Xaricdən bir telefon gətirsəniz də, bu halda rüsum ödəyəcəksiniz .....                        Tramp yenidən Xameneini hədələdi .....                        "Oğlumu bıçaqlayıb dərəyə atıblar": Meyiti tapılan şəxsin anasından şok iddia .....                        "Görüş əsaslı və məhsuldar keçdi" - Umerov .....                        İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır" .....                        Paşinyan: "Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar" .....                       
Tarix : 15-08-2013, 11:34
Abdulla Gül Azərbaycanda


Türkiyə prezidenti Abdulla Gül Türkdilli Ölkələrin Sammitində iştirak etmək üçün Azərbaycana gəlib. Modern.az türk mətbuatına istinadən bildirir ki, A.Gül bu gün Azərbaycana yola düşməmişdən öncə Atatürk Hava Limanında mətbuata açlıqlama verib.

O, Türkiyə ilə birlikdə Azərbaycan, Qazaxıstan və Qırğızıstan tərəfindən imzalanan Naxçıvan Razılaşması ilə 2010-cu ildə qurulan Türk Birliyinin Türk Dünyası üçün ortaq əməkdaşlıq sahəsində önəmli dönüş nöqtəsi olduğunu vurğulayıb.

Xatırladaq ki,Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TÖƏŞ) Azərbaycanda keçiriləcək III Sammitinin proqramına əsasən nəqliyyat və gömrük prosedurunun sadələşdirilməsi məsələləri Qəbələdə keçiriləcək Sammitin əsas mövzusu olacaq. Sammit ərəfəsində, avqustun 14-də TÖƏŞ ölkələri Xarici İşlər nazirliklərinin yüksək vəzifəli şəxslərinin, avqustun 15-də isə xarici işlər nazirlərinin görüşü olacaq.

Sammit avqustun 16-da keçiriləcək. Təşkilatın katibliyinin mətbuata verdiyi məlumata görə, ötən il ərazində türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə 20-dən çox görüş keçirilib.

4 ölkədən 15 universitetin daxil olduğu Türk Universitetləri Şurasının yaradılması barədə qərar qəbul edilib, ümumi türk terminologiyasının, o cümlədən türk lüğəti və toponimlər atlasının hazırlanması ilə bağlı Terminologiya üzrə Komitənin toplantısı olub.

TÖƏŞ ölkələri nəqliyyat nazirləri nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə protokol imzalayıblar, tərəflər həmçinin nazir müavinləri səviyyəsində Koordinasiya Şurasının yaradılması barədə razılığa gəliblər. Bundan başqa, gömrük əməkdaşlığı üzrə işçi qrupu hazırda “Bir pəncərə” təcrübəsi əsasında TÖƏŞ ölkələri arasında gömrük prosedurunun sadələşməsi üzərində iş aparır.

Bütün bu qərarlar təsdiq üçün Qəbələ sammitində TÖƏŞ dövlət başçılarına təqdim olunacaq.

***

APA-nın məlumatına görə, A.Gülü Qəbələ hava limanında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Qəbələ İcra Hakimiyyətinin rəhbəri Səbuhi Abdullayev, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun qarşılayıblar.


Paylaş



Bölmə: Ədəbiyyat / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!