Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
Tarix : 19-08-2013, 12:22
Alpinistlərimiz “Xan Tenqri” zirvəsini fəth etdilər


Azərbaycan alpinistləri, Azərbaycan Alpinizm Federasiyasının üzvləri Firuz Dadaşov və Sirxan Məmmədov Tyan-Şan dağlarının "Xan Tenqri" (7010 m) zirvəsinə çatıblar.

Lent.az-ın məlumatına görə, bu barədə Firuz Dadaşov peyk telefonu vasitəsilə xəbər verib.

F.Dadaşovun sözlərinə görə, yürüşə pis hava şəraiti və güclü qar mane olurdu. Lakin bütün çətinliklərə baxmayaraq, alpinistimiz zirvənin fəthinə nail olub.

Artıq idmançılarımız baza düşərgəsinə eniblər. Onlar uzun və ağır yürüşdən sonra düşərgədə bir neçə gün istirahət edəcəklər.

Daha sonra isə alpinistlərimiz "Qələbə" zirvəsini fəth etmək üçün yürüşə başlayacaqlar.

Sirxan Məmmədov və Firuz Dadaşov – Pamir və Tyan-Şanın ən yüksək zirvələrinə 2010, 2011 və 2012-ci illərdə aktivində uğurlu yürüşlər olan milli komandanın üzvləridir.

“Xan Tenqri” və “Qələbə” zirvələrini fəth etdikləri halda idmançılarımız "Snejniy Bars” (“Qar bəbiri”) tituluna sahib olacaqlar. Bu titulun sahibi olmaq üçün Mərkəzi Asiyanın ən hündür beş zirvəsini fəth etmək lazımdır. Bu zirvələr – "Xan Tenqri”(7010 m), "Qələbə”(7439 m), "Lenin”(7134 m), "Korjenevskaya”(7105 m), "Kommunizm”dir (7495 m). "Qar bəbiri" adını yarım əsrlik tarixi ərzində 621 alpinist ala bilib.

Qeyd edək ki, bu titula Azərbaycan tarixində ilk dəfə 2009-cu ildə İsrafil Aşurlı layıq görülüb.


Paylaş



Bölmə: Ədəbiyyat / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!