Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 2-12-2013, 11:23

  Qaçqınlar Cəmiyyəti İlham Əliyevə müraciət etdi:

Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Butov.az Modern.az-a istinad edərək bildirir ki , yığıncaqda soydaşlarımızın Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən sonuncu – 1988-ci il deportasiyasının 25 illiyi ilə bağlı məsələ müzakirə olunub və ölkə prezi¬dentinə bu tarixin dövlət səviyyəsində qeyd olunması ilə bağlı müraciət ünvanlanıb.
Müraciətdə deyilir: “Bu il dekabrın 5-də xalqımızın 1988-ci il soyqırımı və deportasiyasının 25 ili tamam olur. Lakin çox təəssüflə qeyd edirik ki, hər il bu tarix Azərbaycanda, adətən, qeyd olunmur və əhəmiyyətsiz bir gün kimi ötüb keçir. Bu, bizi ağrıdır, çünki biz 1988-ci ildə Qərbi Azərbaycanda soyqırımına məruz qalmış, Vətən itirmişik və bu Vətən həm də bütün Azərbaycan xalqının Vətəni, tarixi torpağıdır. Unutmaq lazım deyil ki, o vaxt hələ 20 Yanvar, Xocalı faciələri baş verməmişdi, hələ torpaqlarımızın 20 faizi işğal altında deyildi, hələ bir milyon qaçqınımız, məcburi köçkünümüz yox idi, amma Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində, öz tarixi torpaqlarında azərbaycanlıların soyqırımı start götürmüşdü. Hər gün əlbəyaxa toqquş¬malar, lokal münaqişələr, həbslər, təzyiqlər bir-birini əvəz edirdi. Ermənilər Azərbay¬candan Qarabağı tələb edirdi, qərbi azərbay¬canlılar isə Ermənistanda ermənilərə qarşı Qarabağ uğrunda mübarizəyə qalxmışdılar”.

Daha sonra müraciətdə sayı 1988-ci ildə 250 min nəfər olan, bu gün isə 500 min nəfərə yaxınlaşan 1988-ci il Qərbi Azərbaycan qaçqınları adından ölkə prezidentinə üz tutularaq: “Ölənlərimizin xatirəsinə hörmət, sağ qalan¬la¬rımızın Vətən yarasına məlhəm olaraq tariximizin 1988-ci il soyqırımının 25 illiyi mü¬nasibətilə müvafiq Prezident Fərmanı vermənizi xahiş edirik. İnanırıq ki, bu sənəd tariximizin 1988-ci il faciəsinin unudulmasının qarşısını alacaq və bu faciənin bir çox qaranlıq məqamlarını araşdırmağa kömək edəcəkdir. Əks-təqdirdə bu tarix və onun təfərrüatları itib-batacaq və biz gələcək nəsillər qarşısında məsuliyyət daşıyacağıq”.

Müraciətdə Qərbi Azərbaycan qaçqınlarının istəkləri də öz əksini tapıb: “Biz Qərbi Azərbaycan qaçqınları nə istəyirik? Biz istəyirik ki:
– 1988-1992-ci illərdə Qərbi Azərbaycandan neçə ailə, neçə nəfər soydaşımız qovulub, onlar neçə yaşayış məntəqəsindən və hansı yaşayış məntəqələrindən di¬dərgin düşüb, bu zaman neçə nəfər və kimlər ermənilər tərəfindən qətlə yetirilib, kimlər yaralanıb, kimlər şikəst olub, bu vaxt insanları¬mıza nə qədər maddi və mənəvi ziyan dəyib, bu soyqırımı nəticə¬sində millətimizin nə qədər tarixi və dini abidəsi erməni işğalı altında qalıb və bu abidələrin sonrakı taleyi necə olub və s. kimi suallara dəqiq cavab verilsin;
– bu soyqırımının arxivi yaradılsın;
– Bakıda Qərbi Azərbaycan torpaqlarımızı yada salan bir tarixi abidə ucaldılsın, bir muzey yaradılsın, deportasiya və soyqırımını araşdıran bir elmi-tədqiqat mərkəzi təşkil edilsin;
– Qərbi Azərbaycan qaçqınlarının qaçqınlıq statusu, bu statusdan irəli gələn bəzi güzəştləri bərpa olunsun, onların öz tarixi vətənlərinə qayıtmaq hüququ tanınsın;
– bu tarixi faciənin təfərrüatları orta məktəb dərsliklərinə daxil edilərək millətin balalarına tədris edilsin və s.”




Paylaş



Bölmə: Siyasət / Şəkilçarx / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!