Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 18-05-2015, 13:27
Şəhidlik zirvəsinə ucaldı – ölümsüzlüyə qovuşdu

Azərbaycan qəhrəmanlar ölkəsidir. Oğuz eli, odlar diyarı bu torpaq tarixin hər dönəmində yadelli işğalçılara boyun əyməyən Cavanşirlər, Babəklər, Xətailər, Cavadxanlar, faşizmlə mübarizədə Həzilər, Mehdilər, erməni qəsbkarlarını pərən-pərən salan Mübarizlər yetirib. Qəhrəmanlıq Vətən sevgisindən doğulur. Vətən sevgisindən güc alan hər kəs qəhrəmanlığı ilə özünə tale yazır və Azərbaycanın qəhrəman övladı adını bu taledə yaşadır. Adını qəhrəmanlıq tarixinə şərəflə yazan Cəlil də tale yolunu – şəhidlik zirvəsinə ucalan yolu özü seçdi...
Bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərərək, şərəfli zabit adına şəhidlik ucalığı bəxş edən Cəlil Səfərovun anım mərasimi onun vaxtilə təhsil aldığı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilib. Tədbirdə liseyin rəisi general-mayor Mirzə Almasov, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Asif Şirinov, şəhidin ailə üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Dövlət himninin səsləndirilməsindən sonra liseyin zabiti polkovnik-leytenant Şahin Xankişiyev tədbiri açıq elan edib. O, Azərbaycan Respublikasının 211 Milli Qəhrəmanından 8 nəfəri liseyin məzunu, 1 nəfəri isə liseyin zabiti olması barədə məlumat verib və Qarabağ müharibəsində vətənin yüzlərlə igid oğlunun doğma torpaq, müqəddəs yurd uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalaraq ölümsüzlüyə qovuşduğu məqamlardan danışıb. “Vətəni sevən, Vətən yolunda canından keçən qəhrəmanlar heç zaman unudulmur, qədirbilən xalqımızın qəlbində əbədi yaşayırlar. Onlar şərəf və qeyrət simvolu kimi xatırlanır, ömür yolları gənc nəsilə nümunə olaraq təqdim olunur. Bu gün anım gününə toplaşdığımız Cəlil Səfərovun ömür yolu kimi...” - deyə Ş.Xankişiyev çıxışını bitirib.
Şəhidlik zirvəsinə ucaldı – ölümsüzlüyə qovuşdu

Cəlilin qısa, lakin şərəfli ömür yolunun səhifələrini vərəqləyək. Səfərov Cəlil Əziz oğlu 1962-ci il yanvarın 28-də Gürcüstan Respublikasının Marneuli rayonunun Leybəddin kəndində anadan olub. 1977-ci ildə Sumqayıt şəhər 10 saylı orta məktəbin səkkizinci sinfini bitirərək, C.Naxçıvanski adına Hərbi Liseydə ibtidai hərbi təhsil alıb.
Şəhidlik zirvəsinə ucaldı – ölümsüzlüyə qovuşdu
Sonra o, Vladiqafqaz Hərbi Raket-Zenit Komandirləri Məktəbinə daxil olur. 1984-cü ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi ilə Qazaxıstanın Priozyorsk və Balxaş şəhərlərində hərbi hissələrdə xidmət edir. Müstəqilliyini yenicə bərpa edən ölkəmizin ordu quruculuğunda peşəkar zabitlərə ehtiyacın olduğu bir vaxtda Vətənə dönən soydaşlarımızdan biri də Cəlil idi... C.Səfərov Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit vəzifəsinə təyin edilir. O, Dağlıq Qarabağa ezam olunaraq, Şuşaya hərbi əməliyyatlara göndərilir. Dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsində onun da müstəsna xidmətləri olur. Təcrübəli zabit C.Səfərov 1992-ci il mayın 15-də Şuşa
rayonunun Turşsu-Zarıslı istiqamətində gedən ağır döyüşlərdə onlarla erməni yaraqlısını məhv edərək, düşmən gülləsinə tuş gəlir, şəhidlik zirvəsinə ucalır. Bu gün Milli Qəhrəman C.Səfərovun məzarı Bakıda minlərlə insanın ziyarət etdiyi bir məkanda – Şəhidlər Xiyabanındadır.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Hazırda Sumqayıt şəhərindəki 10 saylı orta məktəb onun adını daşıyır və doğulduğu Leybəddin kəndində isə şəhid qəhrəmanın xatirəsini əbədiləşdirən abidə ucalır. Tədbir iştirakçıları Milli Qəhrəmanın müəllimi olmuş, onu yaxından tanıyan respublikanın əməkdar müəllimi Abbas Abbasovun 1978-ci ildə dərs dediyi taqımda kursant olan C.Səfərovla bağlı xatirələrini maraqla dinləyiblər.
Anım mərasimi C.Səfərovun ömür yolundan bəhs edən videoçarxın nümayişi ilə davam edib. Sonra səhnəyə dəvət olunan Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev liseyin kursantlarına ürək sözlərini, tövsiyələrini çatdırıb.
Şəhidlik zirvəsinə ucaldı – ölümsüzlüyə qovuşdu

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Asif Şirinov qəhrəmanlarımızın xalq tərəfindən daim yad edilməsindən və onların anım mərasimlərinin keçirilməsindən danışıb.Tədbirdə çıxış üçün söz alan qəhrəmanın oğlu Əziz Səfərov bu anım mərasiminin möhtəşəm təşkilinə görə Müdafiə Nazirliyinin, liseyin rəhbərliyinə dərin minnətdarlığını ifadə edərək üzünü kursantlara tutub və “Sizin peşə seçiminiz çox düzgündür. Bu gün torpaqlarımızı düşməndən azad etmək sizin gələcək xidmətlərinizdən asılıdır. Sizə ən müqəddəs peşə - Vətəni qorumaq peşəsi nəsib olub və bu müqəddəs yolda hər birinizə uğurlar arzulayıram”, - deyə yeniyetmə kursantlara tövsiyələrini çatdırıb.
Tədbirdə fəal iştirak edən kursantlardan Azay Abbasov, Heydər Baxşıyev, Nəriman Kərimli, Şamil Qəfərov, Rauf Süleymanov, Rəvan Qasımzadə, Orxan Abışov, Rüfət Əhmədov, Tofiq Bayramov, Rəvan Şərifov, Əlibəy Əzizli və Qaracayev Tural Azərbaycanımızın çiçəklənməsinə xidmət etmək və torpaqlarımızı yağılardan qorumaq Vətən qarşısında onların ən müqəddəs vəzifə borcları olduğunu diqqətə çatdırıblar.
Milli Qəhrəman C.Səfərovun xatirəsinə həsr olunmuş anım mərasimi liseyin özfəaliyyət kollektivinin və Mərkəzi Zabitlər Evinin musiqi üçlüyünün təşkil etdiyi konsert proqramı ilə yekunlaşıb.
Lalə Hüseynova
Şəhidlik zirvəsinə ucaldı – ölümsüzlüyə qovuşdu


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!