Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 30-07-2017, 11:43
"Poroşenko tezliklə devriləcək" - Saakaşvili


Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, Ukraynanın dövlət başçısı Pyotr Poroşenko tezliklə devriləcək. O, həmçinin Ukraynaya qayıdacağına söz verib.

Butov.az Report.az - a istinadən xəbər verir ki, Saakaşvili bunu Gürcüstanın "Rustavi-2" teleşirkətinə müsahibəsində bildirib.

"Poroşenko heç cürə məndən yaxa qurtara bilməyəcək, əksinə, onun hərəkəti bütün Ukrayna müxalifətini birləşdirdi… Yeni tarixdə liderlərin öz rəqiblərini ölkədən qovmağa çalışdığı bir halda, rəqibin geri qayıtması və həmin lideri vəzifəsindən devirməsinə dair xeyli nümunə var. Ukraynada məhz belə olacaq… Mənim gəlişim fonunda Poroşenkonun devrilməsi baş verəcək, biz Ukraynaya tamamilə yeni vəzifələrə qayıdacağıq", — deyə o, əlavə edib.

Hazırda Saakaşvili ABŞ-dadır. Çərşənbə günü Ukrayna prezidenti sabiq qubernatorun vətəndaşlıqdan məhrum edilməsinə dair fərman imzalayıb.

Saakaşvili, həmçinin bildirib ki, Poroşenko Gürcüstana dövlət səfəri zamanı gizli şəkildə əvvəllər baş nazir olmuş milyarder Bidzina İvanişvili ilə görüşüb. Sabiq prezidentin sözlərinə görə, onlar razılığa gəliblər ki, Kiyevə Saakaşviliyə qarşı cinayət ittihamlarını sübuta yetirəcək saxtalaşdırılmış məlumatlar veriləcək.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!