müavini Ələmdar Nəbiyev, tanınmış idmançı, Avropa çempionu Babək öz çıxışlarında terroru lənətləmiş və bu acı gündə Türkiyə xalqına səbr diləmişlər. Daha sonra səfirlik önünə gül çələngi qoyulmuşdur. Aksiyanın sonunda qətnamə oxunmuş və səfirliyin nümayəndəsinə təqdim edilmişdir.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi qarşısında Türkiyəyə dəstək aksiyası keçirilib.

Türkiyə səfiri İsmayıl Alper Coşqun BDM sədri İsmayıl Ağayevi, millət vəkili Xanhüseyn Kazımlını, BDM-in sədr müavini Ələmdar Nəbiyevi, BDM-in aparat rəhbəri Samir Adıgözəllini, BDM-in Yaxın Şərq üzrə nümayəndəsi Aleks Şapironu qəbul etmişdir. BDM sədri İsmayıl Ağayev bir daha başsağlığı vermiş və BDM-in beynəlxalq təşkilatları, dünya birliyini daim bu hadisələri qınamağa çağırdığını və bu istiqamətdə fəaliyyətini davam edəcəyini bildirmişdir. Səfir İsmayıl Alper Coşqun da öz növbəsində təşəkkürünü bildirmiş və Azərbaycanın qardaş ölkəyə göstərdiyi həmrəyliyi bir daha gördüklərini vurğulamışdır.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi qarşısında Türkiyəyə dəstək aksiyası keçirilib.

BDM mətbuat xidməti


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!