Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
Tarix : 23-11-2015, 10:30
Türkiyədən Kremlə xəbərdarlıq: Dünya müharibəsi riski artır…


Rusiya qırıcılarının Suriyanın Türkiyə ilə sərhəd rayonlarına zərbələri Üçüncü Dünya Müharibəsi riskinə gətirib çıxara bilər. Bu barədə “Deyli Star” qəzeti yazıb. Qəzet bildirib ki, Rusiyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq Suriyadakı türkmanların yaşadığı ərazilərə intensiv aviazərbələrin (hava zərbələri) endirilməsi ilə bağlı xəbərdarlıq edilib. Nazirlik Moskvanı Suriya-Türkiyə sərhədi yaxınlığında hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Bununla bağlı Baş nazir Əhməd Davudoğlu Kremlin ünvanına xəbərdarlıq çıxışı edib.
“Əgər Türkiyə sərhədində mülki vətəndaşlara qarşı kaset bombaları atılarsa və kütləvi qətliam törədilərsə, nəticədə Türkiyədə yeni qaçqın axını baş verər və bunu edən də cavab verər”, - Davudoğlu bildirib.
Türkiyə bundan başqa Moskvadan Suriyada İraq və Şam İslam Dövlətinə ( İŞİD) qarşı döyüşən kürd qüvvələrinə silah yardımını dayandırmasını istəyib.
Qəzet bildirib ki, dövlətlər arasındakı fikir ayrılığı Üçüncü Dünya Müharibəsi riskini yaradır:
“Türkiyə NATO ölkəsidir və Alyansda ikinci ən böyük orduya sahibdir. Ankara rus hərbi təyyarələrinin Türkiyə hava sərhədini pozmasından sonra türk təyyyarələrinin onları vura biləcəyi xəbərdarlığını etmişdi. Əgər Türkiyə Rusiya tərəfdən hücuma məruz qalarsa, NATO ölkələri, xüsusilə Böyük Britaniya cavab zərbəsi endirməyə məcbur olacaq”.
Qəzet həmçinin bildirib ki, Ankara və Moskva Suriya münaqişəsində fərqli mövqe tutur. Türkiyə Bəşər Əsədin getməsini istəyirsə, Rusiya öz bombardmançıları ilə Suriya prezidentinə hakimiyyətini qorumağa yardım edir.


Axar.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!