Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb .....                        Paşinyan alternativ marşurutların olmasından narahatdır .....                        Salyanda "üstü bəzək, altı təzək" olan körpü .....                        Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib .....                        Ərinin qətlini sifariş edən qadın apellyasiya şikayəti verdi .....                        Vensin ailəvi Bakı səfəri sosial şəbəkələrdə gündəm oldu .....                        “Neftçi” qələbə qazandı .....                       
Tarix : 22-02-2016, 13:47
Saakaşvili Gürcüstan hökumətini "topa tutdu"-Azərbaycanlılar...


"Azərbaycan öz əhalisinin yarıdan çoxunun qazını kəsib bizi qızdırdı...”



Gürcüstanın eks-prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili "Rustavi-2” telekanalına müsahibəsində Gürcüstan hökumətini "Qazprom”la danışıqlara görə kəskin tənqid edib.
Butov.az Virtualaz.org-a istinadən xəbər verir ki, Saakaşvili bu danışıqlara görə, milyarder, keçmiş baş nazir Bdzina İvanişvilini günahlandırıb. Deyib ki, İvanişvili təkzib etsə də o, "Qazprom”un ən iri özəl səhmdarı olaraq qalır. Saakaşvilinin sözlərinə görə, "Qazprom”un səhmdarı göstərişi birbaşa Kremldən alır. "Yoxsa KQB kimisə "Qazprom”a elə-belə buraxardımı?” - Saakaşvili əlavə edib.

Eks-prezident habelə gürcü əhalisinə xatırladıb ki, Gürcüstan üçün ən ağır vaxtlarda Azərbaycan köməyə gəlib: "Azərbaycan öz əhalisinin yarıdan çoxunun qazını kəsdi və bizi qızdırdı. Doğrudanmı bizim yaddaşımız belə qısadır?! 2005-ci ildə "Qazprom” bütün Gürcüstanın qazını kəsdi, xirtdəyimizdən yapışdı, Azərbaycan isə öz əhalisinin yarıdan çoxunun qazını kəsib bizi qızdırdı. Sonra bizə elə müqavilə və elə ucuz qaz verdi ki, dünyada heç kim belə ucuz qaz almır, əgər özləri qaz hasil etmirsə. İndi bundan sonra Azərbaycan bizim haqqımızda nə düşünməlidir-deməlidir ki, biz nankor xalqıq? Yəqin xalqı günahlandırmaq düzgün olmaz, ancaq xalqın belə nankor rəhbərliyi var. Bunlar faktdır”-Saakaşvili deyib.

Keçmiş prezidentin sözlərinə görə, Rusiyanın Gürcüstanla bağlı üç məqsədi var idi: onun hakimiyyətini devirmək, "Qazprom”u Gürcüstana qaytarmaq, Gürcüstanı Qərbin dəstəyindən məhrum etmək. "İndi bu məqsədin hər üçünə "Gürcü arzusu” koalisiyasının hesabına çatıblar”-Saakaşvili deyib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!