3 gün sonra məktəblərdə dərslər başlayır .....                        İrəvanda Ermənistan-Aİ sammiti keçiriləcək .....                        ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari .....                        İran mənə yeni Ali Lider olmağı təklif edib - Tramp .....                        Azərbaycana soyuqlar gəlib .....                        Bakının ən rahat iş tapılan rayonları - SİYAHI .....                        Afrika ölkəsinin 15 vətəndaşı Ukraynada öldürülüb .....                        Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır .....                        Üçdən çox mənzili olanlar əlavə vergi ödəyəcək .....                       
Tarix : 7-11-2013, 15:00

Əhməd Davudoğlu  sərhədi açmağa hazırlaşır




Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla sərhəd qapısını açmaq üçün hazırlıq gördüklərini və Azərbaycanı razı sala bilsələr, bunun gerçəkləşəcəyini bəyan edib. APA-nın “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu bunu Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının üzvləri ilə görüşündə deyib.

Toplantıda Milliyyətçi Hərəkat Partiyasının İğdır millət vəkili Sinan Oğan Türkiyə-Ermənistanla sərhədində və iki ölkə arasındakı dəmir yolunda iş getdiyini deyib və bu işlərin sərhədin açılmasına hazırlıq olub-olmadığını soruşub. Ə. Davudoğu suala cavabında sərhədi açmaq üçün hazırlıq gördüklərini təsdiqləyib: “Bizim belə bir çalışmamız var. Azərbaycanı razı sala bilsək, bir sürpriz ola bilər”.

Lakin nazir bu işlərin 2015-ci ilə hazırlıq çərçivəsində aparıldığını söyləyib: “Bizim tələbimiz Ermənistanın Qarabağdan çəkilməsidir. Bu məsələdə irəliləyiş gözləyirik. Əgər irəliləyiş olarsa, həm sərhəd qapısı açılar, həm də dəmir yolu əlaqəsi bərpa olunar və münasibətlər inkişaf edər. Amma biz bunu Azərbaycanla bərabər etmək istəyirik”.



Paylaş



Bölmə: Siyasət / Turan / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!