İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                        Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi .....                        Prezident Davosda daha bir görüş keçirdi .....                       
Tarix : 20-04-2015, 12:05
Qəhrəmanlığın, ölməzliyin dastanı

Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübariz” romanı ilk olaraq atası Hacı Ağakərim İbrahimova təqdim olunub
Qəhrəmanlığın, ölməzliyin dastanı
Qəhrəmanlığın, ölməzliyin dastanı

Biləsuvar rayonunun Əliabad kəndində Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan “Mübariz” romanının təqdimat mərasimi keçirilib. Milli Qəhrəmanın ata ocağında keçirilən mərasimdə “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu çıxış edərək, öz qəhrəmanlığı və şücaəti ilə nəinki Azərbaycana, eləcə də dünyaya səs salan M.İbrahimovun doğulduğu evdə, böyüyüb boya-başa çatdığı kənddə olmaqdan qürur hissi keçirdiyini dilə gətirib. O, “Mübariz” romanının müəllifi, yazıçı-jurnalist Miraslan Bəkirlinin Azərbaycan ədəbiyyatında öz sözü, öz yeri və dəsti-xətti olan publisistlərdən biri olduğunu bildirib. Qeyd edib ki, ötən əsrin 80-ci illərdində ədəbiyyata gələn nasirin əsərlərində milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, insani dəyərlərə, psixoloji məqamlara daha çox yer verilib. Lakin 1988-ci il hadisələrindən sonra o, daha çox dərdlərimizdən, tarixi gerçəklərimizdən yazmağa üstünlük verib. T.Ziyəddinoğlu deyib ki, “Mübariz” romanından əvvəl M.Bəkirli milli faciələrimizlə bağlı “Sürgün”, “Kəlbəcər ağrısı”, “Yiyəsizlər”, “Qara canavar” kimi roman və povestlər, “Həsrət”, “Yar yanında günahkaram”, “Ruh”, “Ulartı”, “Qaradonnu” kimi hekayələr yazıb. Onun sözlərinə görə, M.Bəkirli “kəfəni boğazına keçirib”, həyatına risk edərək, indi Ermənistan adlandırılan dədə-baba torpaqlarımıza da “səfər” edib. Bu qeyri-adi, gizlin səfərdən sonra o, “Kəndim-kədərim” adlı iki hissəli kitab yazıb.
Qəhrəmanlığın, ölməzliyin dastanı

“Mübariz” romanı barədə məlumat verən natiq bildirib ki, bu əsərdə ah-amanla dolu çox mürəkkəb zamanda iyirmi iki yaşlı bir türk əsgərinin qeyri-adi qəhrəmanlığından, olmuş hadisələrdən söhbət açılır. Onun sözlərinə görə, əsərin qəhrəmanı təkcə cəsur, qorxmaz əsgər deyil, eyni zamanda son dərəcə zərif, həssas, mömin, qayğıkeş insandır. M.Bəkirli romanda oxucuları inandırmağa çalışıb ki, Mübariz türk əsgərinin ümumiləşdirilmiş obrazıdır. Əsərin qəhrəmanı əsgər kimi də, insan kimi də hər cür məhəbbət və hörmətə layiqdir.
Əsərin müəllifi M.Bəkirli təqdimata və ünvanına söylənilən xoş sözlərə görə minnətdarlığını ifadə edib. Qeyd edib ki, Milli Qəhrəman M.İbrahimov yaşadığımız müasir dövrdə sözün əsl mənasında qəhrəmanlıq göstərib, türk əsgərinin, döyüşçüsünün nəyə qadir olduğunu, təkbaşına döyüşü, rəşadəti, qorxmazlığı ilə sübut edib. Mübariz təəccüblənməyin çətin olduğu indiki dövrdə öz qəhrəmanlığı ilə nəinki milyonlarla insanı təəccübləndirib, qeyri-bərabər döyüşdə nümayiş etdirdiyi ərənliyi ilə hər kəsi heyrətləndirib. M.Bəkirli söylənilənlərə dəlil olaraq, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Milli Qəhrəman M.İbrahimovu Amerika kinosu qəhrəmanı “Rembo”ya bənzətməsi, bir gecədə təkbaşına 135 erməni hərbçisini məhv etməsi barədə dediklərini xatırladıb. M.Bəkirli Azərbaycan Prezidenti İlham Əliyevin şəhid hərbçilərimiz Fərid Əhmədov və M.İbrahimovun vida mərasimindəki çıxışını da diqqətə çatdıraraq, hər iki qəhrəmanımızda Vətən, torpaq sevgisinin, vətənpərvərlik ruhunun yüksək olduğunu vurğulayıb. Deyib ki, məhz bu sevgi, istək, vətənpərvərlik ruhu onların hər ikisini şəhidlik zirvəsinə ucaldıb. Müəllif Milli Qəhrəman M.İbrahimovun atası Hacı Ağakərim kişinin və anası Şamama xanımın timsalında bütün şəhid valideynləri qarşısında baş əydiyini söyləyib. Əlavə olaraq, belə qəhrəmanlar böyütdükləri üçün onlara minnətdarlığını çatdırıb.
Qəhrəmanlığın, ölməzliyin dastanı

Yazdığı roman barədə məlumat verən müəllif bildirib ki, əsərin milli-mənəvi dəyərlərə, öz qanı bahasına Vətənə xidmət edən hərbçilərimizin adına layiq olması üçün əlindən gələni edib. O, bu əsəri Milli Qəhrəman M.İbrahimovun timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan bütün oğul və qızlarımıza ithaf etdiyini dilə gətirib.
Təqdimat mərasimində filologiya üzrə fəlsəfə doktoru, jurnalist İlham Məmmədli, Hacı Mahir Vəliyev, Seyid Hacı Mirsəfər Fətiyev və başqaları da çıxış edərək Milli Qəhrəman M.İbrahimovun qəhrəmanlığından söhbət açıblar.
Çıxışlardan sonra “Mübariz” romanı ilk olaraq şəhidin atası Hacı Ağakərim İbrahimova təqdim olunub.
Oğlunun əziz ruhuna, onun valideynlərinə, ailə üzvlərinə göstərilən sonsuz diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, ümumilikdə Azərbaycan xalqına, o cümlədən əsərin müəllifinə, qonaqlara səmimi minnətdarlığını bildirən Hacı Ağakərim İbrahimov Milli Qəhrəman M.İbrahimovun tək onun deyil, Azərbaycan xalqının övladı olduğunu söyləyib. O, Mübarizin qəhrəmanlığı ilə qürur duyduğunu, xalqın Mübarizə olan sevgisi ilə təsəlli tapdıqlarını, bununla da onun ölməzliyinin şahidinə çevrildiklərini vurğulayıb.
Qəhrəmanlığın, ölməzliyin dastanı

Təqdimat mərasiminin sonunda “Mübariz” romanının dərc olunduğu çoxsaylı kitablar həm Milli Qəhrəmanın ata ocağına, həm də orta təhsil aldığı məktəbə bağışlanıb.

Rufik İSMAYILOV
Bakı-Biləsuvar-Bakı


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!