Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 30-12-2014, 10:26
Türkiyəli deputat Azərbaycandakı PKK-çılardan DANIŞDI

PKK-nın ehtimal edilən terror təhlükələri barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkili İdris Bal Modern.az saytına danışıb. Məsələnin aktuallığını nəzərə alaraq oxucularımıza təqdim edirik:
Deputat bildirib ki, PKK Türkiyənin demokratikləşməsi və inkişafında böyük problem yaradan amillərdən biridir. Türkiyə parlamentinin təmsilçisi qeyd edib ki, “kürd açılımı” siyasətətinin aparılması isə PKK probleminin həllində elə də effektiv vasitə sayıla bilməz.
“Çünki PKK hələ də öz silahlı mübarizəsindən, qarşısına məqsəd qoyduğu “Böyük Kürdüstan” hədəflərindən geri çəkilmir. Görünür, Türkiyə hökumətinin apardığı “kürd açılımı” siyasəti elə də effektiv nəticə vermir”.
İdris Bal hesab edir ki, hökumət daxilində PKK probleminin həlli prosesi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. TBMM millət vəkili qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) daxilində PKK meylli qüvvələr mövcuddur və bu, həll prosesində əlavə çətinliklər ortaya çıxarır.
İdris Bal bu yaxınlarda Azərbaycan paytaxtındakı Qaraçuxur məscidində baş vermiş məlum hadisənin timsalında PKK-nın region üçün yaratdığı təhlükələrlə bağlı məsələyə də toxunub. O qeyd edib ki, PKK-nın İran, İraq, Suriya ilə yanaşı, Azərbaycanda özəklərinin olması region üçün əlavə terror risklərinə yol açır. Türkiyəli deputat vurğulayıb ki, Azərbaycan dövləti öz ərazisində yaşayan bütün millətlərin nümayəndələrinə bərabər hüquqlar tanıyır və belə bir situasiyada etnik kürd millətçiliyinin baş qaldırması birbaşa Konstitusiyaya ziddir.
“Azərbaycan dövləti də Türkiyə kimi öz torpaqlarında yaşayan kürdlərə, ermənilərə, ləzgilərə və başqa etniklərə eyni gözlə baxır və onlara bərabər imkanlar yaradır. Lakin belə bir məqamda separatçı-etnik millətçiliyin qabardılması, PKK-ya bağlı olan kürdlərin təxribata əl atmaları sübut edir ki, onlar hansısa xarici qüvvələr tərəfindən himayə olunur. Azərbaycandakı kürdlərə separatçılıq, millətçilik etməsinə heç bir əsas yoxdur. Onlar niyə belə bir hərəkət edirlər?! Ümumiyyətlə, indi millətçilik üçün yox, demokratiya, insan hüquqlarının qorunması üçün çalışmaq vaxtıdır. Lakin PKK problemi regionda demokratiyanın və sabitliyin inkişafında maneə rolunu oynayır. Avropaya baxdıqda sivil normaları görmək olur, lakin Şərq aləmi deyildikdə, ağıla terror, ekstremizm gəlir. Ona görə də Türkiyə başda olmaqla region ölkələri PKK probleminin həlli üçün əlindən gələni etməlidir. Azərbaycan və Türkiyə hər sahədə olduğu kimi, terrorizmlə mübarizədə də birgə iş görməlidir. İki qardaş, dost, müttəfiq ölkə üçün bu olduqca vacibdir”.
Məlumat üçün deyək ki, bu il noyabrın 26-da Bakının Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədilib.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıb. Onların PKK terror təşkilatı ilə bağlı olduqları, hətta Azərbaycanda PKK-nın qanadı olan qeyri-rəsmi “Yekbun” təşkilatını yaratdıqları müəyyən edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!