Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək .....                        Vaşinqtondan Azərbaycanla bağlı VACİB MESAJ .....                        Xameneinin iqamətgahı yaxınlığında atışma - ÖLƏNLƏR VAR .....                        Trampdan İrana hücum siqnalı .....                        Toliklə Elgizin verilişinin bağlanması təklifinə RƏSMİ REAKSİYA .....                        Azərbaycanda 900 kənddə qaz yoxdur .....                        Tramp 62 illik rekordu yenilədi .....                        Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                       
Tarix : 28-08-2013, 10:53
Qarabağda çıxıb, İrəvanda batan günəş


Napoleon 1812-ci ildə Rusiyaya hücum etməzdən əvvəl coğrafşünaslarına tapşırmışdı ki, geniş manevr üçün xəritə ilə yanaşı, Moskvanın da xüsusi rəsmini hazırlasınlar.

O, bütün döyüşlər ərzində bundan faydalanmağa və ruhi gücünü artırmağa çalışarmış.

Böyük imperatorun xəyalında qurduğu Fransanın gerçək sərhədlərini təyin etmək çox çətindir.

Tarixçilər dünyanı fəth edən korsikalı sərkərdənin nəinki bütün Avropanı, eləcə də üç qitəni əhatə etməyə çalışdığını, yüzminlik ordularını buna hazırladığını yazıırlar.

Onun üçün simvolların nə demək olduğunu təyin etmək iki əsrdən sonra elə də asan deyil, lakin son sözlərində üzünü xalqına tutaraq “heyif ki, fransızlar mənim qurmaq istədiyim böyük imperiyaya layiq olmadılar” söyləmiş və sürgün həyatına yola düşmüşdü.

Biz Pyotrun isti dənizlərə çıxışından, Hind okeanında çəkmələrini yuyan rus əsgərlərinin təsvirindən danışmırıq.

“Böyük Ermənistan” xülyasını dənizdən-dənizə xəritələndirən erməni milli məfkurə sistemindən də bəhs etmirik.

Azərbaycan insanının qədim torpaqlarımız haqda keçmişdən gələn xəyal-real obrazları var. Bunu hər kəs ictimai diskussiyalarda ifadə edir, kitablarda dəqiq sərhədlərlə təsvirini verirlər.

Lakin gerçək həyat millətin bütün zümrələrinin təfəkküründə yer edən simvollardan və obrazlardan keçib gedərək formalaşır.

Döyüşən ordulara və sadə xalqa qurmaq istədiyi gələcəyin xəritəsi bax bu olardı.

Azərbaycanın bir əsrdə itirdiyi iki böyük məkanın beyinlərdən və sözlərdən real təsvirlərə daşınması gərəkdir.

Siyasi rəssamlarımızın QARABAĞDA ÇIXIB, İRƏVANDA BATAN GÜNƏŞİN təsvirini yaratması insanlarımızın fərdi dünyasına həyatın başlanğıcı və sonu kimi bir fəlsəfə verərdi. Ordular sadə rəmzlərdən və əsərlərdən dünyanı fəth edirlər!

Kətan köynəklər üzərindəki rəsm Qarabağı və İrəvanı biləşdirəcək!

Zahid Oruc
Millət vəkili


Paylaş



Bölmə: Köşə / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!