Yarım tonluq kosmik aparat Yerə yaxınlaşır - Siyahıda Azərbaycan da var .....                        Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü - VİDEO .....                        Turçinin Azərbaycana səfəri başa çatdı .....                        Güclü yağışa görə bu yolda problem yarandı .....                        Pezeşkiandan sonra Netanyahu ilə danışdı .....                        İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verdi .....                        Almaniyada yeni kansler .....                        Bakıda yaşayış binasında yanğın söndürüldü .....                        Avropadan Rusiyaya yeni sanksiyalar .....                       
Tarix : 15-04-2016, 23:12
 Qalx ayağa, Vətən oğlu!


Vətən! Bu kəlmə bizim dilimizdə ana kəlməsi ilə bir səslənir. Məgər bu iki sözü bir-birindən ayırmaq olarmı? Vətəni anasız, ananı vətənsiz təsəvvür etmək
olarmı? Bu adlar dünyanın, ömrümüzün, mənalı həyatımızın yaraşığı və zinətidir. Bu adlar ürək dolu məhəbbətimiz, şərəfimiz, vicdanımız, vüqarımız və qüvvətimizdir. Vətən anadır. Onun qədrini naxələflər bilməz. Vətəni sevmək, şəhid olmaq vicdanlı adamların işidir. Dünyaya gələndə beşiyimiz, dünyadan köçəndə məzarımızdır Vətən!
Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, bu ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanları həmişə yaşatmışdır və daim yaşadacaqdır!
Son dövrlərin narahat dünyası, zorla cəlb edildiyimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal torpağın övladları qəhrəman olmaya bilməz. Bu torpağın nankor övladını torpaq özü götürməz..
Dünyanı heyrətə salan oldunuz,
Azadlıq uğrunda yanan oldunuz .
Köçüb ürəklərdə qalan oldunuz
Unutmaq olarmı sizi şəhidlər?!


Bəli, bu belədir! Biz heç zaman vətənin hər qarış torpağı uğrunda canından, qanından belə keçən övladlarımızı-şəhidlərimizi unutmuruq və unutmayacağıq!
Biz də onlar kimi canımızdan keçib yurdumuzun bir qarışını belə yağı düşmənə verməməli, onu gələcək nəsillərə büllur və toxunulmaz halda təhvil verəcəyik. Əcdadlarımızın əmanətinə xəyanət etməməliyik!
Xalqımızın böyük faciə qarşısında olduğu zamanlarda imdadımıza çatan Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin yeritdiyi düzgün siyasəti nəticəsində biz cənnət məkanlı Qubadlı, Zəngilan, təmiz havalı Xocalı, Ağdərə, sənətkarlar diyarı Ağdam, Laçın, Kəlbəcər, musiqi beşiyimiz Şuşa, bərəkətli torpaqlı Füzuli, Cəbayıl rayonlarımıza geri dönəcəyik!
Özünü türk hesab edən hər kəs türkçülüyünü-azərbaycanlı olduğunu sübut etmək üçün canından da şirin olan vətənini qorumalıdır! Əks halda onun bu Vətəndə-Azərbaycanda yaşamağa haqqı yoxdur!

Xəyalə CƏFƏROVA
Zəngilan rayonu 6 saylı tam orta məktəbin
11-ci sinif şagirdi .


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!