Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 30-04-2015, 20:12
Şuşanın qəhrəman oğlu

Keçən əsrin 80-ci illərin sonlarında Azərbaycanımızın göz bəbəyi, Üzeyirimizin, Xanımızın, Bülbülümüzün, Natəvanımızın doğma yurdu, alınmaz qalamız Şuşa sanki fırtınalı, tufanlı bir dənizə bənzəyirdi. Topxana meşəsinə qarı düşmən göz dikmişdi...
Qurub yaratmaq həvəsi ruhunda hakim olan Ramiz ağlına belə gətirməzdi ki, nə vaxtsa şuşalılar Şuşasız haray çəkəcəklər. Vətənin o ağır günlərində, Ramiz də erməni quldurlarına qarşı mübarizəyə başlayır. Onun səngər həyatı başlayır. Ta 1992-ci il 30 aprelədək...
Şuşanın qəhrəman oğlu
Şuşanın qəhrəman oğlu

Bəs bu gənc kim idi? Qəmbərov Ramiz Bulud oğlu 1962-ci il 2 iyulda qədim Şuşada dünyaya göz açımışdı.O, iki illik hərbi xidmətdən sonra 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1988-ci ildə xalq hərəkatına qoşulan Ramiz erməni təcavüzünə qarşı ilk mübarizə aparalanlardan biri olur. Ramizin qəlbinə bu müqəddəs fikir hakim kəsilmişdi: Millət, Vətən, Torpaq, Azadlıq! Elə bu məqsədlə Azərbaycan həqiqətlərininin dünyaya çatdırılmasında fəal iştirak edir, imperiyanın ədalətsiz qərarlarına qarşı haqq səsini ucaldırdı.
O, 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradır. Erməni quldurları 29 aprel 1992-ci ildə Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı mövqelərə hücuma keçirlər. R.Qəmbərov batalyonu ilə köməyə gedir.Bu qeyri-bərabər döyüşdə atılan güllələrdən biri Ramizi yaralayır. Bir gün sonra, 1992-ci il aprelin 30-da gözlərini əbədi yumur, şəhidliyin ən uca zirvəsinə yüksəlir. Şuşanın qəhrəman oğlu doğma elində torpağa tapşırılır. Bu gün Bakıda Şəhidlər Xiyabanında rəmzi qəbri yerləşir. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür. Bakı şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır.
Qəhrəmanlığı dillərdə dastsn olan Vətən oğlunun ölümündən 23 il keçir. Bu günlərdə Hərb Tarixi Muzeyi və Şuşa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə qəhrəmanın anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyublar. Sonra tədbir Dövlət himninin səsləndirilməsi, ümummilli liderimizin və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə davam edib. Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” ictimai birliyinin rəhbəri Bayram Səfərov anım tədbirini açaraq bildirib ki, bu gün Silahlı Qüvvələrimizin müdafiə qabiliyyəti, şəxsi heyətinin peşəkarlığı, müasir silah və texnika ilə təchizatı düşməni qorxudur. “Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi erməninin nə işi var Ağdamda, Füzulidə ki, onu öldürsünlər. Biz yenilməz ordumuza güvənərək Şuşamıza, Qarabağımıza, işğal altında olan torpaqlarımıza
dönəcəyik. Canını Vətən, torpaq uğrunda qurban vermiş Ramiz kimi bütün şəhidlərimizin narahat ruhları o zaman şad olacaq” – deyə icra başçısı qeyd edib.
Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun qısa, lakin şərəfli ömür yolunun gənc nəslə dəyərli nümunə olmasını vurğulayıb.
Şuşanın qəhrəman oğlu
Şuşanın qəhrəman oğlu

“Yaddaş” film studiyasının istehsalı olan, Kəmalə Musazadənin müəllifliyi və rejissorluğu ilə araya-ərsəyə gələn və Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun döyüş yolundan bəhs edən film tədbir iştirakçıklarında kövrək, həm də qürurlu anlar yaşadıb.
Qəhrəmanın döyüşçü yoldaşları - ehtiyatda olan kapitan Aqil Həsənov, İbrahim Məmmədov, Milli Məclisin deputatı Elman Məmmədov qəhrəmanla bağlı xatirələrindən danışıblar.
Şuşanın qəhrəman oğlu
Şuşanın qəhrəman oğlu

Övlad dərdindən illərdir için-için qovrulan Səkinə ana ön sırada əyləşənlər arasında idi. İllərdir söz təskinliyinə söykənib dayanan, sağlığında heykəlləşən bu ağ saçlı nurani ana müqəddəslik rəmzidir. Çünki, O, Ramiz kimi qəhrəmanın anasıdır.
Anım tədbiri Şuşa Dram Teatrının aktyorları Şükufə Musayevanının Teymur Məmmədovun ifasında vətənpərvərlik ruhunda şeirlərin səsləndirilməsi ilə başa çatıb.
Lalə HÜSEYNOVA


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!