Ərdoğandan dost ölkələrlə bağlı mühüm açıqlama .....                        Müəllimlərin nəzərinə! .....                        "Green card"da iştirak ödənişli oldu .....                        Qubada insan sümükləri tapıldı .....                        Narkotik istifadəçisi arayışı “ASAN xidmət”də veriləcək .....                        Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri ilə görüşdü .....                        "Qarabağ"ın qapıçısı: Biz tarix yazdıq .....                        Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM .....                        Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi .....                       
Tarix : 15-08-2013, 11:40
Aqil Dadaşovun həyat yoldaşını qətlə yetirdilər


Bu gün Abşeron rayonu ərazisində Azərbaycan Həmkarlar Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı, 58 yaşlı Dadaşova Elmira Xəlil qızının qətli ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Abşeron rayon prokuroru Qənimət Səfərov məlumat verib. Prokuror bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, meyit ilkin müayinədən keçirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir. Saxlanılan yoxdur.

Bu barədə məlumat verən onu da vurğulayır ki, “çağrılmamış qonaqlar”ın basqını zamanı A. Dadaşov özü evdə olmayıb və onları ev sahibinin həyat yoldaşı Elmira Xəlilqızı qarşılayıb.

Basqınçılar E. Xəlilqızının ürəyinə bir neçə bıçaq zərbəsi endiriblər. O, hadisə yerindəcə keçinib. İlkin məlumata əsasən, qatillər A. Dadaşovun evinə oğurluğa gəliblərmiş.

Xatırladaq ki, A. Dadaşov jurnalistdir. Uzun illər “Bakı” – “Baku” qəzetlərində çalışıb, “Ülfət” qəzetinin baş redaktoru olub.

Mənbə: xezerxeber.com


Paylaş



Bölmə: Kriminal / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!