Corab satan Allahverdi Yolçuyevə iş verildi .....                        İŞİD lideri və iki oğlu öldürüldü .....                        Nazir əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi .....                        Meşə yanğının Bülent Ersoyun villasına çatdı .....                        Makronun sözünün çəkisi yoxdur .....                        Ceyhun Bayramov Fidanla sülhdən danışdı .....                        HƏMAS razılaşma istəmir - Tramp .....                        Şuşa Media Forumu qlobal mətbuatda .....                        Şamaxıda "Mercedes" ana və qızını vurdu .....                       
Tarix : 24-07-2025, 15:53
Bütün rayonlarda ehsan verilməsi DAYANDIRILACAQ


Bütün rayonlarda ehsan verilməsi DAYANDIRILACAQ

Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.
Artıq çay süfrəsindən başqa ehsan verilməməsi tövsiyə olunur. Qeyd edək ki, ehsan verilməməsi barədə məsələ tövsiyə xarakterlidir və bəzi insanlar bu tövsiyələrə əməl etmir. Məsələ cəmiyyətin müxtəlif təbəqələri tərəfindən birmənalı qarşılanmasa da, əsas məqsəd israfçılığın qarşısını almaq və yas mərasimlərini daha sadə formada keçirməkdir.
Tezliklə bütün rayonlarda ehsan süfrələrinin verilməsinin dayandırılması gözlənilir.
Artıq bu barədə müvafiq qurumlara tapşırıqlar verilib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, əslində burada söhbət yasla bağlı qadağalardan getmir:
“Məsələ ondadır ki, artıq bir çox rayonlarımızda insanlar özləri şüurlu şəkildə bu prosesə başlayıblar və yas mərasimlərindəki israfçılığa tədricən son qoyulur. Bu hansısa bir qadağa nəticəsində baş vermir. Sözügedən məsələ uzun müddətdir ki, cəmiyyətdə geniş şəkildə müzakirə olunur”.
Millət vəkili bildirib ki, dəfələrlə parlamentdə, mətbuatda, televiziyada yas mərasimlərindəki israfçılığa son qoyulması ilə bağlı məsələlərə toxunub:
“Çünki bu gün insanlar bu vəziyyətdən əziyyət çəkirlər. Yas mərasimlərində əbəs yerə böyük məbləğdə vəsait xərclənir və xüsusilə də maddi imkanı zəif olan insanlar bu vəziyyətdən ciddi şəkildə zərər görürlər. Ona görə də bu cür təşəbbüslərin başlanması və belə bir prosesin həyata keçirilməsi olduqca önəmlidir və düşünürəm ki, yalnız alqışlanmalıdır”.
C.Məmmədov qeyd edib ki, bu məsələnin iki həlli yolu var: "Birincisi, insanların özlərinin anlayaraq bu prosesə daxil olması, onu dərk etməsi və bu israfçılıqdan könüllü şəkildə imtina etməsidir. İkinci yol isə inzibati üsullarla aparıla bilər. Düşünürəm ki, ən düzgün, ən sağlam yol insanların bu prosesi şüurlu şəkildə başlatması və bu addımları könüllü olaraq həyata keçirməsidir. Sevindirici haldır ki, cəmiyyət artıq bu prosesə özü başlayıb və bu gün insanlar könüllü şəkildə bu yola gedirlər”.
Deputat əlavə olaraq bildirib ki, bu ənənə ölkənin bütün bölgələrində tətbiq edilməlidir:
“Digər bölgələr də mərhələli şəkildə bu qaydalara əməl etməlidir. Biz bu məsələni birdəfəlik həll etməliyik. Çünki bu problem insanlara ciddi şəkildə ziyan vurur”.
O, eyni zamanda ehsan mərasimlərinin qadağan olunması ilə bağlı həm müsbət, həm də mənfi məqamlara toxunub:
“Müsbət tərəf ondan ibarətdir ki, israfçılığa son qoyulur və bu, həmçinin qida məhsullarına da ciddi təsir göstərəcək. Çünki hazırkı vəziyyətdə bu, ciddi bir problemə çevrilib. İnsanlar bu israfçılıqla həm maddi cəhətdən əziyyət çəkirlər, həm də bu, bazarda qiymətlərin artmasına da təsir göstərir. Mən düşünürəm ki, burada heç bir mənfi tərəf yoxdur. Əksinə, bunun müsbət cəhətləri daha çoxdur”.
Deputat, həmçinin vurğulayıb ki, əgər insanlar bir araya gəlmək istəyirsə, bunu müxtəlif formalarda, daha sadə və mənalı şəkildə edə bilərlər.
“Əksər hallarda bu mərasimlərdə təqdim edilən yeməklərdən ehtiyacı olmayan insanlar istifadə edir və bu, sadəcə olaraq adətə çevrilmiş bir vərdiş halını alır. Buna "ehsan" demək də, məncə, tam doğru deyil. Kimsə doğrudan da ehsan vermək istəyirsə, həmin yeməkləri uşaq evlərinə, qocalar evlərinə, ehtiyacı olan ailələrə göndərə bilər. Bu cür yardım daha mənalı və savab olar. Amma mövcud formada keçirilən yas mərasimləri, əslində, böyük bir israfçılıq, həm də dini baxımdan da böyük bir günahdır”.
Həmsöhbətimiz yaxın zamanlarda respublikanın hər yerində bu qaydaların tətbiq olunacağını və cəmiyyətimizdə istər yas, istərsə də toy mərasimlərində israfdan uzaq bir yanaşmanı görəcəyimizdən ümidləndiyini bildirib:
“İnsanın yaxın qohumu və ya doğması dünyasını dəyişəndə, o adam bu ağır günü və dərdini yaşamaq istəyir. Amma elə bil yemək hazırlamaq, yer axtarışı və digər təşkilati məsələlərlə məşğul olmaq zərurəti yaranır. Bu isə nə doğru, nə də dünyasını dəyişən insana xeyir verən bir addımdır. Cəmiyyətimiz anlamalıdır ki, bu israfçılığın dünyasını dəyişmiş insan üçün heç bir faydası yoxdur. Biz bu cür israfçılıqdan, mənasız və yersiz xərclərdən qurtulmalıyıq”.
C.Məmmədov onu da diqqətə çatdırıb ki, cəmiyyət bu məsələdə daha həssas və məsuliyyətli mövqe nümayiş etdirməlidir.
“Belə proseslər nə ənənəyə, nə də mənəviyyatımıza yaraşır. Bu, cəmiyyət üçün narahatedici bir məsələdir. Qeyd etdiyimiz adətlərin heç bir dini əsası yoxdur. Ona görə də biz qəti şəkildə bu adətlərdən imtina etməli, cəmiyyətimizi bu cür israfçı və yanlış əməllərdən xilas etməliyik. Əks halda, insanlarımız uzun illər bu problem altında əziyyət çəkməyə davam edəcək”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!