Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 25-09-2025, 23:32
Tramp Qəzza üçün yeni plan hazırlayıb - TƏFƏRRÜAT


Tramp Qəzza üçün yeni plan hazırlayıb - TƏFƏRRÜAT

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda ərəb və digər müsəlman ölkələrinin liderləri ilə görüşündə Qəzzadakı müharibənin dayandırılmasına dair yeni sülh planı irəli sürüb.
Bu barədə "Financial Times" sentyabrın 25-də diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, plan Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən hazırlanıb və 21 bənddən ibarətdir.
Uitkoff planı təqdim edərkən bildirib ki, təkliflər “İsrailin və bütün region ölkələrinin maraqlarına cavab verir” və yaxın günlərdə ABŞ tərəfi elan edəcək. Planın əsas müddəaları bunlardır:

- Qəzzada daimi atəşkəsin elan olunması və bütün israilli girovların azad edilməsi;

- Bölgədə “beynəlxalq sabitlik qüvvələri”nin yerləşdirilməsi (buraya ərəb və digər müsəlman ölkələrinin kontingenti daxil olacaq);

- İsrail ordusunun əvvəlcə yanvar-mart aylarındakı müvəqqəti atəşkəs dövründə tutduğu mövqelərə çəkilməsi, sabitlik qüvvələri formalaşdırıldıqdan sonra isə tamamilə Qəzzadan çıxması;

- Beynəlxalq nəzarət orqanının təsis edilməsi və bu qurumun Fələstin Milli Administrasiyasının (FNA) nümayəndələrinin daxil olduğu müvəqqəti komitənin fəaliyyətini izləməsi;

- HƏMAS Qəzzanın idarə olunmasında heç bir rol oynamayacaq;

- Qəzza sakinlərinin məcburi köçürülməsi qətiyyən nəzərdə tutulmayıb.

"Financial Times" yazır ki, sentyabrın 23-də Trampın Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İordaniya, Qətər, Türkiyə və İndoneziya nümayəndələri ilə görüşü zamanı təklif müsbət qarşılanıb. Liderlər, xüsusilə, Qəzzanın müharibədən sonrakı idarəçiliyində Fələstin Milli Administrasiyasının daha geniş iştirakına ehtiyac olduğunu vurğulayıblar.
Hələlik İsrail Baş naziri Benyamin Netanyahunun bu plana necə reaksiya verəcəyi məlum deyil. Netanyahu dəfələrlə HƏMAS-ı “tam məhv etməyə” söz verib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!