Yazıçı-telejurnalist Miraslan Bəkirlinin Mübariz haqqında əsəri çapdan çıxıb. Mübarizin ruhu qarşısında baş əyərək, müəllifi təbrik edirik:MÜƏLLİFDƏN
Milli qəhrəmanımız Mübariz İbrahimov haqqındakı bu əsəri Sizlərə təqdim etməmişdən əvvəl iki rəsmi məlumatı nəzərinizə çatdırmaq istəyirəm. Mübariz bizim yaşadığımız dövrdə, sözün əsl mənasında, qəhrəmanlıq göstərdi və türk əsgərinin, döyüşçüsünün nəyə qadir olduğunu, təkbaşına döyüşü, rəşadəti, qorxmazlığı, qəhrəmanlığı ilə sübut etdi. Bu rəsmi məlumatları Sizin nəzərinizə çatdırmaqda məqsədim odur ki, indiki və bizdən sonrakı nəslin oxucuları bilsinlər ki, Mübariz təkcə mənim yaratdığım bədii obraz deyil, gerçək bir qəhrəmandır ki, indiki zamanda – təəccübləndirmək çətin olan bir vaxtda, nəinki milyonlarla insanları təəccübləndirdi, öz cəsarəti, ərənliyi, qorxmazlığı, qeyri-bərabər döyüşü ilə hamını heyrətləndirdi. Dostu da, düşməni də.
Nəzərinizə çatdırmaq istədiklərim:
1. İndiki zamanda dünyanın aparıcı dövlətlərindən biri olan, insanların, ölkələrin siyasi, iqtisadi və mənəvi dünyasının axarına birbaşa təsir edə bilən Rusiya dövlətinin rəhbəri Vladimir Putinin Mübariz İbrahimov haqqında fikirlərini internet səhifələrindən götürmüşəm:
"Mən çox qəribə və maraqlı məlumat almışam...
Azərbaycanda yeni Rembo peyda olub. Bir gecə silahlanıb təkbaşına erməni ordusuna qarşı hücuma keçərək 135 nəfər erməni əsgər və zabitini qanına qəltan edib. Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük. Rembo kinolarda 200 nəfərdən çox adam öldürəndə, deyirsən ki, bu fantastikadır. Həqiqətən də bu fantastikaya oxşayır. Axı neçə ola bilər ki, bir nəfər silahlı 200 nəfər silahlıya atəş açır, 200 nəfərin atdığı atəş bir nəfərə dəymir, həmin bir nəfər isə sərrast atəş ilə hamısını yerə sərir. Bu heç cür ağlabatan deyil.
Deməli, Rembo təkcə kinoda deyil həyatda da var.''
2. Davamını "Bütöv Azərbaycan" qəzetinin növbəti sayında oxuya bilərsiniz.