Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 20-09-2013, 14:10
Hafiz Hacıyevin  prezidentliyə namizədliyi ləğv olunacaqmı?


Prezidentliyə namizədlərin 19 sentyabrda İctimai Televiziyada (İTV) kecirilən teledebatında Hafiz Hacıyevin, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin ödənişsiz efir vaxtına müdaxilə etməsi Hafiz Hacıyevin namizədliyinin ləğv edilməsi sualını gündəmə gətirdi.
Xatırladaq ki,teledebat zamanı Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin ailəsinə və özünə qarşı təhqiramiz sözlər işlədib. Bundan sonra Cəmil Həsənlinin ödənişsiz efir vaxtına müdaxilə edən və əlindəki su qabını ona atan H.Hacıyev mühafizəçilər tərəfindən studiadan uzaqlaşdırılıb.

Seçki Məcəlləsi 88-ci maddənin birinci məndində deyilir: "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşviqat qruplarının seçkiqabağı proqramlarında (referendumqabağı çağırışlarında), yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır. Bu qadağa Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun tətbiq edilməlidir".
Hafiz Hacıyevin "4 milyon Qərbi Azərbaycanlı mənim arxamdadır" deməsi sosial, milli, dini, irqi ayrıseçklinik olmasa da "yerlibazlıqdır". Bu sözlər Qərbi Azərbaycan ziyalılarını da hiddətləndirib.
Dünən baş verən "namizəd qarşıdurması"ndan sonra "facebook" sosial şəbəkəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət hazırlanıb. Müraciətdə Hafiz Hacıyevin Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozduğu və buna görə də onun namizədliyinin ləğv olunması xahiş olunur.

Milli Şuranın vahid namizədi Cəmil Həsənli məsələylə bağlı MSK-ya müraciət edəcəyi haqqında açıqlama verib. MSK-nın bu müraciət əsasında hansı qərar çıxaracağını cəmiyyət maraqla gözləyir.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!