Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                        Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan .....                       
Tarix : 4-07-2017, 14:57
“VƏTƏNÇİN ÖLƏNƏ ÖLÜ DEYİLMƏZ!"


Yenicə ATA olmuşdu. Valideyn olmağın sevincini yaşayırdı. SƏNGƏRDƏKİ dostları ilə bölüşdü çin olmuş arzusunun səadətini. Həyata ilk qədəmlərini atan oğlunu görmək, onu qucağına almaq, cənnət ətirli qoxusunu duymaq üçün günləri sayırdı. Qəlbi ümidlər, arzular, xəyallar ümmanına çevrilmişdi... Amma düşmən gülləsi aman vermədi oğlunun şirin qığıltısını eşitməyə. Onun beşiyi başında səngərdən, hərbdən, qanlı döyüşlərdən, qolları üstündə gözlərini yuman şəhid igidlərdən bəhs edən hekayətlərini birər - birər nəql etməyə. Ömrü qəhrəmanlıq əfsanəsinə döndü. VƏTƏN yolunda şəhidlik zirvəsinə ucaldı. Beləcə, ÖZÜ üzünü görmədiyi, sevgiylə qucaqlaya bilmədiyi oğlunun beşiyi başında söyləniləcək ilk nağılın qəhrəmanına çevrildi. Bu körpə aslan parçası göylərdə bayrağımız dalğalandıqca onun hər çırpıntısında bütün şəhidlərin, o cümlədən atasının qəlbinin döyüntüsünü qürur hissi ilə duyacaq. Vətən məhəbbəti və övladını görmək arzusu ilə sətirlənmiş, hər kəsi qəhərə boğan bir hekayəti yazdı, leytenant ORUCƏLİYEV QABİL...!

TANRININ yanında ŞƏHİDLƏR diri,
VƏTƏNÇİN ÖLƏNƏ ölü deyilməz!
Onların yatdığı torpaq and yeri,
VƏTƏNÇİN ÖLƏNƏ ölü deyilməz!

Üç rəngli bayrağımız Seyidsulan kəndində, Lələtəpə və Talış kəndi yaxınlığındakı strateji yüksəkliklərdə yenidən dalğalandı. Neçə - neçə şəhid övladını qoynuna aldı, ana torpaq... VƏTƏN OĞLU, TANRI torpağın köksündəki səngərləri, məhz sənin atdığın addımlarla bir daha şərəfləndirdi. VƏTƏN sənə güvənir, xalq sənə inanır! QƏLƏBƏ nidalı, ZƏFƏR arzulu şücaətinlə, qüdrətinlə millətin birliyini, gücünü, qətiyyətini, tutduğu yoldan dönməzliyini yenidən sübut etdin, mənfur düşmənlərimizə. Ruhumuzla, qəlbimizlə üç rəngli bayrağımıza bu dəfə daha möhkəm sarıldıq. Yumruğa çevrilən birliyimiz torpaqlarımıza göz dikən soysuzların, çaqqalların başını xıncım - xıncım əzərək, haqqın, ədalətin səsini eşitməyən YER KÜRƏSİNİN qulaqlarının pasını təmizlədi. Yeri - göyü lərzəyə gətirdi VƏTƏN SEVGİMİZ! Tarixi həqiqətlər bəşəriyyətin önündə dönə - dönə vərəqləndi...

Addımından od yağır,
Gözündə şimşək çaxır,
Şuşa yoluna baxır,
VƏTƏN sənə güvənir!

Bir gün XARI BÜLBÜL AZAN çiçəkləri ilə birlikdə Şuşada yenidən ana torpağın köksünü əsrarəngiz gülüstana çevirəcək. XOCALI, KƏLBƏCƏR, AĞDAM, QUBADLI, ZƏNGİLAN və LAÇINDAKI məscidlərimizdə ucalan AZAN səsinin ilahi nurunda şəfəqlənəcək bu çiçəklər! QƏLƏBƏ sevincli o gün uzaqda deyil!!!

“VƏTƏNÇİN ÖLƏNƏ ÖLÜ DEYİLMƏZ!"

Yaqut Hüseynova


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!