Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                        Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı .....                        Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu .....                        Azərbaycanda milli geyim standartları hazırlanıb .....                        "Niva" ilə 40 yaşlı kişini vurub öldürdü .....                        İranda internet bərpa olunur .....                        İran Ermənistana uçuşları ləğv etdi .....                        Axtarışda olan 3 şəxs ölkəmizə gətirildi .....                       
Tarix : 18-10-2013, 17:50
Bu gecə Ay tutulacaq

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında bildirib ki, oktyabrın 18-dən 19-a keçən gecə saat 02:51-dən müşahidə olunmağa başlanacaq Ay tutulması saat 06:48-də sona çatacaq.
Onun sözlərinə görə bu tutulma yarımkölgəvari olduğuna görə onu gözlə müşahidə etmək mümkün olmayacaq. Bu prosesi ancaq çox həssas cihazlar müşahidə edə bilər. Bakıda da insanlar Ay tutulmasını müşahidə edə bilməyəcəklər.
X.Mikayılov qeyd edib ki, noyabrın 3-də isə Günəş tutulacaq: “Saat 14:06-da başlayacaq Günəş tutulması saat 19:28-də sona çatacaq. Günəş tutulması əsasən Atlantik okeanında, Afrika ərazisində, tam tutulma Mərkəzi Afrikada müşahidə ediləcək. Bakıda isə Günəş tutulması günəş batana yaxın bir müddət ərzində müşahidə etmək mümkün olacaq. Belə ki, Bakıda Günəşin qismən tutulmasını noyabrın 3-də saat 17:24-də müşahidə etmək mümkün olacaq. Bu zaman Ayın diski Günəşin diskinə toxunacaq. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik bir hissə qaralmağa başlayacaq. Günəş batana yaxın təxminən 7 dəqiqə ərzində Günəş tutulmasını gözlə müşahidə etmək mümkün olacaq. Bakıda Günəş təxminən 17:31-də batdığı üçün bu proses də 17:24-dən 17:31-dək müşahidə ediləcək".


Paylaş



Bölmə: Xəbər / Dünya / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!