Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 26-11-2015, 13:57
 Fərəc Quliyev: “Moskva baş verənlərə görə həm üzr istəməli, həm də cavab verməlidir”




Maraqlıdır, Rusiya təyyarələri Türkiyə ərazisini pozur, Suriyada yaşayan, İŞİD-ə heç bir aydiyyatı olmayan dinc türkman əhalisini qətliam edir, amma buna rəğmən Azərbaycanda bəziləri hələ də elə düşünür ki, hadisəyə görə Ankara Moskvadan üzr istəməlidir?

Məsələ ilə bağlı MDHP sədri, millət vəkili Fərəc Quliyev belə düşünənlərə kəskin etirazını bildirib
: “Bir neçə məsələnin adını olduğu kimi çəkmək lazımdır. Rusiya, İran hərbi birləşmələri və başqa qruplaşmalar da birmənalı şəkildə türklərə qarşı soyqırım siyasəti yürüdür. İŞİD-ə heç bir aydiyyatı olmayan türkmənlərin obalarını bombalamaq, dinc əhali və cocuqlarını qırmaq birmənalı şəkildə soyqırımdır. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməyə hazırlaşırdım. Bu fikrimdən də daşınmıram. Ola bilər yaxın günlərdə dünyanı bu soyqırıma görə susmaqda ittiham edim.

Fransada baş verən terror hadisəsini də qınayırıq. Lakin necə olur həmin olaya bütün dünya etiraz edir, hətta Azərbaycanın özündə Fransa bayraqlarına bürünürlər, amma türkmənlər qırılır, heç kim eyni reaksiyanı vermir. İkinci bir tərəfdən, Rusiya qırıcıları Türkiyə sərhədini pozubsa, Ankara tərəfdən rəsmi mövqe bildirildi ki, heç kimin torpağında gözləri yoxdur, amma heç kim də Türkiyə torpaqlarına müdaxilə edə bilməz. Hesab edirəm ki, sözügedən məsələ ilə bağlı Türkiyə çox doğru addım atıb. Qorxaqlıqdan, bütün beynəlxalq qaydaları çeynəyib, “yox, gərək belə olmayaydı” demək doğru sayılmır.

Azərbaycan parlamenti digər türkdilli respublikaların parlamentlərinə də müraciət etməlidir ki, bu məsələdə Türkiyəni müdafiə edən, Rusiyanı qınayan birgə bəyanatla çıxış etsinlər. Ola bilər, dövlət siyasətində dövlət rəsmi şəkildə, protokol qaydalarından çıxış edərək, bu məsələlərə müdaxilə etməsin, amma ən azından ictimai rəy, xalq özü ciddi təpki göstərməlidir ki, Rusiya Türkiyənin bu məsələdə tək olmadığını hiss etsin. Çünki başlı-başına buraxsan bu gün Türkiyənin sərhədini pozanlar, sabah başqa şeylər edəcəklər. Bir dəfə televiziya çıxışımda bildirmişdim, Türkiyə PKK məsələsində NATO-nu da məsələyə qatmalıdır. İndi Rusiya məsələni ciddiləşdirirsə, NATO da ciddi şəkildə ortaya səy qoymalı və Türkiyənin pozulmuş sərhədləri NATO-nun pozulmuş sərhədləri kimi qəbul olunduğundan qurumun bütün üzvləri də hər bir mənada Ankaranın yanında olmalıdır.

Rusiyaya arxalanaraq torpaqlarımızı işğal altında saxlayan ermənilər məhz Moskvaya söykənərək bunu ediblər. Nəhayət ki, onun yeri göstərilməlidir. Bu tendensiyaya son qoyulmalıdır ki, türk ərazilərini tutmasınlar, türk etnosunu qırmasınlar. Türkiyə bu olayla bağlı Rusiyadan üzr istəməməlidir. Əksinə, Moskva baş verən hadisələrə görə hər üzr istəməli, həm də cavab verməlidir. Sərxoş rus pilotları Suriyada 100-lə insanlarımızı bombalayıblar. Bunun cavabını kimsə verməlidir, ya yox? Ona görə də biz Türkiyənin yanında olmalıyıq”.


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!